Qiymət artımı: Zərurət, yoxsa sui-istifadə?
08.06.2022 [10:19]
Yeganə
“Veysəloğlu” Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il may ayının qiymət indeksini açıqlayıb. Belə ki, “Veysəloğlu pərakəndə indeksi”nə görə, 2022-ci ilin may ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin may ayına nisbətən 17,6 faiz artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin may ayına nisbətən 21,7 faiz artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 17,1 faiz artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 4,9 faiz artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 110,6 faiz təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 10,6 faiz qiymət artımı müşahidə olunub. “Veysəloğlu pərakəndə indeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.
“Veysəloğlu Pərakəndə İndeksi” nədir?
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
İndeksin hesablanmasına görə, məsələn, tipik bir istehlakçı (müştəri) hər ay 5 kiloqram alma, 2 kiloqram armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kiloqram alma 0.98 manat, 1 kiloqram armud isə 1.95 manat olub.
Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2 faiz qiymət artımı müşahidə olunur.
“Veysəloğlu pərakəndə indeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.
Qiymət artımı hər yerdə var
İqtisadçı-ekspert Azər Mehdiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə qiymət artımı gözlənilən bir prosesdir. Ekspertin sözlərinə görə, hətta dövlət başçısı səviyyəsində qeyd olunub ki, dünyada baş verən proseslərlə bağlı qiymət artımı mövcuddur: “Rəsmi məlumatlara görə, ölkəmizdəki qiymət artımının əsas hissəsi idxalla bağlıdır. Söhbət ərzaq və qeyri-ərzaq məhsullarının ölkəmizə idxalından gedir. Təəssüf ki, qiymət artımı daha da güclənəcək, yay və payız aylarında bir az da artacaq. Vacib bir məqamı qeyd edim: yaxşı olardı ki, qiymət artımı həm daxildə istehsal olunan məhsullar, həm də xaricdən gətirilən məhsullar üzrə ayrı-ayrılıqda dəyərləndirilsin. Bu, bizə bahalaşmada hansı amillərin üstün mövqeyə malik olduğunu müəyyən etməyə imkan verir”.
A.Mehdiyev Şirkətlər Qrupunun hazırladığı pərakəndə indeks sistemini yüksək dəyərləndirib: “Bu indekslə vətəndaşlar aylıq məhsul üçün büdcə xərclərini müəyyən edə biləcəklər. “Veysəloğlu” geniş ticarət şəbəkəsinə malik olan şirkətlərdən biridir. Şirkət belə sorğularda maraqlı olan bir qurumdur. Ona görə də şirkətin nəticələrini müstəqil qiymətləndirmə aparmadan şərh etmək bir az çətindir. Ancaq hazırda həm ölkəmizdə, həm də dünyada qiymət artımı davam edir və getdikcə güclənəcək. Əslində şirkətin məhsulları üçün ortalama 10 faizlik qiymət artımı çox “mülayim” bir göstəricidir. Bütün müşahidələr göstərir ki, yalnız Azərbaycanda deyil, bütün dünyada xüsusilə ərzaq məhsulları üzrə bahalaşma çox yüksəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

