Xocalı və Şuşada yeni həyat...
21.06.2024 [10:30]
“Böyük qayıdış”ın möhtəşəm ünvanları!
Azərbaycanın şanlı tarixi günlərini yaşayırıq. Bu gün şəhidlərimizin canı, qanı bahasına azad olunan torpaqlarımıza yeni nəfəs verilir. Çünki 30 ilə yaxın müddətdə işğal altında qalan həmin torpaqlarımız doğma sakinlərinə qucaq açır, köç karvanları reallaşır. Bir zamanlar qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın doğma torpaqlarında məskunlaşması üçün lazım olan bütün layihələr həyata keçirilir.
Ölkə başçısının da dediyi kimi, biz azad edilən torpaqlarımızda əbədi yaşamağa gəlmişik... Bəli, Azərbaycan xalqı həmin torpaqlarda əbədi yaşayacaq, qurub yaradacaq və sonrakı nəsillərə əmanətlər qoyacaqlar. Əsrlər keçsə də, Azərbaycanın şanlı bayrağı azad olunan hər bir bölgəmizin səmasında dalğalanmağa davam edəcək.
Qeyd edək ki, 2026-cı ilə qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. 2024-cü il isə hər birimiz üçün xüsusi əhəmiyyət kəsb elədi. Məhz bu il “Böyük Qayıdış” proqramına uyğun olaraq möhtəşəm köç karvanları reallaşdı. Xalqımızın xəyal etdiyi, uzun illər həsrətində olduğu Şuşa, Xocalı kimi torpaqlarımızda artıq yaşayış var. Həmin torpaqlarımızın abadlaşması, inkişafı, vətəndaşların rahat yaşaması üçün bütün işlər görülür.
“Böyük Qayıdış”ın möhtəşəm ünvanı...
Ötən ay xalqımız üçün əziz və unudulmaz hadisələrlə yadda qaldı. Belə ki, may ayında Şuşaya ilk köç reallaşdı. Ulu Öndərimizin doğum gününə təsadüf edən bu əlamətdar hadisə təbii ki, hər birimizin sevincinə və qüruruna səbəb oldu. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülmüşdü. İyirmi üç binadan ibarət yaşayış kompleksinin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
8 aya yaradılan möcüzə...
May ayında keçmiş məcburi köçkünlərimizin Xocalı qayıdışına da şahidlik etdik. İşğaldan azad edilən Zəngilanda, Füzulidə, Laçında, Şuşada olduğu kimi, “Böyük Qayıdış”ın Xocalı səhifəsi də açıldı və bu səhifə ötən illərin ağrı-acılarını unutmayan xocalılıların sevinc hissləri ilə yazılır... 32 il həsrətlə, intizarla, göz yaşları içərisində gözlədiyimiz tarixi bir gün idi. Yüzlərlə insanın qanı tökülən bir şəhərə qayıdış, inləyən, sızlayan bir şəhərə qayıdış idi. Bir gecənin içində məhv olan sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən bir torpağa qayıdış baş tutdu.
Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Birinci mərhələdə 20 ailə Xocalıya qayıtdı. Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Bu şəhərin küçələrindən tezliklə yenə də uşaq səsləri, evlərdən şənlik sədası gələcək, toy-büsat qurulacaq. 32 il əvvəl qaranlığa bürünən Xocalıda indi hər evdə gur işıq yanır.
Qeyd edək ki, Xocalıda işlər uzun çəkmədi, şəhər cəmi 8 aya yenidən quruldu. Bütün bunlar həm də Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Prezident İlham Əliyev antiterror əməliyyatından dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq vermişdi və onun tapşırıq uğurla yerinə yetirildi.
Azərbaycanın dünyaya mesajı
Sevindirici haldır ki, bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, bu ərazilərimizə həyat yenidən qayıdır. Uzun illər boyu yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın qısa müddət ərzində öz dədə-baba torpaqlarına qovuşması üçün böyük işlər həyata keçirilir.
İkinci Qarabağ müharibəsindəki qələbədən sonra dövlətimiz üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə təmin edilməsi idi. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir. Belə ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə yeni obyekt və müəssisələrin təməlinin qoyulması həm də dünyaya bir mesajdır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12

