Bol sulu Qarabağ
16.04.2022 [12:23]
Mübariz ABDULLAYEV
Vətən müharibəsində işğaldan azad edilən ərazilər su resursları ilə zəngin olan bir diyardır. Elə postmüharibə mərhələsində sözügedən ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərinin mühüm bir istiqamətini də bölgənin su ehtiyatlarından səmərəli istifadə olunması üçün zəruri infrastrukturun yaradılması təşkil edir. Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində bildirdiyi kimi, azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur.
Ərzaq təhlükəsizliyi üçün vacib amil
Hazırda dünyada müşahidə edilən geosiyasi gərginliklər fonunda ərzaq təhlükəsizliyi ölkələrin gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. İndiki şəraitdə hər bir ölkə özünün ərzaq təhlükəsizliyinə, ilk növbədə, daxili istehsalı genişləndirmək hesabına nail olmağa çalışır. Ərzaq məhsullarının yetişdirilməsi üçün isə, ilk növbədə, su lazımdır.
Azərbaycan su ehtiyatları məhdud olan ölkədir. Respublikamızın su ehtiyatları böyük dərəcədə transsərhəd çaylar vasitəsilə formalaşır ki, bu da müəyyən problemlərə yol açır. Buna görə də su ehtiyatlarından səmərəli istifadə olunması Azərbaycan üçün strateji önəm daşıyır. Məsələnin önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Qeyd edək ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə taxıl əkinlərinə və digər ərzaq məhsullarının yetişdirilməsinə start verilib. Bütövlükdə, bu yerlərdə ərzaq məhsullarının istehsalı üçün geniş imkanlar mövcuddur.
Qarabağda yeni su layihələri
İşğaldan azad edilmiş ərazilərdəki bir neçə iri su mənbəyinin - çayların və sututarların adlarını çəkmək mümkündür. Tərtər, Həkəri, Bazarçay, Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay bu sırada yer alır. Vaxtilə ulu öndər Heydər Əliyev Suqovuşan su anbarını inşa etdirəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağının suvarılması nəzərdə tutulmuşdu və sözügedən rayonlara lazımi həcmlərdə su verilirdi. Təxminən 30 il davam edən işğal dövründə Azərbaycan bu su mənbələrindən məhrum qalmışdı. Eyni zamanda, 1 milyard 600 milyon kubmetr su tutumuna malik Xudafərin, eləcə də Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd kimi su anbarları da işğal altında idi. Mənfur düşmən, hətta su mənbələrindən də respublikamıza qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Yayda suyun qarşısı kəsilir, qış aylarında isə bəndlər açılır və beləliklə də keçmiş təmas xətti boyunca torpaqlarımız su altında qalırdı.
İndi bütün bunlara son qoyulub. 44 günlük müharibədə düşməni diz çökdürən Azərbaycan həm də özünün su mənbələrini işğaldan azad edib. “Su axan yerdən bir də axar” kəlamı burada lap yerinə düşür. Müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan su layihələri barədə ətraflı bəhs edib. “Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Eyni zamanda, Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi planlaşdırılır. Bildirildiyi kimi, Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu infrastrukturun yaradılması imkan verəcək ki, yaxın zamanlarda 10 min hektar ərazi suvarma suyu ilə təmin edilsin.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

