İndiyədək 2 milyon 300 min tondan çox taxıl istehsal olunub
16.08.2011 [00:58]
Respublikamızda taxıl məhsullarının yığımı yekunlaşmaq üzrədir. Artıq taxılçılıq rayonlarının hamısında biçin 99 faiz başa çatıb. ölkə üzrə taxıl əkini sahələrinin 99,4 faizində biçin işləri yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, respublikada bu il payızlıq və yazlıq taxıl zəmilərinin 925 min hektarından çoxunda məhsul yığımı itkisiz və vaxtında başa çatdırılıb. Cəmi 7-8 min hektar sahədə biçin işləri qalıb ki, bu da bu həftənin sonuna kimi tamamlanacaq. Qeyd edək ki, bu il ölkəmizdə təxminən 940 min hektar sahədə taxıl əkilib. Bu, ötən illə müqayisədə 150 min hektar çox əkin sahəsi deməkdir. Təbii ki, bu il həm əkin sahələrinin həcminin artırılması, həm də məhsuldarlığın normal olması əldə edilən taxıl məhsullarının həcminin xeyli yüksəlməsinə səbəb olub.
Bu il biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər lazım olan bütün texnika və avadanlıqlarla təmin olunub. Belə ki, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb olunub. ümumilikdə iyun-avqust aylarında “Aqrolizinq” SC-nin balansında olan texnika parkında 3110-dən çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə olunub. Bu isə nəzərdə tutulan tədbirləri tam yerinə yetirməyə imkan verib. Hazırda biçilmiş sahələrdən əldə olunan taxıl məhsullarının ümumi həcmi 2 milyon 300 min tondan artıqdır. Hər hektar üzrə məhsuldarlıq təxminən 25 sentner olub. Halbuki, ötən il bu rəqəm 19-20 sentner olub. Taxıl tədarükü bu il 2010-cu illə müqayisədə ən azı 500 min ton çox olacaq. Belə ki, hazırki göstəricilərə əsasən, indiyə qədər toplanmış taxıl məhsullarının həcmi ötən ilki ilə nisbətdə 450 min ton artıqdır.
Hökumət taxıl tədarükünü uğurla başa çatdırmaqla yanaşı, məhsulu istehsal edən fermerlərin satış problemlərini də tam həll edib. Mülkiyyətçilərin tədarük etdiyi taxıl məhsullarının sərfəli qiymətə və asan yolla alışı üçün Dövlət Taxıl Fondu tərəfindən lazım olan bütün imkanlar yaradılıb. Taxıl Fondu ötən aydan ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğda tədarükünə başlayıb. Fond buğda istehsalçılarından məhsulun bir tonunu iyul ayında 230 manata alsa da, avqustun əvvəllərindən başlayaraq 250 manata qəbul edir. Bu, hər kiloqram məhsul üçün 25 qəpik satış qiyməti deməkdir. Mövcud qiymət fermerlər üçün münasib sayıla bilər. Mütəxəssislərin fikrincə, dünya bazar qiymətlərinə uyğun qiymət indeksi fermerlərin gəlir əldə etməsi üçün normaldır.
Taxılın saxlanması və qış mövsümündə dəyirmanların unla təmin olunması üçün həyata keçirilən tədbirlər də uğurla aparılmaqdadır. Taxıl Fondunun tövsiyələrinə uyğun olaraq yerli taxıl anbarlarının ehtiyat məhsulu saxlamaq üçün bütün texniki imkanları təmin olunub. Səngəçaldakı Taxıl Elavatoru kifayət qədər ehtiyat məhsul saxlamağa imkan verir. Eyni zamanda, digər anbarların da mövcud imkanları hesabına ölkəmizdə 3-4 aylıq normaya uyğun həcmdə məhsul tədarük etmək mümkündür. Bunlarla bərabər, hazırda yeni taxıl elavatorlarının və anbarların yaradılması ilə bağlı işlər davam etdirilir ki, bu da respublikamızda böyük həcmdə ehtiyat taxıl məhsullarının saxlanması üçün güclü potensialın mövcudluğunu təsdiq edir.
ümumiyyətlə, bu gün ölkəmizdə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Bu il ölkəmizin taxıl məhsulları ilə təminatı tamamilə yerli istehsal hesabına ödəniləcək. Əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görüləcək. Bu il, həmçinin, taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi ilə bağlı tədbirlər də həyata keçiriləcək.
Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Onu da qeyd edək ki, bu il taxılla yanaşı, digər kənd təsərrüfatı məhsullarının da artımı qeydə alınmaqdadır. 2011-ci ilin ötən 7 ayı ərzində taxıl məhsulları ilə yanaşı, digər kənd təsərrüfatı mallarının da istehsalı əhəmiyyətli dərəcədə artıb. Yığım başlanandan indiyədək sahələrdən 510 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 35 min ton çox kartof, 709,4 min ton (55,6 min ton çox) tərəvəz, 144,8 min ton (4 min ton çox) meyvə və giləmeyvə, 309 min ton (62,8 min ton çox) bostan məhsulları, 338,1 ton (23,1 ton az) yaşıl çay yarpağı, 1168,8 ton, yaxud 212,6 ton çox tütün toplanıb. Bu dövrdə 243,3 min ton, yaxud 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 5,5 faiz çox diri çəkidə ət, 941,3 min ton (8,4 faiz çox) süd, 14,6 min ton (6,8 faiz çox) yun istehsal olunub. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,1 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz artıb. ümumilikdə, yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 10,2 faiz yüksəlib. Bu isə yerli istehsal hesabına həm daxili tələbatın ödənilməsi, həm də xarici ölkələrə bəzi məhsulların ixracının həyata keçirilməsi üçün əlverişli imkanlar deməkdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

