Davamlı inkişaf: qarşıdakı dövrün iqtisadi-strateji hədəfləri nədir?
21.12.2021 [10:51]
Mübariz ABDULLAYEV
Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkəmizi zirvələrə yüksəldib. Bəhs olunan dövrdə respublikamız bütün istiqamətlərdə fundamental nailiyyətlər qazanıb. Görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə kimi səciyyələnir. Bu gün regionun siyasi, iqtisadi və mədəni mərkəzi məhz Azərbaycandır. Ölkəmiz regional və qlobal əhəmiyyət daşıyan irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edir. Qürurverici haldır ki, qısa müddətdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa, dünya kosmos ailəsinin layiqli üzvünə, eləcə də mühüm tranzit qovşağına çevrilib.
Ölkə yeni strateji mərhələdə
Azərbaycan Prezidenti İlham Əliyev həmişə belə bir fikri əsaslandırır ki, müxtəlif istiqamətlərdə qazanılan uğurların təməlində güclü iqtisadiyyat dayanır. Əlamətdar haldır ki, bu gün respublikamız bütün dünyada ən dinamik şəkildə inkişaf edən iqtisadiyyata malikdir. Son illərdə arzuolunmaz xarici təsirlərə dayanıqlılıq nümayiş etdirməsi milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin yüksək olmasını bir daha təsdiqləyir.
Azərbaycanın bütün dünyada nümunə kimi göstərilən dinamik iqtisadi inkişafını şərtləndirən bir sıra amillər var. Bunların sırasında ölkəmizin iqtisadi siyasətinin daxili potensiala əsaslanmaqla və zamanın dəyişən tələbləri, meydana çıxan yeni qlobal trendlər nəzərə alınmaqla müəyyənləşdirilməsi amilinin önəmini xüsusi qeyd edə bilərik. Respublikamızda keçilən yol, mövcud imkanlar nəzərə alınmaqla qarşıya yeni strateji hədəflər qoyulur. Bu baxımdan, respublikamızda Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.
Müstəqillik illərində həyatın bütün sahələrində böyük uğurlara imza atan Azərbaycan öz inkişafının yeni strateji mərhələsinə daxil olub. Sənəddə də vurğulandığı kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.
Ölkəmiz üçün yeni strateji mərhələ həm də Azərbaycanın ötən il 44 günlük müharibəni şanlı Qələbə ilə başa vurması və ərazi bütövlüyünün təmin edilməsi ilə səciyyələnir. Bu, ölkəmiz üçün böyük siyasi və iqtisadi dividendlər deməkdir. Sənəddə qeyd edilir: “Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir”.
Beş milli prioritetdən biri
Növbəti onilliyi əhatə edən strateji mərhələdə ölkəmizdə beş Milli Prioritetə çatmaq nəzərdə tutulub ki, onlardan birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat qurulması ilə bağlıdır. Davamlı iqtisadi inkişaf ölkədə adambaşına düşən milli gəlirin artmasını, eyni zamanda, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edəcək. Bu hədəfə çatmaq üçün respublikanın bütün müvafiq qurumlarının iştirakı ilə yaxın beş ili əhatə edən strategiya hazırlanıb. Bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi), həmçinin digər aktual məsələlər müzakirə olunub. Strategiya çərçivəsində bir sıra aktual məsələlər öz həllini tapacaq.
Mütəxəssislərin qənaətinə görə, iqtisadi artımın davamlı olması üçün dövlət və özəl sektor əməkdaşlığı genişləndirilməli, regionlarda mövcud iş resursları iqtisadi fəaliyyətə cəlb edilməlidir. Yeni mərhələdə innovasiya əsaslı iqtisadiyyat quruculuğu, “yaşıl enerji” istehsalının artırılması planlaşdırılır. Bundan başqa, yeni strategiyanın həyata keçirilməsi ilə ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görüləcək. 2022-2026-cı illəri əhatə edən inkişaf strategiyasının formalaşdırılmasında müxtəlif konsaltinq şirkətlərinin, yüksək səviyyəli yerli və beynəlxalq ekspertlərin, əksər dövlət qurumlarının mütəxəssislərinin iştirak etdiklərini bildirən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, sənəddə iqtisadiyyatın bütün fəaliyyət istiqamətlərində strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub. Nazirin məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərin maliyyələşməsi istisna olmaqla, strategiyanın reallaşması üçün tələb olunan vəsaitin ümumi həcmi 20 milyard manata yaxındır və bunun da 10,8 milyard manatı dövlət büdcəsinin üzərinə düşür. “Sözügedən strategiya layihəsinin uğurla həyata keçirildiyi təqdirdə, ölkədə 2022-2026-cı illərdə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, qeyri-neft ÜDM-nin isə 5 faiz səviyyəsində formalaşacağı gözlənilir”, - deyə Mikayıl Cabbarov əlavə edib.
Beləliklə, qarşıdakı dövrün iqtisadi-strateji hədəfləri davamlı inkişaf və sürətli yüksəliş vəd edir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

