Dolayı sanksiyalar gündəlikdə...
21.05.2022 [11:50]
M.ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkənin qarşıdurması çərçivəsindən çıxaraq daha geniş müstəviyə keçib. ABŞ və Avropa İttifaqının əksər dövlətləri Ukrayna tərəfində çıxış edərək bu ölkəyə genişmiqyaslı hərbi-texniki, maliyyə və humanitar dəstək göstərirlər. Bir növ koalisiya yaradan sözügedən ölkələr, eyni zamanda, müharibənin digər tərəfi olan Rusiyaya qarşı bir neçə mərhələdə sanksiyalar tətbiq ediblər. Bu sanksiyaların tətbiqində əsas məqsəd Rusiyanı zəiflətmək və bu ölkəni gücdən salmaqdır.
Rusiyanın neft gəlirlərinin məhdudlaşdırılması
ABŞ və onun sanksiyalar üzrə müttəfiqləri növbəti mərhələdə Rusiyanı neft gəlirlərindən məhrum etmək üçün baş sındırmaqdadırlar. ABŞ mart ayından şimal qonşumuzdan neft idxalına qadağa qoyub. Avropa İttifaqı isə Rusiyadan neft idxalını mərhələlərlə məhdudlaşdırmağı hədəfləyən altıncı sanksiyalar paketi hazırlayıb. Ancaq bu paket Aİ-nin özündə fikir ayrılıqlarına yol açıb. Macarıstan, Slovakiya və bir sıra digər ölkələr Rusiyadan neft idxalına embarqo qoyulmasını hədəfləyən sənədə qarşı çıxıblar. Nəticədə, Avropa Komissiyası geriyə addım ataraq sənədin qüvvəyə minməsini qeyri-müəyyən müddətə ertələyib.
Rusiyadan neft idxalına qadağa qoyulması məsələsinin gündəmə gəlməsi isə heç də təsadüfi deyildir. Ukraynanın Qərbdəki müttəfiqləri Rusiyanı müharibənin böyük xərclərini qarşılamaq imkanından məhrum etmək istəyirlər. Beynəlxalq hərbi ekspertlərin hesablamalarına görə Ukrayna ilə bir günlük müharibə Rusiyaya nə az, nə çox, 500 milyon dollara və ya 35 milyard rubla başa gəlir. Bu hesabla, müharibənin bir ay davam etməsi Rusiya hökuməti üçün 15 milyard dollar və ya 1,1 trilyon rubl əlavə xərc deməkdir. Rusiyanın müharibəni davam etdirməsi fonunda ABŞ və onun müttəfiqləri əvvəllər tətbiq olunan sanksiyaların gözlənilən səmərəni vermədiyi qənaətindədirlər.
Neft idxalına embarqo qoyulması Rusiya üçün çox ağır zərbə deməkdir. Çünki hazırda bu ölkənin əsas gəliri məhz neft satışından formalaşır. Ölkənin xarici bazarlara, o cümlədən də Aİ məkanına yönəltdiyi neft həcmləri isə heç də kiçik rəqəmlərlə ölçülmür. Beynəlxalq Enerji Agentliyinin dərc etdiyi hesabata əsasən, 2022-ci ilin əvvəlindən Rusiyanın neft satışından gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 50 faiz artıb. Sənəddə vurğulanır ki, Rusiya 2022-ci ilin əvvəlindən bəri gündəlik 8 milyon barrel neft satışı ilə ayda 20 milyard dollar gəlir qazanıb. Bu həcmin böyük hissəsi Avropa ölkələrinə göndərilir. Ötən il isə Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub. Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Rusiyadan Avropaya neft idxalının davam etməsi o anlama gəlir ki, Ukraynaya dəstək göstərən Aİ dövlətləri paralel şəkildə rəqib dövləti də maliyyələşdirmək məcburiyyətindədir.
ABŞ-ın prosesləri sürətləndirmək istəyi
İndiyədək görülən məhdudlaşdırıcı tədbirlərin lazımi səmərə vermədiyini düşünən ABŞ neft embarqosunda daha sərt və daha qısa müddətdə nəticə verəcək tədbirlər görməyə çalışır. O cümlədən dolayı sanksiyaların tətbiqi məsələsi gündəmə gəlib. “Bayden administrasiyası dolayı sanksiyaların müxtəlif variantlarını araşdırır. Lakin hələlik konkret fəaliyyət proqramı işlənib hazırlanmayıb”. Bu barədə The New York Times-da dərc olunan və Vaşinqtonun planlarını əks etdirən məqalədə adının çəkilməsini istəməyən administrasiya rəsmisinə istinadən bildirilib.
Qeyd olunduğu kimi, masada dolayı sanksiyaların müxtəlif variantları var. Vaşinqton şirkətləri Rusiyadan aldıqları neftin dəyərini bazar qiymətlərindən aşağı ödəməyə məcbur edə bilər. Moskvanı satdığı neftin dəyərini almaq imkanından məhrum etmək də müzakirə edilən variantlar sırasında yer alır. Bildirilir ki, administrasiyanın belə məcburetmə imkanları genişdir. Tələblərə əməl etməyən şirkətlər və yaxud bankların özləri üçün də sanksiyalar qaçılmaz olacaq. Amerika rəsmiləri, həmçinin Rusiyadan neft idxalını məhdudlaşdırmaq üçün ayrı-ayrı ölkələrə də təzyiqlər göstərə bilərlər. Tələblərlə razılaşmayan ölkələr, təbii ki, ABŞ-ın “qara siyahı”sına düşəcəklər.
Əlbəttə, dolayı sanksiyaların tətbiqi tələblərə məhəl qoymayan şirkətlər və ölkələrlə ABŞ administrasiyası arasında gərginliklər yarada bilər. Ekspertlər bildirirlər ki, dolayı sanksiyaların tətbiqi şəraitində ABŞ-la Çin, Hindistan, Türkiyə və bir sıra başqa ölkələr arasında siyasi çəkişmələrin baş qaldırması qaçılmaz olacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 May 22:54
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25

