MÜSIAD Azərbaycanın yeni İdarə Heyəti formalaşıb
19.03.2024 [11:03]
MÜBARİZ
MÜSIAD Azərbaycan (Müstəqil Sənayeçi və İş adamları Dərnəyi) tərəfindən təşkil edilən proqramın birinci hissəsində dərnək üzvlərinin iştirakı ilə ümumi iclas baş tutub. MÜSIAD Azərbaycanın sədri Rəşad Cabirli iclasın açılışını edərək dərnəyin fəaliyyət istiqamətləri və gələcəkdə planlaşdırılan işlər haqqında məlumat verib.
MÜSİAD haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahib olan sahibkarların 9 may 1990-cı ildə İstanbulda qurduqları bir iş adamları dərnəyidir. “İnkişaf - Əməkdaşlıq - Güc birliyi platforması” qismində çıxış edən MÜSİAD 1990-cı ildən bu yana dünyada 13 min üzvü ilə, təxminən 2 milyon şəxsə iş imkanı verən quruma çevrilib. Hazırda onun Türkiyədə 84, ölkə xaricində 73, ümumilikdə 169 məntəqəsi fəaliyyət göstərir.
MÜSİAD Azərbaycan 1 yanvar 2018-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda müxtəlif sahələrdən olan 75 üzvü ilə 5563 nəfərə iş imkanı verməkdədir. MÜSIAD Azərbaycan 8 nəfərlik İdarə Heyəti və 7 komissiya ilə fəaliyyətini davam etdirir.
iclas zamanı dərnəyin keçən iki il ərzində gördüyü fəaliyyətlər haqqında hesabatlar təqdim edildikdən sonra MÜSIAD Azərbaycanın yeni idarə heyətinin seçilməsi üçün səsvermə prosesi baş tutub. Səsvermə nəticəsində Rəşad Cabirli (sədr), Hüseyn Yapar, Alim Şentürk, Osman Yaqubov, Emin Əzizli, Azər Göyüşov, Aslan Abdullayev, Fatih Uzun, Remzi Mişeli, Zeki Gül, Elvin Əliyev, Akif Başoğlu MÜSİAD Azərbaycanın yeni İdarə Heyətinin üzvləri seçiliblər.
Eyni zamanda, qurumun tərkibində olan komissiyalar müəyyənləşdirilib. Bunlar aşağıdakılardır: 1. Kənd Təsərüüfatı və Turizm Komissiyası, 2. Qurumsal Əlaqələr Komissiyası, 3. Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyası, 4. İnşaat və Tikinti Materialları Komissiyası, 5. Yaşıl və Rəqəmsal Transformasiya Komissiyası, 6. Təhsil və Mədəniyyət Komissiyası, 7. Maliyyə və Planlama Komissiyası, 8. İstehsal və Ticarət Komissiyası, 9. MÜSİAD Ticarət Ofisi (MTO), 10. Gənc MÜSİAD Azərbaycan.
Daha sonra, proqramın ikinci hissəsində rəsmilərin iştirakı ilə İftar proqramı baş tutub. Məlumata görə, Milli Məclisinin deputatları, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, KOBİA-nın sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Meksika səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, bütövlükdə 190 qonaq tədbirə qatılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

