“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib
01.05.2021 [00:36]
“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin iştirakı ilə panel müzakirəsi keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, panel müzakirəsində çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil nəticələrinin uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas element olduğunu vurğulayıb. Nazir bununla bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarından nümunələri diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın son illər ərzində uğurlu nəticələrini qeyd edən təhsil naziri, eyni zamanda, ümumi təhsil müəssisələrində rəqəmsal əhatəni təmin edəcək fiber-optik şəbəkələşmə layihəsindən danışıb. 2021-2025-ci illəri əhatə edəcək bu şəbəkə nəticəsində ölkə üzrə şagirdlərin 75 faizi fiber-optik qoşulma ilə genişzolaqlı internet xidmətindən istifadə edə biləcək ki, bu da təhsildə rəqəmsal əlçatanlılığı artıracaq.
Nazır çıxışında “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilərək növbəti tədris ilində bu layihəyə 200 min məktəblinin cəlb olunacağını deyib. Həmçinin təhsil naziri kibertəhlükəsizlik üzrə qısamüddətli kursların effektiv nəticə verdiyini bildirib.
Təhsil naziri növbəti tədris ilindən fəaliyyətə başlayacaq SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni nəsil ixtisas imkanlarından da söz açıb.
Təhsil naziri Emin Əmrullayev hər iki həmkarına bu əhəmiyyətli tədbirə qatıldıqları üçün təşəkkür edib və birgə əməkdaşlığın ümumi məqsədlərə çatmaq istiqamətində vacib həlqə olduğunu vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında dövlət başçısının rəqəmsallaşma, innovasiya sahəsinə xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan müzakirə olunan layihənin əhəmiyyətini qeyd edib. İnsan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindəndir. İqtisadiyyat naziri yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün həm dövlət qurumlarının, həm də biznesin Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, dövrün tələblərinə uyğun kadr potensialının formalaşdırılması vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində rəqəmsal bilik və bacarıqlara tələb getdikcə artır.
Mikayıl Cabbarov innovativ inkişaf üçün nazirliyin üç istiqamətdə fəal iş aparacağını bildirib: “Birinci istiqamət dövlət resurslarının bu və digər sahələrə istiqamətləndirilməsinə dəstək verilməsidir. Digər istiqamətlər isə biznes dünyası ilə dialoqun aparılması və özəl sektora dəstəyin göstərilməsi, vergi güzəştlərindən tutmuş, müxtəlif təşviqlərə qədər sistemli yanaşmalar olacaq”.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyalara aparan yol yalnız təhsil və elmdən keçir. Rəhbərlik etdiyi İnnovasiya İşçi Qrupu çərçivəsində həyata keçirilən işlərdən danışan nazir Azərbaycanda innovasiyaya baxış mövzusunda fikirlərini bölüşüb. “Biz innovativ mühiti üç qatdan ibarət bir piramida kimi təsəvvür edirik. Piramidanın alt, ən zəruri qatını ölkədə sağlam dövlət idarəetmə sistemi təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu təməlin möhkəmləndirilməsini təmin etmişdir və bu sahədə islahatlar davam edir. Piramidanın orta təbəqəsi elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır”. Nazir bu baxımdan iki məsələnin vacibliyini vurğulayıb.
“Birincisi, elmi tədqiqatların inkişafıdır. İnnovasiyaya aparan yol ixtiralarla zəngindir”, - deyən Rəşad Nəbiyev qeyd edib ki, tədqiqatlara qoyulan sərmayə sürətli şəkildə artmalıdır. “Təhsil təkliflərini elmi araşdırmalarla gücləndirmək lazımdır – universitetlərin burada oynayacağı rol əhəmiyyətlidir. İkincisi, elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır. Davamlı startap ekosistemi piramidanın üst qatını təşkil edir”.
Rəşad Nəbiyev Milli İnnovasiya Strategiyasında bu məsələlərin nəzərə alındığını diqqətə çatdırıb.
Müzakirədə aidiyyəti dövlət qurumları ilə birgə özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.
Tədbirin ikinci hissəsi sual-cavab sessiyası ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

