Rublun və qrivnanın kəskin ucuzlaşması...
25.02.2022 [10:16]
Nicat DİLQƏMLİ
Dünyada cərəyan edən hadisələr istər iştirakçı, istərsə də digər ölkələr üçün təsirsiz ötüşmür. Bu və ya digər qarşıdurma nəticəsində dövlətlərin iqtisadiyyatı da hər bir halda zərbə ilə üzləşir - təbii olaraq dünya bazarında qiymətlərin dəyişməsinə səbəb olur. Belə dəyişikliklərdən biri də hazırda Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurma səbəbindən yaranıb. Rusiya və Ukraynanın milli valyutalarının qiymətlərindəki kəskin eniş region dövlətlərinin də diqqətini cəlb edir.
Sözügedən dəyişikliklər fonunda dünya iqtisadiyyatı nələrlə üzləşə bilər, mütəxəssislər hadisələrin hansı formaya düşəcəyini proqnoz edirlər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Rusiya ilə Ukrayna arasındakı savaş dünya bazarlarına da təsirsiz ötüşməyib: “Şərqi Avropadakı gərginlikdən təsirlənən birjalarda Brent markalı neftin qiyməti bir gündə 6 faiz artaraq 100 dollarlıq psixoloji həddi keçib. Artıq Brent neftinin 1 bareli 102 dollara təklif olunur. Aydındır ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsirini qoruyub saxlayır. İnvestorlar xüsusən də Rusiyanın neft ixracatında dayanmaların olacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır. Avropada baş verən müharibə qitənin vahid puluna da təsirsiz ötüşməyib. Dünən dollara nisbətən 1.135 kursu ilə dəyişdirilən avro bugünkü birjalarda 1.122 məzənnəsinədək ucuzlaşıb. Avropa İttifaqının sərhədlərində baş verən savaşdan qitə iqtisadiyyatı da təsirlənməkdədir”.
Deputat, həmçinin vurğulayıb ki, Rusiya iqtisadiyyatında da zəifləmələr olacaq: “Təbii ki, Rusiya iqtisadiyyatı da savaşdan qazanan tərəf deyil. Öncədən proqnozlaşdırdığımız kimi rubl dəyər itirməkdə davam edir. Bir gündə 7 faiz ucuzlaşan Rusiya milli pul vahidinin dollara məzənnəsi artıq 90-a yaxınlaşır. Ötən həftəni 1 dollar 76 rubl kursu ilə başa vuran Rusiya valyutası hər dollarda 14 rubl bənd ucuzlaşıb. Rublun məzənnəsinin növbəti dövrdə dəyişməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasından da asılı olacaq”.
Rusiya-Ukrayna savaşının Azərbaycan iqtisadiyyatına hər hansı təsirləri olacaqmı? Bu ölkələrdən nə alırıq və onlara nə satırıq?
İqtisadçı V.Bayramov xatırladıb ki, 2020-ci ildə Azərbaycan ilə Ukrayna arasında ümumi ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub. İl ərzində Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə bu ölkəyə ixrac olunub: “Ukraynadan idxal etdiyimiz malların strukturuna gəldikdə tütün (47 milyon 779 min dollar), iribuynuzlu heyvan əti (27 milyon 992 min dollar), siqaret (22 milyon 165 min dollar), quş əti və onun əlavə məhsulları (20 milyon 977 min dollar), kərə yağı, digər süd yağları və pastaları (19 milyon 949 min dollar), dərman vasitələri (16 milyon 713 min dollar), isti yayılmış polad prokatı (11 milyon 789 min dollar), diri iribuynuzlu heyvanlar (8 milyon 930 min dollar), şokolad və şokolad məhsulları (7 milyon 553 min dollar), təzə meyvə (8 milyon 452 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (7 milyon 734 min dollar), çörək, unlu qənnadı məmulatları (7 milyon 677 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (6 milyon 326 min dollar), süd və qaymaq (4 milyon 310 min dollar) və s. daha çox üstünlük təşkil edir. Ukraynaya isə il ərzində daha çox təzə meyvə (9 milyon 353 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (3 milyon 210 min dollar), təzə tərəvəz (2 milyon 167 min dollar), sürtkü yağları (1 milyon 726 min dollar), meyvə və tərəvəz şirələri (421 min dollar) və digər məhsulları satmışıq”.
Rusiyaya gəldikdə isə: “Ümumi illik ticarət dövriyyəmiz 2 milyard 671 milyon dollar olub. Rusiyadan idxalımız (1 milyard 962 milyon dollar), şimal qonşumuza ixracımız isə (709 milyon 390 min dollar) olub. Rusiyadan buğda (293 milyon 234 min dollar), uzununa doğranmış meşə materialları (100 milyon 35 min dollar), mineral gübrələr (79 milyon 223 min dollar), isti yayılmış polad prokatı (55 milyon 843 min dollar), şokolad və şokolad məhsulları (47 milyon 603 min dollar), bitki yağları (46 milyon 162 min dollar), televiziya qəbulediciləri (44 milyon 473 min dollar), yapışdırılmış faner (28 milyon 45 min dollar), dərman vasitələri (27 milyon 585 min dollar), paltaryuyan maşınlar (23 milyon 586 min dollar), kartof (23 milyon 515 min dollar), çörək, unlu qənnadı məmulatları (22 milyon 611 min dollar), ağac yonqarlı plitələr (22 milyon 399 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (20 milyon 610 min dollar), sintetik yuyucu maddələr (17 milyon 438 min dollar), ağac lifli plitələr (15 milyon 436 min dollar), sürtkü yağları (15 milyon 68 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (13 milyon 787 min dollar), mineral və qazlı sular (12 milyon 464 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (11 milyon 311 min dollar) və s. məhsullar idxal edirik. Rusiyaya isə təzə meyvə (274 milyon 832 min dollar), təzə tərəvəz (214 milyon 122 min dollar), kartof (30 milyon 817 min dollar), elektrik enerjisi (11 milyon 738 min dollar), neft koksu (9 milyon 616 min dollar), etilen polimerləri (8 milyon 318 min dollar), meyvə və tərəvəz şirələri (8 milyon 148 min dollar), bentonit gili (7 milyon 956 min dollar), pambıq ipliyi (5 milyon 315 min dollar), ?eyvə və tərəvəz konservləri (4 milyon 600 min dollar), tütün (3 milyon 427 min dollar), təbii üzüm şərabları və üzüm suslosu (2 milyon 880 min dollar), çay (1 milyon 689 min dollar) və s. məhsulları ixrac edirik”.
Deputat savaşın müddətinin uzun olacağı təqdirdə xarici ticarət dövriyyəmizdə azalma ola bilər: “Hər iki ölkə üzrə məhsul idxal və ixrac strukturu göstərir ki, savaşın uzunmüddətli olacağı halda Ukrayna ilə xarici ticarət dövriyyəmizdə azalmanın olması gözləniləndir. Nəqliyyat əlaqələrinin minimumlaşması da ölkələr arasındakı ticari əməkdaşlığına təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq. Savaş Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsiri yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa, o zaman bu qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlara, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcmini artırmaqla bazarların şaxələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımdan da aktualdır. Görünən odur ki, regionda formalaşan yeni düzən fonunda hadisələr çox çevik olaraq dəyişməkdə davam edəcək”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
