Dördüncü Sənaye İnqilabının hədəflərinə doğru
03.03.2022 [10:13]
Mübariz ABDULLAYEV
Dünya rəqəmsal texnologiyaların hakim olduğu bir dövrə gəlib çatıb. Qlobal məkanı kiçik kəndə çevirib bir ovuc içində birləşdirən İKT həyatımızın ayrılmaz, çox vacib hissəsinə çevrilib. Eyni zamanda, bu gün iqtisadi və institusional inkişafı, xidmət sektorunu, təhsili, ölkələrin müdafiə sistemlərini, ümumiyyətlə bütün sahələri rəqəmsal texnologiyalarsız təsəvvür etmək belə mümkün deyil. Proses getdikcə daha dönməz xarakter alır. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 3-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olacaq. Sahənin cəlbediciliyi həm də onun yüksək gəlirliliyi ilə bağlıdır. Nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, İKT infrastrukturuna qoyulan 1 ABŞ dollar həcmində investisiya üç dəfədən çox gəlir gətirə bilər. Hətta ehtimal olunur ki, 2025-ci ildən sonrakı dövrdə bu rəqəm beş ABŞ dollarına çatacaq.
Keçilən yol
Aydın məsələdir ki, Dördüncü Sənaye İnqilabı ona qədərki inkişafın üstündə bərqərar olub. Qlobal miqyasda iqisadiyyatın sənayeləşməsinin əsası18-ci əsrin ikinci yarısından başlayaraq Avropada buxar enerjisinin kəşfi və manufaktura istehsalının mexanikləşdirilməsi ilə qoyulub. 19-cu əsrin ortalarınadək - təxminən 100 il davam edən Birinci Sənaye İnqilabı əsasən parovozların meydana gəlməsi, dəmir yollarının salınması ilə tarixə düşüb. 19-cu əsrin sonları - 20-ci əsrin əvvəllərindən başlayaraq elektrik enerjisinə əsaslanan konveyer istehsalatının meydana gəlməsi, onun qısa müddətdə geniş yayılması və istehsalın artması İkinci Sənaye İnqilabı kimi səciyyələndirilir. Dünyada iqtisadiyyatın sənaye qolunun tarixində növbəti mərhələ yarımkeçicilərin və avtomatlaşdırmanın əhatə dairəsinin genişlənməsi, robotların istehsalata tətbiqi kimi yeniliklərlə bağlıdır. Üçüncü Sənaye İnqilabının ömrü nisbətən az oldu və 21-ci əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyalara transformasiya prosesi başladı.
Bəşəriyyətin qarşısında intensiv inkişaf mərhələsi açan Dördüncü Sənaye İnqilabını şərtləndirən yeniliklərin miqyası kifayət qədər genişdir. Bu sənaye inqilabı bulud texnologiyası əsasında kiberfiziki sistemlərin istehsala tətbiqinə geniş imkanlar açıb. Ağıllı istehsalatlar, ağıllı yaşayış məntəqələri, süni intellekt, 3D printerlər, pilotsuz uçuş aparatları, sürücüsüz nəqliyyat vasitələri, implantasiya oluna bilən texnologiyalar və s. Dördüncü Sənaye İnqilabın sayəsində günümüzün reallıqlarına çevrilib.
Hazırda dünya üzrə bulud texnologiyalarının tətbiqində Çin rəqib tanımır. Sonrakı yerləri isə Asiya-Sakit Okean, eləcə də Avropa, Yaxın Şərq və Afrika regionları ölkələri bölüşürlər
Azərbaycan üçün çağırışlar
Yeni sənaye inqilabına transformasiya bütün ölkələr kimi Azərbaycanın da qarşısına yeni çağırışlar qoyub. Burada dövlətin siyasi iradəsi, insan kapitalı, zəruri fiziki və institusional infrastrukturun qurulması mühüm şərtlərdir. Deyə bilərik ki, respublikamızda Dördüncü Sənaye İnqilabına transformasiyanı şərtləndirən bütün amillər yüksək səviyyədə təmin olunub. Azərbaycan müasir dövlət kimi inkişaf edir. Bu strateji kursa uyğun olaraq respublikamızda yeniliklərə daim “yaşıl işıq” yandırılır. 2021-ci ildə Prezident İlham Əliyev respublikamızda Dördüncü Sənaye İnqilabına keçidin hüquqi əsaslaının möhkəmləndirilməsini və institusional infrastrukturun yeni çağırışlara uyğunlaşdırılmasını hədəfləyən iki mühüm sənəd imzaladı. Bunlardan biri 2021-ci il 6 yanvar tarixində imzalanmış “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərmandır. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Bütün bunlar Azərbaycan dövlətinin rəqəmsal transformasiyaya böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Ölkəmizdə paralel şəkildə dayanıqlı rəqəmsal infrastrukturun qurulması istiqamətində işlər uğurla davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Yaradılan müvafiq infrastruktur sayəsində Bakı 1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq.
Qeyd etdiyimiz kimi, rəqəmsal transformasiyanın mühüm şərtlərindən biri insan resursları ilə bağlıdır. Respublikamızda “qara qızıl”ın insan kapitalına çevrilməsi məqsədini hədəfləyən siyasətin aparılması rəqəmsal transformasiyaya keçidin yükünü, necə deyərlər, öz çiyinlərində daşıyacaq mütəxəssislərin, gənc kadrların formalaşmasını təmin edib.
Cənubi Qafqazda lider ölkə
Qısa müddətdə ölkə üzrə dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət” formalaşdırılıb. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Artıq respublikamızda “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalında istifadəçi sayı 700 mini keçib. Qeyd edək ki, inteqrasiya olunan sistemlərlə birlikdə “myGov”da 710 xidmətə giriş təmin edilir.
Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb.
Respublikamızın rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri də kifayət qədər böyükdür. O cümlədən 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş 10 min kvadrat kilometrədək ərazinin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş meydan verilir. Həmin ərazilərdə ilk “Ağıllı kənd” layihəsinin icrası artıq tamamlanmaq üzrədir və yenilərinin həyata keçirilməsi nəzərdə tutulur.
Dünya üzrə 13 mərkəzdən biri Bakıda
Azərbaycanın rəqəmsal texnologiyalara keçid sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) təsis edilməsi bir daha təsdiqləyir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Bu günlərdə Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı baş tutub. Bu, MDB məkanında açılan ilk belə mərkəzdir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
