/ / Eldar İbrahimov: Sənayeləşmə siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir
Eldar İbrahimov: Sənayeləşmə siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir
22.09.2020 [08:53]
“Dünyada, eləcə də ölkəmizdə yaşanan koronavirus bəlasına baxmayaraq, müstəqil dövlətimiz yenə də öz inkişaf yolu ilə addımlamaqda davam etməkdədir. Pandemiyanın yaratdığı bəzi çətinliklərə rəğmən, ölkəmiz yenə inkişaf və tərəqqi xətti ilə irəliyə doğru addımlamaqdadır. Bunu elə hər gün, hər həftə, hər ay gerçəkləşdirilən açılışlardan da görmək mümkündür”.
Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, yeni sənaye müəssisələrinin, fabrik və zavodların, aqro, sənaye parklarının, digər önəmli və vacib obyektlərin açılması ölkəmizin əzminin, iradəsinin, iqtisadi inkişafının, gücünün göstəricisidir. Bütün bunlar həm də yeni iş yerlərinin açılması, əlavə gəlir, qazanc mənbələri deməkdir. Ən əsası ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin, güzəranının, sosial-rihah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardır, Azərbaycan dövlətinin hər bir situasiyada öz vətəndaşlarının yanında olmasıdır. Millət vəkilinin sözlərinə görə, bu işlərin, bu titanik addımların müəllifi isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Məhz dövlət başçısının müdrik, son dərəcə uzaqgörən siyasəti, yenilməz iradəsi, qətiyyəti sayəsində bu inkişafa nail olunub.
E.İbrahimov qeyd edib ki, bugünlərdə inkişafımıza, tərəqqimizə töhfə verəcək daha bir mühüm addım atılıb: “Ölkənin ikinci sənaye mərkəzi olan Sumqayıtda cənab Prezidentin iştirakı ilə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı oldu. Bu Mərkəz nəinki Sumqayıtın, bütövlükdə ölkəmizin inkişafına, tərəqqisinə töhfə verəcək bir təhsil ocağıdır. Qeyd etmək lazımdır ki, sənayeləşmə siyasəti bütövlükdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Həmçinin, xatırlatmaq yerinə düşər ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur”.
Millət vəkili qeyd edib ki, bu gün qeyri-neft sektorunun daha ön planda olduğu bir dönəmdə yaşayırıq: “Qeyri-neft sektorunun önəmi daha çox aktuallığı ilə özünü büruzə verməkdədir. Odur ki, ölkəmizdə də yeni və daha inkişaf etmiş sənaye mərkəzlərinin yaradılması, sənaye parklarının gerçəkləşdirilməsi lazımdır. Çünki dövlət başçımızın açılışda qeyd etdiyi kimi, neft yataqlarımız nə vaxtsa tükənəcək. Odur ki, bu boşluğu məhz qeyri-neft sektoru hesabına doldurmalı, təmin etməliyik. Həmçinin, tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr yaratmalıyıq. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma dövlət başçımızın da vurğuladığı kimi, çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri yaradılmalıdır. Bu baxımdan, biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bütün bunlar isə nəticə etibarı ilə ölkəmizin güclənməsi, qüdrətlənməsi, zəfərlərdən-zəfərlərə doğru getməsi deməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

