Parisdən Bakıya...
15.06.2024 [10:50]
İqlim naminə velosiped turu təşkil ediləcək
Azərbaycanın dünya miqyasında nüfuzu hər keçən gün daha da artır. Bunun başlıca səbəbi ölkəmizin hazırda bütün dünyanın gündəmində olan qlobal problemlərlə bağlı öz töhfəsini verməsidir. Məlumdur ki, beynəlxalq təşkilatlarlar və xarici ölkələrlə əməkdaşlıq xarici siyasətimizin başlıca istiqamətidir.
Beş aydan sonra ölkəmiz möhtəşəm tədbirə ev sahibliyi edəcək. Noyabr ayında COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. Ölkəmizin üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə şübhə yoxdur. Hazırlıq işlərinin layiqincə aparılması üçün Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, əlaqədar qurumlar səfərbər edilib.
Məlumdur ki, bu gün dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərərin qarşısının alınması qlobal bir çağırışdır. Qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Bu mənada Azərbaycanın mövqeyi və məsələyə yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycan öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir.
Qeyd edək ki, COP29 iqlim dəyişikliyinə yeni yanaşmalar yaratmaqla bərabər, müxtəlif təşkilatlar, ölkələr arasındakı əməkdaşlığı da təşviq edəcək. Bütün digər ölkələr, eləcə də Azərbaycan bu problemin həllinə öz töhfəsini verməlidir. Dünyada hər kəs gündəliyimizin yaşıl enerji ilə bağlı olmasını bir daha görəcək. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir.
Azərbaycana 6 min 500 kilometrlik yol...
Bu gündən etibarən COP29 konfransına iqlimlə bağlı on velosiped təklifini çatdırmaq üçün bir qrup velosipedçi Fransadan Azərbaycanın paytaxtı Bakıya yola düşəcək. Velosipedçilər tarixi iqlim sazişinin (COP21) imzalandığı Parisdən COP29-un keçiriləcəyi Bakıya 6 min 500 kilometrlik velosiped turuna hazırlaşıblar.
Velosipedçilər qrupu irəlilədikcə onlara Fransa şəhərlərindən, Niderlanddan, Almaniyadan, Bolqarıstandan, Türkiyədən və digər yolüstü ölkələrdən yeni iştirakçılar qatılacaqlar.
10 təklif irəli sürüləcək...
Qrupun məqsədi istixana qazlarının tullantılarının azaldılması üçün velosiped sürməyin əhəmiyyəti barədə məlumatlılığın artırılması ilə yanaşı, iştirakçı ölkələrin iqlim planlarında bu idman növünü inkişaf etdirmək üçün COP29 tədbirində 10 konkret təklif təqdim etməkdir. Bu təklifləri dəqiqləşdirmək üçün marşrut boyu əsas şəhərlərdə ekspertlər, birliklər və bələdiyyə nümayəndələri ilə görüşlər keçiriləcək.
İdeyanın tərəfdaşı “CycloTransEurope” bu maraqlı macəranı dəstəkləyib və Fransa Velosiped Turizm Federasiyasının üzvü olan bütün velosipedçiləri startda və mərhələlərdə qoşulmağa dəvət edib.
Beynəlxalq nüfuzumuzun göstəricisi
Dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak edəcək. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 konfransı bizim üçün həm də ona görə əlamətdar oldu ki, orada növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul edildi. BMT-nin böyük güclərini özündə ehtiva edən dövlətlərin təmsil olunduğu konfrans qərar verən tərəflərin həmin tədbirin keçiriləcəyi şəhərə və ya dövlətə göstərdiyi etimadın bariz nümunəsidir. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi ölkəmizin region və digər xarici dövlətlərlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafında mühüm rol oynayacaq. Son zamanlar dünyanın müxtəlif ölkə rəhbərlərinin Prezident
İlham Əliyevə COP-29 da fəal iştirak edəcəkləri ilə bağlı dedikləri sözlər də bir daha ölkəmizin əldə etdiyi beynəlxalq nüfuzunu göstərir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlardan biridir.
Yeganə BAYRAMOVA
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

