Hədəfimiz - layiqli qayıdışı təmin etmək
25.01.2022 [10:22]
Mübariz ABDULLAYEV
Reinteqrasiya Azərbaycanın gücünə güc qatacaq
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. Qanun layihəsinin hazırlanması parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il üçün iş planına daxil edilib. Ölkə parlamentində belə bir qanunun qəbul edilməsinin planlaşdırılması isə heç də təsadüfi deyil. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası, ora böyük qayıdışın təmin olunması hazırda Azərbaycanın gündəliyinin mərkəzində dayanan əsas məsələdir. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad olunmuş ərazilərə böyük qayıdış növbəti onillik üçün müəyyənləşdirilən beş mühüm prioritetdən biridir.
Çox da uzaqda olmayan Böyük Qayıdış
Təxminən, bir milyon azərbaycanlı ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistana məxsus hərbi birləşmələrin havadarlarının köməyi ilə öz nəzarətləri altına keçirdikləri torpaqlarımızda dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı. Ermənilərin vəhşiliyi ilə üzləşən soydaşlarımız işğalın davam etdiyi üç onillik ərzində bir sıra məhrumiyyətlərlə üz-üzə qaldılar. Ev-eşiklərini itirən bu insanlar çadırlarda, vaqonlarda, uyğunlaşdırlmış qəzalı binalarda yaşadılar. Ancaq uzun illər ərzində üzləşdikləri çətinliklərə baxmayaraq, qaçqın və məcburi köçkünlər yurd yerlərini heç vaxt unutmadılar. Dövlətin, Prezident İlham Əliyevin davamlı qayğısı onlarda torpaqların düşməndən geri alınacağı və onların doğma yurd yerlərinə mütləq qayıdacaqları əminliyini yaratdı. Qaçqın və məcburi köçkün soydaşlarımız üç onillik ərzində qəlblərində bu inamı yaşatdılar.
Artıq həmin dövr gəlib çatıb. 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla həyata keçirən Silahlı Qüvvələrimiz düşməni diz çökdürdü və torpaqlarımızı işğaldan azad etdi. Qalib Azərbaycan üç onillik ərzində ağır qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın doğma yurd yerlərinə qayıdışını təhlükəsiz və layiqli şəkildə həyata keçirməyi hədəfləyib. Buna dövlətimizin həm qətiyyətli siyasi iradəsi, həm də geniş iqtisadi-maliyyə imkanları var.
Müharibənin başa çatmasından sonra ötən bir ildə işğaldan azad olunmuş ərazilərdə görülən işlər ona dəlalət edir ki, qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd yerlərinə böyük qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin olunacaq. Ötən dövrdə bəhs olunan ərazilərdə yüksək səviyyəli infrastruktur quruculuğu geniş vüsət alıb. Artıq Füzulidən Şuşaya çəkilən Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının, bir neçə su elektrik stansiyasının tikintisi uğurla tamamlanıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bir neçə yaşayış məntəqəsinin, mədəniyyət obyektlərinin, məscidlərin bərpası layihələri uğurla reallaşdırılır. Yaşayış məntəqələrinin bərpası “ağıllı şəhər” və “ağllı kənd” konsepsiyaları əsasında həyata keçirilir. İşğaldan azad edilən 10 min kvadratkilometrədək ərazi Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilib. Bütün bunlar onu deməyə əsas verir ki, böyük qayıdış çox da uzaqda deyil, güclü dövlət olan Azərbaycan bunu qısa müddətdə və layiqli şəkildə təmin etməyə nail olacaq.
Bütün bölgələr arasında ənənəvi əlaqələrin bərpası
Ekspertlər Milli Məclisdə böyük qayıdış və reinteqrasiya ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasını şərtləndirən bir sıra mühüm amillərin olduğuna diqqət çəkirlər. Bu sırada bəhs olunan ərazilərin güclü iqtisadi potensiala malik olduğu xüsusi vurğulanır. Bildirilir ki, bəhs olunan ərazilər təbii sərvətlərlə və iqtisadi resurslarla kifayət qədər zəngindir. Bu xüsusda “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, infrastruktur obyektlərinin yaradılması, o cümlədən də Füzuli Hava Limanının istifadəyə verilməsi Qarabağımızın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından vacibdir. “İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 milyard manatda artıq yeni dəyərin yaradılması deməkdir”, - deyə Milli Məclisin üzvü vurğulayıb.
Deputatın qəzetimizə verdiyi açıqlamadan da göründüyü kimi, işğaldan azad olunmuş ərazilərlə respublikanın digər bölgələri arasında ənənəvi əlaqələrin bərpası Azərbaycanın iqtisadi gücünə güc qatacaq. Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb və respublikamızın iqtisadi rayonlarının sırasına Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adları da daxil edilib. Qarabağ iqtisadi rayonu Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. İşğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunda birləşir. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlarda birləşdirilməsi ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanır. Tarixən mövcud olan ənənəvi əlaqələrin bərpası işğaldan azad edilmiş ərazilərin respublikamızın digər iqtisadi rayonlarına nisbətən qısa vaxtda reinteqrasiyasını təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

