Yeni peykimiz ölkəmizə hansı faydalar verəcək?
06.04.2024 [10:40]
Azərbaycan növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağa hazırlaşır. Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb və razılaşmağa əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur.
Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin hazırlanması üzrə işlərə ötən ilin sonlarından başlayıb və peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılmaqdadır. “IAI” proqram çərçivəsində “Azersky-2” üzrə iki peyk hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.
Yeni peykin buraxlışının Azərbaycan üçün hansı əhəmiyyəti olacaq?
İlk növbədə qeyd edək ki, bu layihənin icrası Azərbaycan və İsrail arasında sənaye texnologiyaları sahəsində əməkdaşlığın dərinləşməsində yeni töhfəverici rol oynayacaq. “İsrael Aerospace Industries” şirkəti dünyada unikal sənaye və kosmik mallar tədarükçüsü olmaqla Azərbaycanda da yeni innovasiyaların təşviqində və yeni nəsil texnologiyaların hazırlanmasında dəstəyini əsirgəməyəcək. Ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, bu layihə
kibertəhlükəsizlik platformalarında da birgə həllərə zəmin yaradacaq. Ötən il İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təsis edilməsindən sonra Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni platformanın qurulması və kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı kimi starteji hədəflərin müəyyən edilməsi hazırkı kosmik proqramların əlaqələndirilməsində də mühüm rol oynayacaq.
İkincisi, “Azersky-2” proqramı ölkəmizdə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin edəcək, hazırda azad edilmiş ərazilərdə aparılan tədqiqatların sürətlənməsinə töhfə verəcək. Qeyd edək ki, Azərbaycan qlobal fəzada “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə təmsil olunmaqdadır. Yeni peyk daha təkmilləşdirilmiş və innovativ kosmik infrastruktura malikdir. Fəzaya buraxılacaq peykin çəkisi 300 kiloqram nəzərdə tutulub və 5 il fəaliyyətdə olacağı təxmin edilir. Bu peyk ilə 500 km hündürlükdən uzunluğu 400 km-ə, eni isə 5 km-ə qədər fotolar çəkmək mümkündür. Peyk, ayırdetməsi 50 sm-dən daha yaxşı təsvirlər əldə etmək üçün elektro-optikal kamera ilə təchiz ediləcək . Peykin məlumat yaddaşı 1 TB müəyyən edilib. Qurğu saniyədə 0.5 GB ölçüdə material ötürə biləcək. Peyk “OPTSAT 500” platforması üzərində istehsal ediləcək. Beləliklə, yeni peyk qurğusu Azərbaycanın ən son nəsil peyk parkının yaranmasına və çoxşaxəli və daha dəqiq müşahidələr aparmağa imkan verəcək.
Üçüncüsü, Azərbaycanın beynəlxalq regionun kosmik mərkəzinə çevrilməsi yönündə səylərini daha da möhkəmləndirəcək, eyni zamanda, ölkəmizin informasiya təhlükəsizliyində və kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldıracaqdır. Azərbaycanın həm Cənubi Qafqazda, həm də Xəzər regionunda texnologiya hubuna çevrilməsi prosesi daha da sürətlənəcək və dünyada öncül mövqeyini möhkəmləndirəcək.
Dördüncüsü, Azərbaycan peyk məhsulları və kosmik sənaye ixtacatçısı kimi dünyada mövqeyini artıracaqdır. Hazırda Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri ixrac edən “Azərkosmos”un ixrac coğrafiyasının genişlənərək 60-dən çox ölkəni əhatə etməsi mümkün olacaq. Eyni zamanda, qeyri-neft ixracının əsas bölmələrindən birinə çevrilən İT və rəqəmsal texnologiyaların ixracından əldə edilən valyutanın həcmini artıracaq. Ötən il peyk əmtəəsindən 18 milyon dollar gəlir əldə edən Azərbaycanın yaxın onillikdə bu sahədən ən azı 50-100 milyon dəyərində valyuta qazanması istisna edilmir.
Sözsüz ki, bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, post-neft dövründə milli gəlirlərin strukturunda kosmik sənaye dividentlərinin artmasına səbəb olacaq.
Elbrus
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

