Azercell-dən avtomatik balans artırılması imkanı
05.11.2021 [18:15]
“Birbank” mobil tətbiqində lider operatorun abunəçiləri üçün avtomatik ödəniş xidməti yaradılıb
5 milyondan artıq abunəçinin seçimi olan “Azercell Telekom” istifadəçilərinin həyatını rahatlaşdırmaq üçün yeni texnoloji həlləri hazırlamaqda davam edir. Gündəlik iş və məişət qayğıları bəzən mobil nömrənin balansına vaxtlı-vaxtında nəzarət etməyə əngəl törədir. Məhz bu prosesi sadəlişdirmək üçün Azercell-in təqdim etdiyi növbəti yenilik bütün Azercell Fakturasız Xətt abunəçilərinə öz nömrələrində balansı avtomatik artırmağa imkanını verir.
yeniazerbaycan.com xəbər verir ki, noyabr ayından etibarən Azercell şirkəti “Kapital Bank” ASC-nin “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verməklə abunəçiləri üçün mobil tətbiqə bağlı olan bank kartı hesabından avtomatik qaydada nömrəsinin balansına ödənişləri həyata keçirməyi mümkün etdi.
Ödənişləri bir neçə meyara uyğun olaraq tənzimləmək mümkündür. Abunəçi istərsə, ödəniş üçün müəyyən tarix seçə bilər. Bu zaman hər ay həmin tarixdə nömrənin balansı avtomatik olaraq “Birbank” tətbiqində qeydiyyatda olan bank hesabından artırılacaq.
Avtomatik ödəniş üçün digər meyar - mobil nömrənin balansının minimum müəyyən edilmiş həddə çatması ilə bağlıdır. Bu funksiya seçildiyi halda, nömrənin balansı həmin həddə çatdıqda, avtomatik olaraq ödəniş baş tutacaq.
Abunəçi avtomatik ödəniş üçün mobil nömrə balansının son istifadə tarixini də seçə bilər. Abunəçilər bu xidməti aktivləşdirmək üçün “BirBank” mobil tətbiqində müvafiq imkanlardan birini seçməlidirlər. Qeyd edək ki, bu imkan ilk olaraq Azercell Fakturasız Xətt abunəçiləri üçün istifadəyə verilib.
Avtomatlaşdırılmış balans artırılması xidmətinin tətbiqi abunəçilərin vaxtına qənaət etməsinə imkan yaradır, onların işini asanlaşdırır. Artıq abunəçilərin daim balansı izləməsinə, balansın tükənməsi və istifadə imkanın aşılması üzündən xəttin bağlanması kimi məqamlar üçün narahat olmasına lüzum qalmır. Avtomatik ödəniş xidməti aktivləşdirib müvafiq meyarlardan birini seçməklə Azercell Fakturasız Xətt abunəçisi nömrəsinin daim işlək olmasından əmin olacaq.
Müştəri məmnuniyyətini öz işinin əsas prinsipi hesab edən Azercell gündəlik həyatı rahatlaşdıran rəqəmsal xidmətlərin çeşidini artırmağı qarşısına məqsəd qoyub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

