5 DOST, 5 beynəlxalq mükafat
12.05.2022 [10:30]
Mübariz
Müxtəlif dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi və vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə son illərdə ölkəmizdə ardıcıl islahatlar həyata keçirilib və bir sıra institusional təsisatlar yaradılıb. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat) belə müasir təsisatlara yaxşı nümunədir. İndiyədək qurumun 5 DOST mərkəzi yaradılıb. 2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 DOST filialının da yaradılması, beləliklə də, DOST xidmətlərinin əhatə dairəsinin bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulub.
98 faizi ötən vətəndaş məmnunluğu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan DOST konsepsiyasının təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır. Konsepsiya əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına hesablanıb. Ötən illərin təcrübəsinə, qazanılan uğurlara istinadən deyə bilərik ki, DOST Agentliyi və indiyədək yaradılan 5 eyniadlı mərkəz bu qurumlara həvalə edilən missiyanı inamla həyata keçirir. DOST mərkəzləri ötən qısa müddətdə insanların həqiqi, etibar və güvən bəslənilən dostuna çevrilməyi bacarıb.
Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Qeyd edək ki, sözügedən mərkəzlərdə ötən qısa dövr ərzində 700 mindən çox vətəndaşa xidmət göstərilib. Verilən məlumatlara görə, 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faizin üzərindədir.
Könüllü DOST hər zaman yanınızdadır
DOST Agentliyində “Könüllü klubları” layihəsinin də icrasına başlanıb. Layihə gənclər arasında böyük maraqla qarşılanıb. Bu marağın nəticəsi olaraq sözügedən proqrama qatılmaq üçün böyük əksəriyyətini gənclər təşkil edən 50 minə yaxın şəxs müraciət ünvanlayıb. Onlar arasında bir sıra kriteriyalar üzrə seçim aparılıb və ötən dövrdə DOST mərkəzlərinə 1700-ə yaxın gənc könüllü cəlb olunub. Yuxarıda sadalanan uğurların qazanılmasında onların da böyük zəhmət payı var. Belə demək mümkündürsə, könüllülər DOST mərkəzlərində hər zaman hər kəsin yanındadırlar.
Könüllülər mərkəzlərdə vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, vətəndaş axınının, növbələrin idarə edilməsində köməklik göstərirlər. Onlar, həmçinin vətəndaşların məlumatlandırılmasında, xidmətlər üzrə sənədlərin siyahısı ilə tanış olmalarında, müxtəlif anket, forma və s. doldurulmasında yardımçı olur, mərkəzlərə gələn əlilliyi olan şəxslərə diqqət və qayğı göstərir, rəy sorğularının keçirilməsinə qatılırlar.
Beynəlxalq səviyyədə yüksək qiymət
Azərbaycanın növbəti intellektual brendinə çevrilən DOST mərkəzlərinin fəaliyyəti bütün dünyada uğurlu model kimi qarşılanır. Elə bu günlərdə DOST Agentliyinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri yüksək dəyərləndirilib. Belə ki, agentliyin “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələri müsabiqənin Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı ilə Fəxri Diplomlara və Attestata layiq görülüb.
BSTA-nın Tallin şəhərində (Estoniya) mayın 2-də keçirilmiş “Avropa Regional Sosial Təminat Forumu”nda hər üç mükafat təqdim olunub. Forumda agentliyin idarə heyətinin sədri Fərid Məmmədov dəvətli ekspert statusunda “DOST Agentliyi ləyaqətli həyat naminə: 65 yaşdan yuxarı şəxslər üçün sosial müdafiənin təminati” adlı təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə 65 yaşdan yuxarı şəxslər üçün sosial xidmətlərin qurulması, COV?D-19 pandemiyası dövründə qarşıya çıxan çətinliklərin həllinə yönəlmiş innovativ yanaşmalar, görülən tədbirlər, BMT-nin Əhali Fondu ilə birgə icra olunmuş “Fəal yaşlanma” layihəsi barədə məlumat verilib.
Xatırladaq ki, DOST Agentliyi bundan əvvəl daha bir nüfuzlu mükafatı - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. 2022-ci ilin fevral ayında isə qurum Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanına layiq görülüb. Beləliklə, 2022-ci ilin ötən dövründə Azərbaycan brendi olan “DOST” 5 beynəlxalq mükafata layiq görülüb.
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

