Heydər Əliyev

Политика

Политика

План «Б»…

20 Май 10:37

Внешняя политика

yeni azerbaycan logo

101-dən 58...

14.05.2022 [10:50]

Sənaye inkişafı üçün üstün imkanlar

M.ABDULLAYEV

Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz iqtisadiyyatının sənaye qolunu dünyadakı yeni trendlərə uyğun olaraq xüsusi zonalarda inkişaf etdirməyə üstünlük verir. İndiyədək respublikamızda Sumqayıtda, Qaradağda, Pirallahıda, Balaxanıda, Mingəçevirdə olmaqla bir neçə sənaye parkı yaradılıb. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı müvafiq sənədlər əsasında regionlarda sənaye məhəllələrinin yaradılması da geniş vüsət alıb.

Sənaye zonalarının cəlbediciliyi

İstehsal müəssisələrinin belə sənaye zonalarında təmərküzləşməsi investorlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, sənaye zonalarında yaradılan  müasir və geniş infra­struktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında təklif olunur. Sənaye parklarında müasir infrastruktur bir qayda olaraq dövlət vəsaitləri hesabına yaradılır, bununla da sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Rezidentlər, həmçinin sənaye zonalarında tətbiq olunan logistik, azad ticarət imkanlarından bəhrələnirlər.  Sənaye zonalarının rezidentlərinə xidmətlər “bir pəncərə” prinsipi ilə təqdim olunur. İnvestorlar rezident kimi qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə isə gömrük rüsumundan azad olunurlar. İqtisadiyyat Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bu günədək rezidentlər 426 milyon manatdan çox vəsaitə qənaət ediblər.

İnvestorların sənaye parklarına artan marağı

Bəhs olunan üstünlüklər investorlarda sənaye parklarına marağı getdikcə artırır. Son vaxtlarda sənaye parklarının rezidentlərinin sayının əhəmiyyətli dərəcədə artması bunu əyani şəkildə təsdiqləyir. Qısa müddətdə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında (SKSP) rezidentlərin sayı 29-a çatıb. Təkcə son vaxtlarda burada bir neçə yeni istehsalat təşkil olunub. SKSP-nın yeni rezidentlərindən olan “Çinar-Servis” İKF 1,5 hektar ərazidə sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq. İnvestisiya həcmi 13,3 mln. manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Sənaye parkında yeni qeydiyyata alınan “Az-Tex-Import” MMC tərəfindən 3 hektar ərazidə İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyəri 19,2 mln. manatdır.

Bu günlərdə qeydiyyata alınan “AK PACK” MMC Sumqayıt Kimya Sənaye Parkının ən yeni rezidentidir. “AK PACK” MMC sənaye parkının ərazisində yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsini inşa edəcək. Müəssisədə istehsal ediləcək məhsullar qida sənayesində, həmçinin qablaşdırma sahələrində  istifadə olunacaq.

Respublikamızın müxtəlif regionlarında yaradılan digər sənaye parkları və sənaye məhəllələri də öz fəaliyyətlərini genişləndirməkdə davam edirlər. Bir qədər bundan əvvəl Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb. “Medtest” MMC tərəfindən sənaye parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək. 20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulan layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.

Bütövlükdə,  indiyədək ölkə üzrə  sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Yaxşı haldır ki, sənaye zonalarına investisiya qoyuluşu ilbəil artır. 2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8 faiz təşkil edib. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb.  Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dünyanın 40-dan çox ölkəsində Azərbaycan brendi

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə edilir. Ölkə ərazisindəki sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 milyard manatdan çox dəyərə malik məhsul istehsal edilib və bunun da təqribən 32 faizi ixraca yönəldilib. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin eyni dövründə bu göstərici 681 milyon manata çatıb. İxrac olunan məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə (119,9 milyon manat) təqribən 2,7 dəfə artaraq 318 milyon manata çatıb. 2022-ci ilin I rübündə 681 milyon manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 36,3 faiz (318 milyon manat) olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31