Kimya sənayesindəki yeniliklər dövlətin bu sahəyə diqqətinin təzahürüdür
30.01.2010 [08:53]
“Azərkimya” Dövlət Şirkəti müəssisələrinin istehsal etdiyi və dünya bazarında tələbatın yüksək olduğu neft-kimya və kimya məhsullarının istehsal həcmi və keyfiyyəti ildən-ilə artırılır. Təsadüfi deyil ki, son iki ildə Şirkətin məhsulları beynəlxalq qurumlar tərəfindən “Keyfiyyət və biznes prestijinə” görə Qızıl mükafata və digər yüksək təltiflərə layiq görülüb.
Geniş texnoloji-istehsalat və güclü kadr potensialına, zəngin əmək ənənələrinə malik “Azərkimya” Dövlət Şirkəti dünya iqtisadiyyatındakı mövcüd problemlərə baxmayaraq, son illərdə, eləcə də, ötən il ərzində neft-kimya məhsullarının istehsalı sahəsində stabilliyi qoruyub-saxlaya bilib. Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən geniş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının ciddi bir dəyişikliyə uğramadan stabil inkişafını xüsusi bir məmnunluqla qeyd edərək bildirib ki, Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır. Vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz öz iqtisadi maraqlarını qoruya bilib, əhalinin rifah halının pisləşməsinə yol verilməyib. 2009-cu ilin yekunlarına görə ölkəmiz dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri olub. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bütün uğurlarının təməlində ölkə rəhbərliyinin düşünülmüş, düzgün siyasəti dayanır. ötən il ərzində sənaye istehsalı əhəmiyyətli dərəcədə - 8,6 faiz artıb. Əldə olunan uğurlar onu göstərir ki, Azərbaycanda son illər ərzində sürətlə və ardıcıl olaraq aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir.
ölkə kimyaçılarının qarşıya çıxa bilən hər cür çətinliklərin öhdəsindən uğurla gəlmək, istehsalat ahəngini, iş ritmini qoruyub-saxlamaq əzmi ilə yanaşı, Azərbaycanın neft-kimya kompleksinin güclü və etibarlı texnoloji bazaya, ən müxtəlif kimyəvi məhsulların istehsalını təmin edə bilən texnoloji qurğu və unikal avadanlıqlara malik olması respublikamızın kimya sənayesinin stabil fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycanın bir-birilə çox sıx bağlı olan sənaye sahələrinin - neft və neft-kimya sənayesinin ölkə iqtisadiyyatı və sənayesinin inkişafında əhəmiyyətini dəqiqliyi ilə dərk edərək Ulu öndər Heydər Əliyev hələ keçən əsrin 70-ci illərində bu sahədə başladığı genişmiqyaslı tədbirləri özünün iqtisadi siyasətinin ardıcıl və məntiqi davamı olaraq güclü və yüksək akkordla - 1994-cü il sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” ilə yeni mərhələyə çatdırdı. Bütün bunlar Azərbaycan iqtisadiyyatının gələcək kompleks inkişafı üçün nəzərdə tutulmuş proqramının vacib tərkib hissəsi idi. Ulu öndər Heydər Əliyev hələ 1971-ci ildə ölkəmizdə neft hasilatının 100 illiyinə həsr olunan müşavirədə qətiyyətlə bildirib ki, respublikada artmaqda olan neft istehsalı sənayenin ən mühüm sahələrinin, ilk növbədə isə, iqtisadiyyatın aparıcı sahələrindən olan neft-kimyanın inkişafına geniş imkanlar yaradacaq.
Ulu öndərin müdrik iqtisadi siyasəti nəticəsində neft sənayesinin inkişafı, karbohidrogen ehtiyatları ilə zəngin neft yataqlarının istismarıyla sıx bağlı olan neft-kimya sənayesinin ölkə iqtisadiyyatında əhəmiyyəti indi artıq danılmaz bir həqiqətə çevrilib. Və bu gün respublikanın kimya sənayesi yeni yüksəliş dövrünü keçirir.
Kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludurlar və onların vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki, onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 faizdən də çoxdur. Bu problemin aradan qaldırılması üçün ümummilli lider Heydər Əliyev yenidən qəti addımlar atdı və bu problem aradan qaldırıldı. ölkəmizin müstəqillik əldə etdiyi, lakin sənaye sahələrinin, o cümlədən, kimya sənayesinin kəskin enerji böhranı ilə üzləşdiyi ağır bir dövrdə ümummilli lider Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə ölkənin kimya sənayesinin gələcək inkişafına, onun perspektiv yüksəlişinə mühüm əhəmiyyət verərək belə bir enerji kompleksinin yaradılması qərarını verdi. Məhz Ulu öndərin şəxsi səyi nəticəsində Yaponiyadan dövlət zəmanəti üzrə unikal bir enerji qurğusu - Buxar-generator kompleksi kreditlə alınaraq inşa edildi.
Bununla da kimya sənayesinin ahəngdar işləməsi, respublikada neft-kimya məhsullarının emal həcminin genişləndirilməsi, Etilen-polietilen zavodunda istehsal olunan və şirkətin digər müəssisələrində xammal kimi istifadə edilən məhsulların maya dəyərinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi, istehsal həcminin artırılması hesabına həmin müəssisələrin səmərəli fəaliyyəti və inkişafı, həm EP zavodunda, həm də digər müəssisələrimizdə beynəlxalq standartlara uyğun, rəqabətə davamlı kimya məhsullarının istehsalı və həmin məhsulların dünya bazarına çıxarılaraq, özünə geniş alıcı auditoriyası qazanması üçün də əlverişli şərait yarandı. Buxar-generator kompleksinin sayəsində bu gün həm Etilen-polietilen zavodunun, həm də digər müəssisələrin - “Sintezkauçuk”, “üzvi sintez” və Səthi aktiv maddələr zavodlarının daha ahəngdar işi təmin edilir.
Ulu öndərimiz Heydər Əliyev ilk dəfə Respublika rəhbərliyinə gəldiyi 1969-cu ildə də, qüdrətli xilaskar kimi yenidən hakimiyətə qayıtdığı 1993-cü ildə də böyük uzaqgörənliklə gördüyü genişmiqyaslı, bütün dünyaya səs salan qlobal tədbirlər yalnız kimya və neft-kimya sənayesini deyil, bütövlükdə, Azərbaycanı üzləşdiyi həm iqtisadi, həm də siyasi bəlalardan qurtarmaqla yanaşı, müstəqillik əldə etmiş Vətənimizin bugünkü yüksək sürətli inkişafının təməlini qoyub. Dahi rəhbərin neft strategiyasında müəyyənləşdirdiyi düzgün yol bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi stabil inkişaf maqistralına çıxarıb, bütün lider dövlətlərin Azərbaycana olan münasibətində köklü müsbət dəyişiklik yaradıb, ölkəmizə olan diqqəti və marağı artırıb.
O da diqqətəlayiqdir ki, son illər ərzində neft sindromunun bütün dünyada iqtisadi problemlərlə müşayiət olunmasına baxmayaraq, bilavasitə ölkə rəhbərinin qayğısının real nəticəsi olaraq respublikamızın kimya müəssisələrinin xammalla və enerjidaşıyıcıları ilə təchizatında heç bir fasilə, heç bir çətinlik olmayıb. Dövlətin göstərdiyi daimi diqqət və qayğıya cavab olaraq Azərbaycan kimyaçıları bütün çətinliklərə baxmayaraq, son zamanlar daha əzmkarlıqla çalışır, mümkün olan potensial imkanları üzə çıxararaq, onlardan maksimum səmərə ilə istifadə etməyə çalışırlar.
Bir neçə il əvvəl “Sintezkauçuk” zavodunun texniki izopropil spirti - TİS sexində iş prosesi zamanı müəyyən səbəblərdən texnoloji avadanlıq vaxtından tez sıradan çıxırdı ki, bu da müəyyən məhsul itkisinə səbəb olurdu. Bunun qarşısının alınması üçün texnoloji prosesdə alınan işlənmiş aşağı qatılıqlı sulfat turşusunun soyudulması məqsədi ilə texnoloji sxemə layihə üzrə əvvəlcədən nəzərdə tutulmamış yeni soyuducu qoşulub. Bununla da texnoloji qurğuda boşdayanmaların qarşısı alınıb, onun fasiləsiz işləməsi təmin edilib və məhsul itkisi aradan qaldırılıb. Eyni zamanda, ətraf mühitə atılan qaz tullantıları təkrar istehsala qaytarılıb, nəticədə əlavə məhsul istehsalına nail olunub. Başqa bir təklifin reallaşması ilə işlənmış sulfat turşusunun qatılığı yüksək həddə - 64-65 faizə çatdırılıb. Bununla da son məhsulun alınması üçün sulfat turşusunun sərf norması, eyni zamanda, məhsulun maya dəyəri aşağı salınıb.
Şirkətin və həmin zavodun mütəxəssislərinin birgə texniki yaradıcılıq axtarışlarının nəticəsi olaraq mütləqləşdirilmiş izopropil spirti - MİPS sexində texnoloji sxemin təkmilləşdirilməsi məqsədilə ona yeni rektifikasiya kalonu qoşulub. Bu isə dünya bazarına çıxarılan qiymətli əmtəəlik məhsulun aromatik xassələrini yaxşılaşdırmış, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul istehsalına nail olunub.
“üzvi sintez” zavodunun poliefir sexində əvvəllər atmosferə atılan etilen oksidi və propilen oksidi buxarlarının tutularaq etilenqlikol və propilenqlikol qarışığına çevrilməsi, zavodun ərazisində isə yağların regenerasiyası qurğularının istifadəyə verilməsi məhsul istehsalının və onun keyfiyyətinin artımına öz müsbət təsirini göstərib. ötən illər ərzində kimyəvi məhsulların yeni, daha effektli növlərinin və markalarının istehsalına nail olunması sahəsində də uğurlar əldə edilib. İşlənmiş yağların regenerasiyası qurğusunun tikilərək istismara verilməsi sayəsində Azərbaycan Dövlət Neft Şirkəti üçün “PçQ-R” markalı yeni reagent, həmçinin, qazma işlərində və neftin nəqlində parafinin çökməsinə qarşı istifadə edilən “More-R”, neftçıxarma quyularının davamlılığını artırmaq məqsədilə istifadə edilən MLSP-R tipli reagentlər istehsal edilərək, istehlakçılara təqdim olunub.
Şirkətin iri müəssisələrindən olan Səthi aktiv maddələr - SAM zavodunda da məhsul istehsalı həcminin və onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Müəssisələrimizin sulfat turşusuna olan tələbatını ödəmək məqsədilə həmin zavodun fəaliyyəti dayandırılmış kükürd anhidridi istehsalı sexində yenidənqurma işləri aparılıb və gündəlik məhsuldarlığı 10 ton olan sulfat turşusu istehsalı sexi istifadəyə verilib. Alınan sulfat turşusu ilə “Sintezkauçuk”un izopropil spirti istehsalı sexini kifayət qədər təmin etmək üçün SAM zavodunun sulfat turşusu sexində yenidənqurma işləri davam etdirilib və bir sıra texniki dəyişikliklər nəticəsində sexin istehsal gücü daha da artırılaraq, 27 ton/günə çatdırılıb. Görülən bu tədbirlər sayəsində şirkətin müəssisələrinin sulfat turşusuna olan tələbatı hazırda tam və bütünlüklə ödənilir.
SAM zavodunda qiymətli xammal kimi kaustik soda alınmasında istifadə olunan civənin itkisinin qarşısının alınması üçün də konkret tədbirlər həyata keçirilib. Müəssisənin ərazisində illərlə yığılıb qalmış, tərkibində civə olan çirklənmiş torpaqdan civənin ayrılması və fiziki-kimyəvi üsulla təmizləndikdən sonra yenidən texnoloji prosesə qaytarılması həm xeyli miqdarda civənin təkrarən prosesə qaytarılması ilə məhsuldarlığın artması, həm də ekologiyanın yaxşılaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Qeyd olunmalıdır ki, civənin təmizlənmə prosesi müəssisənin öz daxili imkanları hesabına həyata keçirilib və bu iş artıq xeyli müddətdir ki, uğurla davam etdirilir. Son 5 il ərzində 20 tona yaxın qiymətli civə bu üsulla yenidən elektroliz prosesinə qaytarılıb.
Etilen-polietilen zavodunda da məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, xammal və materiallardan qənaətlə istifadə edilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Etilen istehsalatında sərf normasının aşağı salınması və qurğunun iqtisadi göstəricilərinin yaxşılaşdırılması məqsədilə əsas avadanlıqlarından olan piroliz sobalarına verilən qidalandırıcı suyun hazırlanması şöbəsində yenidənqurma işləri aparılıb. Nəticədə yüksək temperatur rejimində işləyən sobaların tablaşdırıcı aparatlarının tez-tez sıradan çıxmasının qarşısı alınıb, sobaların istismar müddəti artıb.
Müəssisədə əsaslı təmir və bərpasına, dəyişilərək yenisi ilə əvəz olunmasına ehtiyac olan, lakin bunun üçün böyük miqdarda vəsait sərf olunmaqla xaricdən gətirilən texnoloji avadanlıqlara və onların hissələrinə çəkilən xərclərin minimuma endirilməsinə də nail olunub. Belə ki, “EP-300” və “Polimir-120” istehsalatlarının kompressor və avadanlıqları çox yüksək temperatur (750-8500C) və yüksək təzyiq altında (1800-2000 atm.) işlədiyindən həmin avadanlıqlar, həmçinin, onların bəzi qovşaq və hissələri Azərbaycanda yox, çexiyanın Praqa və Ukraynanın Sumı şəhərlərinin zavodlarında hazırlanırdı. İndiki dövrdə onların xaricdən alınıb-gətirilməsi iqtisadi cəhətdən əlverişli deyil. Şirkət və müəssisə mütəxəssislərinin birgə rəyi və səyi nəticəsində, həmin avadanlıq və ehtiyat hissələrin bilavasitə respublikamızda hazırlanması üçün lazım olan materiallar Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki istehsalçı zavodlardan alınaraq gətirilir və yerli müəssisələrdə - Bakının maşınqayırma və “Yastıqlar” (podşibnik) zavodlarında, həmçinin, Şirkətin Mexaniki-təmir zavodunda işlənib-hazırlanır. Bu, həm vaxt itkisinin, həm də onlar üçün sərf olunan vəsaitin ölkədən kənara axınının qarşısını ala bilib. Bununla da son 3 il ərzində istehsalatın stabil işi təmin edilib, plandankənar dayanmaların sayı, həmçinin, qəza zamanı məcburən atmosferə atılan tullantıların miqdarı və xammalın sərf norması xeyli azalıb, qənaət olunan xammal hesabına isə əlavə olaraq məqsədli məhsul istehsalına nail olunub.
Bir sözlə, son illər Şirkət və onun müəssisələrində istehsalatın genişləndirilməsi, məhsulların həcminin və keyfiyyətinin artırılması məsələlərinin diqqət mərkəzində olması kimyaçılarımızın bugünkü əmək nailiyyətlərinin qazanılmasında mühüm rol oynayır.
Heç də təsadüfi deyil ki, son 4 ildə əvvəlki 4 illə müqayisədə Şirkət üzrə əmtəəlik məhsul istehsalı 37,2 faiz, kimyaçılarımızın orta aylıq əməkhaqqı 2 dəfədən də çox artıb. Ən vacibi isə odur ki, heç bir mövcud problemə, həmçinin, dünya iqtisadi böhranına baxmayaraq, 7000-ə yaxın kimyaçının iş yerləri qorunub-saxlanıb.
İnşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanaraq, başa çatdırılması istiqamətində son illər Şirkət tərəfindən real nəticələrə nail olunmaqla intensiv işlər aparılıb. Son 3 il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər toplusu bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanıb və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.
Xüsusilə qeyd etmək lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq ediləcək dünya səviyyəli bir layihədir. Layihədə ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulub və onun başa çatdırılması ilə bağlı kimya və neft-kimya məhsullarının, xüsusilə də, poliefirlər, gübrə və digər üzvi sintez məhsullarının istehsalı üzrə dünya liderlərindən olan bir çox transmilli aparıcı və nüfuzlu şirkətlərə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Təqdirəlayiq haldır ki, dünyanın bu sahədə fəaliyyət göstərən bir çox digər şirkətləri də Azərbaycanda neft-kimya sənayesinin perspektiv inkişafını nəzərə alaraq, “Azərkimya” ilə öz əlaqələrini genişləndirməyə böyük təşəbbüs və maraq göstərirlər. Hazırda “Azərkimya” Dövlət Şirkəti yeni neft-kimya kompleksi ilə bağlı layihənin reallaşdırılması işlərini daha sürətlə və yüksək texniki səviyyədə həyata keçirməkdə davam edir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10
