Kağız, yoxsa rəqəmsal MANAT?
15.12.2021 [09:50]
“Rəqəmsal manat”ın tətbiqi üçün möhkəm arxitektura lazımdır
Nicat Dilqəmli
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçirilən 5-ci Beynəlxalq Bankçılıq Forumunda bildirib ki, rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. “Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyəyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, -deyə o qeyd edib.
“Rəqəmsal manat”ın tətbiqində ən mühüm məqamlardan biri təhlükəsizliyin təmin edilməsidir. Maraqlıdır, “rəqəmsal manat”dan istifadə zamanı kiberhücumların qarşısının alınmasına dair hansı planlar var. Ümumiyyətlə, “rəqəmsal manat”ın tətbiqinin iqtisadiyyatımıza təsiri necə olacaq, dünya təcrübəsi bu barədə nə deyir?
“Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Elbrus Cəfərli bildirib ki, hazırda əksər ölkələrin maliyyə-bank sistemlərində müxtəlif blokçeyn texnologiyalara geniş yer verilməkdədir və bu sırada rəqəmsal valyutanın da aktuallığı artır: “Dünyada rəqəmsal texnologiyaların geniş tətbiqi maliyyə xidmətləri sahəsində də ən innovativ modellərin tətbiqini zəruri edir. Çin və bəzi Asiya ölkələri buna keçib, Avropa Mərkəzi Bankı da öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir. Azərbaycan hökuməti də bu istiqamətdə müxtəlif maliyyə tədqiqləri aparır, ən nüfuzlu xarici rəqəmsal şirkətlərlə layihələr həyata keçirir, yəni iradə var. Ancaq rəqəmsal pula keçid üçün möhkəm arxitektura lazımdır, Azərbaycanda bu yöndə infrastrukturun tam formalaşmasına ehtiyac var. Digər tərəfdən, rəqəmsal valyutaya keçidin ən mühüm tələbi nağdsız cəmiyyətin olmasıdır. Doğrudur, ölkəmizdə nağd ödənişlər sahəsində bir çox proqramlar icra olunur, “Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı” var, eyni zamanda, “Nağdsız ödənişlər haqqında” qanun daha da təkmilləşdirilir, kart bazarı üçün kifayət qədər texniki imkanlar və rəqəmsal bankçılıq qurulub, digər tərəfdən, rəqəmsal hökumət quruculuğunun ana hədəflərindən biri nağdsız və təmassız cəmiyyətin tam formalaşdırılmasından ibarətdir.
Mərkəzi Bank da müxtəlif blokçeynlər üzrə tədqiqat aparır. Ancaq nağdsız dövriyyə hələ hədəflənmiş səviyyəyə çatmayıb. Nağdsız ödəmələrin həcmi ümumi pul dövriyyəsində 10-15 faiz təşkil edir, yəni nağd pul dövriyyəsi hələ də yüksəkdir. Ona görə də nağdsız ödənişlərin həcminin bir neçə dəfə artırılması vacibdir ki, rəqəmsal pul ödəmələrinə də münbit zəmin yaransın”.
“Rəqəmsal manat”ın təhlükəsizlik məsələlərindən danışan ekspert vurğulayıb ki, rəqəmsal valyutaya keçid üçün güclü təhlükəsizlik sistemləri qurulmalıdır: “Kibercinayətkarlığın sürətlə artdığı bir dövrdə bu valyuta sistemlərinə müdaxilələrin qarşısının tam alınması və güclü nəzarət, davamlı bank immunitetləri zəruridir. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının buna tam hazır olduğunu düşünmək düzgün olmazdı. Yəni bu kimi amilləri nəzərə aldıqda Azərbaycanda rəqəmsal valyutaya keçid hələ müəyyən bir vaxt aparacaq”.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli isə bildirib ki, bu qərarların verilməsi üçün həm texnoloji, həm də hüquqi baza baxımından infrastruktur yaranması zəruridir. Ekspert bunun yaxın 5 il ərzində mümkün olacağını düşünmür: “Qloballaşan dünyada innovativ texnologiyalar yeni inkişaf mərhələsinə qədəm qoyduqca müxtəlif ölkələrdə müxtəlif tip innovativ və rəqəmsal məhsulların sayı durmadan artmaqdadır. Son dövrlərdə üzərində çalışılan mövzulardan biri də fiziki valyutaların rəqəmsal valyutalarla əvəz olunmasıdır. Hətta bir çox ölkələrdə rəqəmsal valyutaların istehsalı və eyni zamanda, tətbiqi üzərində həm elmi, həm də praktiki çalışmalar ortaya qoyulmaqdadır. Avropa Mərkəzi Bankının rəqəmsal valyutaların tətbiqi ilə bağlı bir sıra tədqiqatları, təhlilləri və çalışmaları mövcuddur. Lakin rəqəmsal valyutaların tətbiqi mövzunun yeniliyi ilə əlaqədar bir sıra sualları özündə ehtiva edir. İlkin olaraq demək istəyirəm ki, hazırda rəqəmsal valyutalar yüksək texnoloji infrastruktura malik ölkələrdə tətbiq olunmaqdadır. Azərbaycanda isə hələlik bu tip valyutanın, xüsusən də rəqəmsal manatın dövriyyəyə buraxılması üçün fundamental infrastruktur yoxdur. Bundan başqa, rəqəmsal manata keçməzdən öncə əhali bu mövzular haqqında maarifləndirilməlidir və insanlara “rəqəmsal manat”ın əhəmiyyəti, istifadə qaydaları və eləcə də müsbət və mənfi tərəfləri haqqında təşviqat aksiyaları həyata keçirilməlidir”.
Elmir Səfərli bəzi şəxslərdə nağdsız ödəməyə hələ təzə-təzə etibar yarandığını da qeyd edib: “Nəzərdə saxlamaq lazımdır ki, əhalinin böyük kütləsi illərdir maarifləndirilməsinə baxmayaraq, nağdsız ödəmələrə, kartlardan istifadəyə hələ indi alışmaqdadır. Rəqəmsal manatın emissiya məsələsi (emissiya-bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması-red) önəmlidir. Aydındır ki, bir çox ölkələrdə rəqəmsal valyutalar müxtəlif şirkətlər, müxtəlif etibarlı olmayan mənbələr tərəfindən emissiya olunmaqdadır. Bu isə insanlarda təhlükənin və riskin yaranmasına əsas yaradır. Bunun üçün istər beynəlxalq bazarda, istər yerli səviyyədə rəqəmsal valyutanın tətbiqi birbaşa Mərkəzi Banklar tərəfindən emissiya olunduğu halda keçərli və əsaslı olmalıdır”.
Ekspertlərin qənaətinə görə, rəqəmsal ödənişlərdən istifadə zamanı ölkə iqtisadiyyatında şəffaflıq artır, iqtisadiyyatın nağdsızlaşmasının sürətlənməsi ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına müsbət təsir göstərir. Belə ki, rəqəmsal ödəniş sistemi nağd pulu minimallaşdırır, nəticədə vergidən yayınma halları azalır, bank sektoru sağlamlaşır və elektron bank əməliyyatlarının çeşidi və həcmi genişlənir, elektron ticarətin həcmi böyüyür.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49

