Xankəndinin “qaz dərdi”...
29.03.2022 [10:09]
Ermənistanın bulanıq suda balıq tutmaq sevdası baş tutmadı
Mübariz ABDULLAYEV
Son günlərdə Azərbaycanın Xankəndi şəhərində və ətraf yaşayış məntəqələrində qaz təchizatının kəsilməsi Ermənistanda əsas gündəm mövzusuna çevrilib. Məsələ burasındadır ki, Ermənistanın bir sıra rəsmi qurumları, o cümlədən də bu ölkənin xarici işlər nazirliyi yaranan problemə görə Azərbaycanı günahlandırırlar. Onların ayrı-ayrı beynəlxalq təşkilatlara ünvanladıqları “şikayətlərdən” bəlli olur ki, üç onillik ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistan öz ənənəsinə yenə də sadiq qalaraq Xankəndinin qaz təchizatında yaranan problemdən də siyasi dividendlər qazanmağa çalışır. Bəs, əslində nə baş verib?
Xankəndinin qaz təchizatının kəsilməsinin məsuliyyəti Ermənistanın üzərindədir
Məsələnin mahiyyətinə aydınlıq gətirmək üçün, ilk növbədə, Azərbaycanın Xankəndi şəhərinə “mavi yanacaq”ın verilməsinin nə üçün dayandırıldığına aydınlıq gətirmək lazımdır. Burada məşhur “nə tökərsən aşına, o da çıxar qaşığına” zərb-məsəli yada düşür. Bu gün əsasən erməni əhalisinin yaşadığı Xankəndinin qaz təchizatında yaranan problemin bütün məsuliyyəti və günahı birbaşa Ermənistanın üzərinə düşür. Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayan bu ölkə torpaqlarımızı öz nəzarətində saxladığı üç onillik ərzində buradakı bütün infrastrukturu dağıdaraq yerlə-yeksan edib. Məlumdur ki, keçmiş sovet dönəmində Azərbaycanın Ağdam şəhərindən Xankəndinə qaz ötürücü boru kəməri çəkilib. Uzun illər ərzində Xankəndinin “mavi yanacaq” təchizatı məhz bu xətt vasitəsilə təmin edilib. Ermənistan işğal illərində Dağlıq Qarabağın Azərbaycanla bağlantılarını tamam kəsmək xülyasına düşüb və bəhs olunan boru kəmərini məhv edib. Bunun əvəzində işğalçı ölkənin ərazisindən Xankəndinə başqa bir xətt çəkilib. 44 günlük Vətən müharibəsində Ordumuzun rəşadətli qələbəsi sayəsində düşmən diz üstə çökdürüldü, zamanında işğal olunmuş ərazilərimiz geri qaytarıldı. O cümlədən Ermənistandan Xankəndinə qeyri-qanuni çəkilən qaz xətti də Azərbaycanın azad etdiyi ərazilərdən keçdiyi üçün bizim nəzarətimizdə qaldı. Respublikamız sözügedən xətlə Xankəndinə “mavi yanacaq” nəql etmir. Şəhərə qaz Ermənistandan ötürülür. Xankəndinə qazın ötürülməsinin dayandırılması isə sırf xəttə yaranan texniki nasazlıqla bağlıdır.
Göründüyü kimi, Ermənistanın “Azərbaycan Xankəndinə qaz verilməsini dayandırıb” iddiasının heç bir əsası yoxdur. Aydın görünür ki, Ermənistan qaz xəttində yaranan texniki nasazlıqdan siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Məğlub Ermənistan belə çabalarla postmüharibə mərhələsində regionda sülh və etimad yaratma proseslərinə növbəti dəfə mənfi təsir göstərmiş olur.
Azərbaycanın humanist mövqeyi
Ermənistanın Xankəndinə gedən qaz xəttinin zədələnməsi ətrafında süni ajiotaj yaratmasına rəğmən, Azərbaycan yenə də humanizm mövqeyindən çıxış edib. Əvvəla, 44 günlük müharibədən sonra qalib Azərbaycan məğlub Ermənistandan əsasən erməni əhalisinin yaşadığı Xankəndinə uzanan qaz xəttinə toxunmadı. Qaz xəttində texniki nasazlıq yarananda isə onun aradan qaldırılmasını hansısa bir şərt irəli sürmədən öz üzərinə götürdü. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) məlumatında bildirilib. Məlumatda vurğulanıb: “Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar edilən qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər”.
Artıq sözügedən qaz xəttində bərpa işləri yekunlaşıb. Dünəndən başlayaraq Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunub. Xəttə, ilk növbədə, test işləri həyata keçirilir. “Azəriqaz” bununla əlaqədar istehlakçılara təbii qazdan istifadə zaman diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir. Məlumatda bildirilir ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq. Ermənistan cəmiyyəti, Xankəndi və digər ətraf yaşayış məntəqələrimizdəki erməni vətəndaşlarımız Azərbaycanın bu humanist jestini düzgün qiymətləndirməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

