Azərbaycan güclü elektroenergetika sektoruna malikdir
27.09.2011 [10:04]
Dünya enerji bazarında elektroenergetika sektoru xüsusi əhəmiyyət daşıyır və bu sahə investisiya tutumluluğuna görə, neft-qaz sektorundan sonra ikinici yerdə dayanır. Bir sıra Avropa ölkələrinin əsas invesitisiya bazarı kimi energetika daha önəmli yer tutur. Elektrik enerjisi sosial mahiyyət daşımaqla yanaşı, həm də sivilizasiyanın inkişafı, iqtisadi tərəqqinin, informasiya texnologiyalarının dinamikasına zəmin yaradan, stimul verən sektor sayılır. Hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi enerjiyə olan tələbatı da artırır və hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələb 10 faizə yaxın çoxalır.
Güclü enerji sisteminə malik olan Azərbaycan energetikasının son 15 illik inkişaf göstəriciləri bu sektorun yüksək artım meyillərinə məruz qalmasını şərtləndirir. Azərbaycan hökuməti ötən əsrin sonlarından başlayaraq enerji təsərrüfatının inkişafı ilə bağlı məqsədyönlü proqramlar həyata keçirməklə, respublikamızın enerji güclərinin bir neçə dəfə artmasına nail olub. Məlum olduğu kimi, Azərbaycan 1995-2000-ci illərdə ölkəni elektrik enerjisi ilə təmin edə bilmədiyindən Rusiya, Türkiyə və İrandan enerji idxal etməyə məcbur idi. Həmin vaxt respublikamızin ümumi enerji gücləri təxminən 1800-2000 meqavata bərabər idi. ölkəmizin tələbatı isə 2500 meqavat təşkil edirdi. Amma bu o demək deyildi ki, Azərbaycandakı mövcud enerji gücləri tələbatı ödəmək iqtidarında deyil. Reallıq ondan ibarət idi ki, respublikamızın elektrik stansiyalarının texniki vəziyyəti istənilən gücü almağa imkan vermirdi. Sovet dövründə istifadəyə verilmiş stansiyaların avadanlıq və enerji blokları köhnəlmişdi, əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə tikilib istismara verilən stansiyaların tam yenidən qurulması olduqca vacib idi.
Qeyd edək ki, Azərbaycanın enerji siyasətinin banisi olan Ulu öndər Heydər Əliyev hələ 40 il əvvəl Azərbaycanda mövcud olan güclü enerji sisteminin dərin əsaslarını yaradıb. ötən əsrin 70-80-ci illərində ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən ən iri elektroenergetika obyektlərinin tikintisi məhz Onun bilavasitə rəhbərliyi ilə həyata keçirilib. ümummilli lider Heydər Əliyevin ikinci hakimiyyəti dövründə də enerji sisteminin yenidən qurulması üçün davamlı tədbirlər görməyə başladı. Yenikənd SES-in tikintisi başa çatdırıldı, Bakı İEM yenidən quruldu. Ulu öndər Azərbaycanın enerji sisteminin əsas sütunlarından biri sayılan “Şimal” ES-in tikintisinin başlanmasına nail oldu. Gücü 400 Mvt olan bu stansiya MDB məkanında analoqu olmayan nəhəng enerji müəssisəsi idi.
ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində isə sıçrayışla inkişaf etməkdə olan Azərbaycanın elektroenergetika sistemi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008) icrası isə enerji təsərrüfatında tamamilə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranmasına səbəb oldu. Enerji sisteminin gücünün artırılması ilə bağlı genişhəcmli tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycan cəmi bir neçə il keçdikdən sonra özünün elektrik enerjisinə olan tələbatını tamamilə yerli istehsal hesabına ödəməyə başladı.
2006-cı ildə Astara, Şəki, Xaçmaz rayonlarında və Naxçıvan şəhərində hər birinin gücü 87 MVt, 2007-ci ilin fevral ayında Bakı şəhərində 105 MVt gücündə elektrik stansiyaları tikilib istismara verilib. Enerji sistemində pik gücünə olan tələbatın ödənilməsi üçün Abşeron yarımadasının cənubunda Səngəçal qəsəbəsinin yaxınlığında ümumi gücü 300 MVt olan generasiya mənbəyi 2008-ci ilin dekabr ayında istifadəyə verilib. Respublikanın Qusar rayonu ərazisində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi ilə təmin edilməsi və həmçinin şimal bölgəsinin enerji təchizatının daha da yaxşılaşdırılması məqsədilə gücü 105 meqavat olan “Şahdağ” elektrik stansiyası 2009-cu ilin sentyabr ayında energetiklərin istifadəsinə təhvil verilib. 2009-cu ildə Sumqayıt şəhərində gücü 525 mvt olan buxar-qaz elektrik stansiyası istifadəyə verilib və respublikanın enerji sisteminə qoşulub.
Bununla yanaşı, Azərbaycan istilik elektrik stansiyasının enerji blokları yenidən qurulub, 2010-cu ildə isə Azərbaycan İES-də qalan 5-ci blokun yenidən qurulması sayəsində 450 mvt-a yaxın əlavə güc əldə edilib. Beləliklə, bütün bu işlərin başa çatdırılmasından sonra bu stansiyanın gücü 800 mvt-a çatıb. Yeri gəlmişkən, respublikanın enerji sisteminin gücü 2003-2009-cu illərdə 2000 mvt-dan artıq təşkil edib. Elektrik stansiyasının öz quruluşuna və texniki göstəricilərinə görə, MDB məkanında analoqu yoxdur.
ötən 8 ildə həm mövcud elektrik stansiyalarının gücünün təxirə salınmadan bərpa edilməsi və yenilərinin tikilməsi, həm də ən müasir modultipli stansiyaların quraşdırılması elektroenergetikada əsaslı dönüş yaradıb. 2004-cü ildən indiyədək ölkəmizdə 11-dən çox elektrik stansiyası tikilib istifadəyə verilib. Həmin stansiyaların fəaliyyətə başlaması nəticəsində enerji sisteminə əlavə olaraq 1500 meqavat elektrik enerjisi daxil edilib.
Hazırda hökumət yeni enerji güclərinin dövriyyəyə cəlb olunması məqsədilə, investisiya proqramına uyğun olaraq yeni elektrik stansiyalarının tikintisini davam etdirir. Yeni inkişaf mərhələsində Azərbaycan daha nəhəng energetika infrastrukturları yaratmaqdadır. Onların sırasında bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlinin qoyulması xüsusilə daha böyük hadisə sayıla bilər. Gücü 409 meqavat olan bu stansiya respublikamızın enerji sistemində ən iri layihələrdən biri hesab olunur. “Şimal” ES-in ikinci fazasının gerçəkləşməsi həqiqətən də, Azərbaycanın güclü enerji siyasəti həyata keçirməsinin əyani təzahürüdür.
Qeyd edək ki, bu stansiyadan bir neçə il, 2002-ci ildə ən güclü ES-lərdən biri olan “Şimal-1” istifadəyə verilib və Azərbaycanın enerji sistemində ciddi dəyişikliklərə səbəb olub. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü və əməyi hesabına başa gələn “Şimal-1” ES-in istifadəyə verilməsindən sonra işıq problemi ilə üzləşən ölkəmizin enerji təsərrüfatına 400 meqavat (MVT) güc əlavə olundu ki, bu da tələbatın yerli istehsal hesabına ödənilməsində böyük rol oynadı. Bu stansiya ölkəmizin enerji təhlükəsizliyi müstəsna əhəmiyyət daşıdı. 2013-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulan “Şimal-2”-nin fəaliyyətə başlaması Azərbaycanın energetika sektorunda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq və ölkəmizin xarici dövlətlərə elektrik enerjisi ixrac etməsini stimullaşdıracaq. ümumiyyətlə, qarşıdakı 2 il ərzində “Şimal-2” ilə yanaşı, güclü “Cənub” elektrik stansiyasının inşası, “Şirvan İES” buxar-qaz qurğusunun tikintisi, “Mingəçevir SES”-in yenidən qurulması, “Tovuz” və “Ordubad” SES-lərin inşasının başa çatdırılması nəzərdə tutulur ki, bu da Azərbaycanda əlavə 1300 meqavat elektrik enerjisinin əldə olunmasına səbəb olacaq. Bununla yanaşı, hökumət generasiya, ən əsası isə pik güclərinin artırılması məqsədilə, su elektrik stansiyalarının tikintisi ilə bağlı sistemli layihələr də həyata keçirəcək.
Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə energetika ilə bağlı aparılan siyasət öz mühüm nəticələrini göstərməkdədir və respublikamızda bütün istehlakçılar və əhali 24 saat fasiləsiz, etibarlı şəkildə elektrik enerjisi ilə təmin olunurlar. Eyni zamanda, Azərbaycan başqa ölkələrin enerji tələbatını da ödəyir: “Bu gün belədir və Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, başqa ölkələrə də elektrik enerjisini ixrac edir. Azərbaycan qonşu dövlətlərə elektrik enerjisini nəql edir və getdikcə nəql ediləcək enerjinin həcmi artacaqdır. Bu məqsədlə, yeni ötürücü xətlər tikilir. Necə ki, bu gün biz neftimizi, qazımızı, neft məhsullarımızı dünya bazarlarına ixrac edirik, eyni zamanda, elektrik enerjisini daha da böyük həcmdə dünya bazarlarına ixrac etmək fikrindəyik. Bu illər ərzində yaradılmış enerji potensialımız Azərbaycanın bugünkü inkişaf vəziyyətinə uyğundur. Hətta bizdə istehsal edilən enerji tələb olunan enerjidən daha da çoxdur və beləliklə ixrac yaranır”.
Yaxın 5 il ərzində Azərbaycanda 3000 MVt-a yaxın yeni güclər işə salınacaq ki, bu da ildə 40 milyard kilovat saatdan artıq elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu isə hazırda bölgədə elektrik enerjisi ixrac edən dövlətə çevrilən Azərbaycanın gücünü daha da artıracaq və enerji ixracının coğrafiyası genişlənəcək. Respublikamız Gürcüstan, Rusiya və İranla yanaşı, digər dövlətlərə də elektrik enerjisi ixrac edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10
