/ / Azərbaycanda alternativ enerji mənbələrindən istifadə olunması ilə bağlı proqramlar uğurla yerinə yetirilir
Azərbaycanda alternativ enerji mənbələrindən istifadə olunması ilə bağlı proqramlar uğurla yerinə yetirilir
07.04.2010 [10:00]
Qlobal istilərin tüğyan etdiyi bir zamanda dünya alimləri yarana biləcək problemlərin qarşısını almaq üçün yeni layihələr barəsində düşünməkdədirlər. Onlar qlobal istiləşmənin gətirəcəyi problemləri nəzərə alaraq ayrı-ayrı istiqamətlər üzrə atılacaq addımları müəyyənləşdirirlər. Məsələn, istiləşmələrin səbəb ola biləcəyi torpaq sahələrinin azalması ehtimalı irəli sürülür. İnsanların sayının artıb, əksinə torpaq sahələrinin azalacağını düşünən alimlər suyun üzərində olan şəhərlərin layihələrini hazırlayır. Bu şəhərlərin insanları qidanı dənizdən, enerji tələbatını günəş, külək və bu kimi təbii enerji mənbələrindən alacaqlar.
Nəinki dənizdə, elə quruda yaşayan insanlar da külək, günəş və başqa enerji mənbələrindən istifadə zərurətini anlayıb. Nəticədə alternativ enerji mənbələrindən istifadə üzrə inkişaf etmiş dünya dövlətlərindən ibarət siyahı da formalaşıb. Enerji sistemində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinə görə, Almaniya Avropada birincidir. Bu proses davam edir. İndiki mərhələdə dünya ölkələrinin liderləri hətta qlobal iqlim dəyişmələrinə hazırlığı yaşıl enerjidən istifadədə görür. Məsələn, çin inkişaf etmiş ölkələr tərəfindən təmiz enerji texnologiyasına sahib olmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərilməsini təklif edib.
Azərbaycan prosesə artıq 4 ildir ki, qoşulub. ölkəmizdə böyük ekoloji layihələrə start verilib. Enerji təminatı, əsasən, ənənəvi enerji resursları hesabına ödənilsə də, qeyri-ənənəvi enerji resurslarından da paralel istifadəyə başlanıb. Mütəxəssislərin fikrincə, Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi alternativ enerji mənbələrinin işlənilməsi sahəsində daha böyük imkanları var. Həmin amili önə çəkən ekspertlər hesab edir ki, gələcəkdə ekoloji cəhətdən təmiz və son dərəcə ucuz başa gələn bu enerji mənbələrinin aşkara çıxarılıb istismara verilməsində Azərbaycan regionun digər dövlətlərinə nümunə ola bilər.
Bir sözlə, Azərbaycanda zəngin neft və qaz ehtiyatı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələri də mövcuddur və onların istismarı istiqamətində ilk addımlar atılıb. 2006-cı ildə alternativ enerji mənbələrindən istifadəyə qərar verilib və bunun üçün ayrıca dövlət proqramı təsdiq edilib. Bu proqram çərçivəsində bir sıra işlər görülüb. Alternativ və bərpa olunan enerji mənbələrinin işlənilməsi üçün dövlət tərəfindən müvafiq proqramlar hazırlanıb. 3 külək mühərriki qurulub, ölkəmizə çoxlu günəş kollektorları gətirilib. Alternativ enerji mənbələri ilə əlaqədar agentliyin yaradılmasına start verilib.
Görülən işlərin nəticəsidir ki, Xəzər dənizi sahilində “yaşıl (təbii) enerji” istehsalı məqsədi ilə ötən ilin martında icrasına başlanmış pilot layihə uğurla həyata keçirilir. Layihənin fəaliyyət göstərdiyi bir ildə burada 3,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bununla da, istilik elektrik stansiyalarında eyni həcmdə elektrik enerjisinin istehsalı üçün sərf edilən 1,1 milyon kubmetr təbii qaza qənaət olunub. Layihə çərçivəsində Sumqayıt şəhəri yaxınlığında Danimarka istehsalı olan 2 “Vestas V52” külək qurğusu quraşdırılıb. Burada istehsal olunan enerji Sumqayıt elektrik enerjisi səbəkəsinə ötürülür. Bu, Azərbaycanda külək enerjisi layihəsinin texniki cəhətdən mümkünlüyünü sübut edir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

