İqtisadiyyat naziri Qlobal Texnologiya İdarəetməsi Sammitində iştirak edib
07.04.2021 [09:24]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, süni intellektin yaradılması və inkişafı potensialı barədə müzakirələrin aparıldığı sessiyada M.Cabbarov dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal transformasiyanın, yeni texnologiyaların fəal tətbiqinin və bununla əlaqədar olaraq müasir təhsil və innovasiyaları təşviq edən münbit mühitin, yüksək rəqabətli, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan insan kapitalının formalaşdırılmasının və rəqəmsal texnologiyalar dövrünə hazırlanmasının önəmini vurğulayıb. Qeyd olunub ki, COVID-19 pandemiyası bu prosesi daha da sürətləndirib.
Bildirilib ki, Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verilir. Nazir 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri barədə məlumat verib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb. Ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulmasına və Böyük Qayıdışa töhfə verəcək.
Qeyd edilib ki, qlobal iqtisadiyyatda rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlilinin və koordinasiyasının həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
M.Cabbarov deyib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb. 2021-ci il aprelin 1-dən fəaliyyətə başlamış 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Azərbaycanda bu mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verəcək.
Sessiyada süni intellektin ticarət əməkdaşlığının inkişafına təsiri barədə sualı cavablandıran iqtisadiyyat naziri bu amilin məhsuldarlığın artırılmasında, istehsalın avtomatlaşdırılmasının sürətləndirilməsində, təchizat zənciri risklərinin idarə olunmasında, nəqliyyat-tranzit marşrutlarının və daşınan yüklərin həcminin optimallaşdırılmasında, ticarətin rəqəmsallaşdırımasında mühüm rolunu vurğulayıb.
Qeyd edək ki, aprelin 2-də Azərbaycan və Türkiyə hökumətləri arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandum imzalanıb. Bu sənəd ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına töhfə verməklə, digər qonşu ölkələri də bu təşəbbüsə qoşulmağa, regional rəqəmsal əməkdaşlığa və ticarətin asanlaşdırılmasına təşviq edəcək.
Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammiti ilk dəfədir keçirilir. Aprelin 6-7-də onlayn formatda təşkil edilən sammitə Yaponiya ev sahibliyi edir və tədbirdə 50-dən çox hökumət, 600-dən artıq şirkət rəhbəri iştirak edir. Sammitdə sənayenin texnoloji transformasiyası, qlobal texnoloji idarəetmə və ən son texnologiyaların tətbiqi və sair məsələlər müzakirə olunur.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

