Əzəli rəqiblərin yeni dostluğu
11.03.2022 [11:02]
İran və Venesuelanın neft ixracına qoyulan sanksiyaların aradan qaldırılması gündəmdə
Mübariz ABDULLAYEV
Rusiya və Ukrayna arasında davam edən müharibə dünya düzəninə yeni korrektələr etməkdədir. Müharibənin şiddətlənməsi və onun nə vaxt bitəcəyinin bəlli olmaması geosiyasi gərginlikləri artırmaqla yanaşı, qlobal iqtisadiyyatda da yeni çağırışlar yaradıb. Son günlərdə ABŞ tərəfindən zamanında İranın və Venesuelanın neft ixracına qoyulan sanksiyaların aradan qaldırılması məsələsi gündəmə gəlib. Verilən məlumatlara görə, həm ABŞ-ın, həm də Avropanın siyasi dairələrində bununla bağlı müzakirələr aparılır və müxtəlif təkliflər səsləndirilir. Bəs illərdir davam edən düşmənçiliyin aradan qaldırılmasını, əzəli rəqiblərin yeni dostluğunu şərtləndirən amillər hansılardır?
ABŞ və Avropa Rusiya neftindən imtina edir
Avropa İttifaqı dövlətləri və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yeni paketi bu ölkədən neft məhsullarının idxalının dayandırılması ilə bağlıdır. ABŞ artıq qərarını verib. Belə ki, prezident Co Baydenin öz qərarını bəyan etməsindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan enerji daşıyıcılarının idxalının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Rusiyanın Ümumdünya Ticarət Təşkilatında iştirakının dayandırılmasını da nəzərdə tutan qanun layihəsini 415 konqresmen dəstəkləyib. Nümayəndələr palatasının 17 üzvü isə onun əleyhinə səs verib. Qanun layihəsinin Senatda da dəstəklənəcəyi gözlənilir.
Bu arada bəlli olub ki, Avropa İttifaqı da Rusiya neftindən imtina edəcək. Ancaq ABŞ-dan fərqli olaraq “qoca qitə”də Rusiya neftindən imtina mərhələli şəkildə həyata keçiriləcək. Çünki gündəlik ixracı 5 milyon barelə çatan Rusiya öz neftinin təxminən yarısını Avropa məkanına göndərir. “Qoca qitə” “mavi yanacaga” olan tələbatının isə 40 faizini Rusiyadan idxal hesabına qarşılayır. Rusiyadan enerji daşıyıcılarının idxal həcmlərinin kifayət qədər böyük olması Avropanı ehtiyatlı davranmağa sövq edir.
İrana qarşı sanksiyalara son
Bazardan çıxarılacaq Rusiya neftinin hansı mənbə hesabına əvəzlənməsi məsələsi günün ən aktual müzakirə mövzularındandır. Verilən xəbərlərə görə, ABŞ və Avropa müharibənin yaratdığı yeni reallıqlar fonunda həm də İran neftinə ümid bəsləyirlər. Qeyd edək ki, ABŞ İrandan neft ixracına 2018-ci ilin payızından etibarən sanksiya tətbiq edib. Birləşmiş Ştatların sanksiyalarının təsiri altına düşməmək üçün İran neftinin idxalçıları olan ölkələr və şirkətlər Tehranla bu sahədə ticarəti dayandırmaq məcburiyyətində qalıblar. Bunun nəticəsində də İranın neft ixracı və bu sahədən gələn gəlirləri əhəmiyyətli dərəcədə azalıb.
Ancaq indi zaman dəyişib. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və Qərb üçün İranın iqtisadiyyatını çökdürmək planları arxa plana keçib. İndi ABŞ və Avropa əsas rəqiblərinin - Rusiyanın iqtisadiyyatını zəiflətmək üçün İrana əl uzatmağa hazır görünürlər. Bildirilir ki, siyasi dairələrdə yaxın perspektivdə İrana qarşı tətbiq olunan neft ixracı embarqosunun yumşaldılması və yaxud tamam aradan qaldırılması müzakirə mövzusudur, hətta müəyyən təkliflər artıq masa üzərindədir.
Ekspertlər indiki məqamda İranın Rusiya neftini əvəzləyəcək ən optimal mənbələrdən biri olduğunu bildirirlər. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışıqlar apardıqları bəlli olub. 157 trilyon barel neft ehtiyatları ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Hazırda bu ölkə ixraca cəmi 1 milyon barelə yaxın xam neft yönəldir.
Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə - gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir”.
Venesuela nefti bazara qayıdır?
Yaxın perspektivdə Venesuelanın da üzərindən sanksiyaların götürülmə ehtimalı böyükdür. Bu, ölkənin ABŞ-a neft ixracını bərpa edəcəyi təqdirdə mümkün ola bilər. Ağ evin yüksəksəviyyəli rəsmiləri bildiriblər ki, prezident Co Bayden Rusiya neftindən imtina ilə bağlı qərar verdikdən sonra ABŞ-ın enerji təhlükəsizliyinə müəyyən təhdidlər gözləniləndir. Venesuela ilə bütün danışıqlar da bu ölkə tərəfindən ABŞ-ın enerji təhlükəsizliyinin dəstəklənməsi şərti ilə aparılacaq.
Verilən məlumatlara görə, Chevron şirkəti iki ölkə arasında neft ticarətinin bərpasında rol ala bilər. Bu şirkət Latın Amerikası ölkəsində məhdud fəaliyyətini ən azından 2022-ci ilin iyun ayına qədər davam etdirmək hüququna malikdir.
Aparılan müzakirələr fonunda Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsinin neft bazarı xarici istehlakçılar və investorlar üçün açıqdır. “Neftimiz ticarət etmək üçün hər kəsə əlçatandır. Bizim üçün investorların Asiyadan, Avropadan və yaxud ABŞ-dan olmasının önəmi yoxdur”, - deyə dövlət başçısı vurğulayıb. Prezident Maduro əlavə edib ki, ölkəsinin hökuməti və ABŞ nümayəndə heyəti arasında Karakasda baş tutan görüşdə qarşılıqlı maraq daşıyan məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

