Regionlarımızın siması sürətlə dəyişir
21.08.2024 [10:45]
Mövsümün ilk toxum yarmarkası keçirildi
Yeganə BAYRAMOVA
Bu gün bütün nəzərlər Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli yenidənqurma işlərinə yönəlib. Bununla yanaşı, Azərbaycanın hər bir rayonu, kənd və qəsəbəsi diqqətdən kənarda qalmır. Dövlət baçısı mütəmadi olaraq ən ucqar kəndlərə də səfərlər edir, əhalinin güzəranı, bölgələrimizdəki vəziyyətlə yerində tanış olur. Həmin səfərlərdən sonra isə Prezident müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlarını verir, dövlət proqramları həyata keçirilir.
Regionlarda aparılan davamlı sosial-iqtisadi islahatlar, açılan yeni müəssisələr, müasir obyektlər, son texnologiyalar ilə qurulan infrasturuktur regionlarımızın simasını sürətlə dəyişir. İqtisadi səmərədən qaynaqlanan yüksək maliyyə imkanlarımız, sahib olduğumuz güclü təbii potensial görülən işlərdə dinamikliyi artırır. Görülən işlərin nəticəsidir ki, bölgələrimizdə kənd təsərrüfatı sürətlə inkişaf edir. Həmçinin hər ötən gün müxtəlif şəhər və rayonlarımızda yeni obyektlərin istifadəyə verilməsinin, həmin ərazilərdə mühüm layihələrin, tədbirlərin həyata keçirildiyinin şahidi oluruq. Bütün bunlar isə regionlarımızın sosial iqtisadi inkişafının təşviqi üçün həyata keçirilən proqramlar sayəsində baş verib.
Aqrar sektor böyüyüb
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 7 milyard 508 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,2 % artaraq 3 milyard 836 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5% artaraq 3 milyard 671 milyon manat olub.
DSK-dan qeyd olunub ki, avqustun 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 935,5 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,2 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 245,7 min ton (0,2 % çox) tərəvəz, 598,6 min ton (10 % az) kartof, 429 min ton (10,3 % çox) bostan məhsulları, 331,1 min ton (5,1 % çox) meyvə yığılıb. 7 ay ərzində ölkədə diri çəkidə 331,2 min ton ət, 1 milyon 312 min ton süd, 1 milyon 385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub.
Dünən Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib. Satış yarmarkası və festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Yarmarkada payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Eyni zamanda yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub. Toxum sərgi-satış yarmarkası çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə ətraflı məlumat verilib. Nazirliyin müvafiq qurumları fermerlərə operativ məsləhət xidməti göstəriblər.
Fermerlər üçün əlverişli fürsət
Tədbirdə COP29 tədbirinin prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib. Hər iki rayonda təşkil olunan sərgi və festivallarda fermerlər üçün kredit yarmarkaları da təşkil olunub. Yarmarkalarda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarının sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar veriblər.
Bu regionlarımızda da yarmarka olacaq...
Qeyd edək ki, sözügedən yarmarkanın digər regionlarda keçirilməsi də planlaşdırılır. Məqsəd isə toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etməkdir. Yarmarkanın keçirilməsi nəzərdə tutulan regionlarımızdan Goranboy, Tərtər, Ağsu, Zərdab, Beyləqan, Cəlilabad, Masallı, Neftçala, Qax, Balakən və Şabran rayonları var.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

