Türkiyəyə “mavi yanacaq” tədarükü 2024-cü ilədək davam edəcək
12.01.2022 [10:18]
Qardaş ölkələr olan, qarşılıqlı münasibətləri bütün dünya üçün nümunə sayılan Azərbaycan və Türkiyə arasında əməkdaşlıq çoxşaxəlidir. İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamikasına adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma Memorandumu”nu təsdiq edib. Bununla bağlı qərarı Türkiyənin “Rəsmi Gazete”si dərc edib.
Əməkdaşlığın mühüm istiqaməti - enerji sektoru
Azərbaycan və Türkiyə bir-birilərinə inamın ifadəsi olaraq qarşılıqlı investisiya qoyuluşunu getdikcə artırırlar. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. İndiyədək ölkəmizin Türkiyəyə yönəltdiyi sərmayələrin həcmi 19 milyard dollardan çoxdur. Eyni zamanda, qardaş ölkə də Azərbaycanda investisiya fəallığını getdikcə artırır. İndiyədək Türkiyə şirkətləri respublikamızda 15,4 milyard dollar həcmində podrat layihələrini reallaşdırıblar. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı hədəf qoyublar və bu hədəfə çatmaq tam realdır.
Enerji sektoru ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətini təşkil edir. İndiyədək iki qardaş ölkə enerji sahəsində transmilli şirkətlərin iştirakı ilə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi regional və qlobal əhəmiyyət daşıyan enerji layihələrini böyük uğurla reallaşdırmağa nail olublar. Azərbaycan və Türkiyənin dost ölkələrlə birgə reallaşdırdıqları sonuncu enerji layihəsi Cənub Qaz Dəhlizidir. Sonuncu seqmentinin - Trans Adriatik Boru Kəmərinin (TAP) inşası ötən ilin dekabrında tamamlanan yeni dəhlizlə artıq bir ildir ki, zəngin “Şahdəniz” yatağından çıxarılan “mavi yanacaq” Türkiyədən keçməklə Avropanın mərkəzi ölkələrinə çatdırılır.
Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən birini Türkiyədən keçən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb və bütün işlər nəzərdə tutulan vaxtda uğurla yekunlaşıb.
Türkiyəyə nə qədər “mavi yanacaq” ötürülüb?
Azərbaycandan qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından 2021-ci ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Ötən ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb. Ümumiyyətlə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb.
Azərbaycan Türkiyəyə “mavi yanacaq” tədarükünü perspektivdə də davam etdirəcək. Qardaş ölkənin dövlət başçısı tərəfindən təsdiqlənən ?emoranduma əsasən Azərbaycandan Türkiyəyə qaz tədarükünün müddəti 2024-cü ilə qədər uzadılıb. O cümlədən Türkiyənin Azərbaycandan idxal edəcəyi illik təbii qazın 1,7 milyard kubmetri “SOCAR Turkey Enerji A.Ş”-in ehtiyacları üçün təmin ediləcək. Xatırladaq ki, bəhs olunan Memorandum ötən il dekabrın 22-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

