Kölgə iqtisadiyyatına qarşı mübarizədə
08.12.2022 [10:34]
Yeni mərhələ başlayır
“Kölgə iqtisadiyyatı”nın mövcudluğu sağlam rəqabətə mane olur və bir sıra mənfi təzahürlərə yol açır. Ölkəmizdə gizli iqtisadiyyata qarşı mübarizə siyasəti ardıcıl və sistemli səciyyə daşıyır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 6 dekabr 2022-ci ildə qüvvəyə minən Qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edilib. Prezident İlham Əliyevin həmin tarixli Fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib.
Azərbaycanın hədəfi
“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə Azərbaycanın əsas hədəfləri sırasında yer alır. Respublikamızda Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar əsasında reallaşdırılan islahatların bir çoxu məhz milli iqtisadiyyatımızda sağlam rəqabət mühitinin formalaşmasını, neqativ halların aradan qaldırılmasını, eyni zamanda sərt cəza tədbirlərinin görülməsini özündə ehtiva edir. Bir qədər bundan əvvəl “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədi qəbul olundu. Gizli iqtisadiyyata qarşı mübarizə sözügedən strategiyanın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Ölkəmizdə aparılan institusional islahatlar “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin daraldılmasında mühüm rol oynayır. Respublikamızda Açıq Hökumət portalı yaradılıb və ayrı-ayrı qurumlar ora inteqrasiya edilib. Eyni zamanda, iqtisadiyyatın idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş meydan verilir. İdarəetmədə insan amili məhdudlaşdırılır, ödəmələr elektron vasitələr üzərindən həyata keçirilir. Bütün bunlar isə “kölgə iqtisadiyyatı”na effektiv zərbə vurur. Aparılan islahat tədbirlərinin nəticəsidir ki, son dövrlərdə respublikamızda 200 mindən çox yeni əmək müqaviləsinin bağlanması “kölgə iqtisadiyyatı”nın ümumdaxili məhsuldakı payının əhəmiyyətli dərəcədə azalmasına imkan verib. Əmək münasibətlərinin leqallaşdırılması ölkədə həyata keçirilən iqtisadi siyasətin ümumi hədəflərinə uyğundur. İqtisadiyyatın “ağardılmasının” nəticəsidir ki, müvafiq qurumların xətti ilə dövlət büdcəsinə proqnozlardan əlavə vəsaitlər daxil olur və həmin vəsaitlər Prezident İlham Əliyevin tapşırığı əsasında sosial sferaya, insanların rifah halının yaxşılaşdırılmasına yönəldilir. Bütövlükdə, kölgə iqtisadiyyatına qarşı mübarizədə Azərbaycan dövlətinin mövqeyi birmənalıdır - bu bəlaya qarşı mübarizə heç vaxt səngiməməlidir. “Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
DTX və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verildi
Yuxarıda bəhs olunan dəyişikliyə əsasən, Azərbaycan “kölgə iqtisadiyyatı”na qarşı sərt yol seçib. Bu sahədə DTX və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib. Təhlillər apardıqda aydın olur ki, “kölgə iqtisadiyyatı” bir sıra hallarda milli çərçivələrdən çıxaraq beynəlxalq şəbəkə halında formalaşır. Beynəlxalq hüquqla dövlətlərin sərhədlərinin tanındığı bir dövrdə dövlətlərarası mübarizə xeyli dərəcədə “kəşfiyyat-pozuculuq səngərləri”ndə baş verir.
Ötən müddət ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qonşu dövlətlərin xeyrinə casusluq edən şəxslər və onların əməlləri, xarici havadarların himayəsində fəaliyyət göstərən təşkilatlar barədə məlumatlar tez-tez gündəm olub. Bəs qeyd olunan Azərbaycan vətəndaşları və ayrı-ayrı təşkilatlar xaricdən necə maliyyələşdirilir? Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. “Kölgə iqtisadiyyatı”nın mövcudluğu şəraitində xarici xüsusi xidmət orqanları üçün belə şəxslərə pul çatdırılması xeyli asanlaşır. Təsadüfi deyil ki, ayrı-ayrı ölkələrdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları vardır.
Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb.
Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarmışlar. Qanuna edilən dəyişiklik bu kimi neqativlərin qarşısının alınmasına hesablanıb. Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən, ümumilikdə, “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

