/ / Ölkəmizdə 2009-cu ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilib
Ölkəmizdə 2009-cu ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilib
23.01.2010 [04:13]
Dünyada baş verən böhran tendensiyasına və əlverişsiz xarici mühit amillərinə baxmayaraq, Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş, təmkinli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olub. ötən il qlobal böhranın fəsadları ölkə iqtisadiyyatına müəyyən dərəcədə sirayət etsə də, onun təsirləri praktiki olaraq hiss edilməyib. Bütün sosial proqramlar və iqtisadi layihələr fasiləsiz icra olunub, qarşıya qoyulmuş vəzifələr öz həllini tapıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.
Dünən keçirilən və 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş mətbuat konfransında Arif Vəliyev qeyd edib ki, ötən il dünya maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf meyillərini qoruyub saxlayıb. ölkənin inkişafını xarakterizə edən əsas makroiqtisadi indiqator olan ümumi daxili məhsul (üDM) istehsalı 9,3 faiz artıb. Sənaye məhsulunun artım tempi 8,6 faiz təşkil edib. Kənd təsərrüfatında isə artım 3,5 faiz olub. Arif Vəliyevin qeyd etdiyinə görə, 2009-cu ildə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 298 manata çatıb. Əhalinin pul gəlirləri 8 faiz yüksəlib. 2009-cu ildə bütün sosialyönümlü tədbirlər uğurla icra edilib. Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilib.Məsələn, sosial məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat sərf edilib ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat çoxdur. Komitə sədrinin fikrincə, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi əhalinin banklardakı əmanət və depozitlərinin həcminin də yüksəlməsinə imkan yaradıb. ötən il vətəndaşların banklardakı əmanətləri 23 faiz artıb. Eyni zamanda, bankların il ərzində aktivlərinin 14 faiz artması iqtisadiyyata kredit qoyuluşlarının həcminin çoxalmasına səbəb olub. ötən il iqtisadiyyata kredit qoyuluşları 17 faiz yüksəlib.
Dövlət Statistika Komitəsinin sədri ötən il daxili və xarici maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 7,4 milyard manat həcmində investisiya qoyulduğunu bildirib. Sərmayələrin 79,9 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib. Xarici investisiyaların strukturunda Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, Fransa və Koreyanın yönəltdiyi vəsaitlər əsas üstünlüyə malikdir. Əsas kapitala yönəldilmiş sərmayənin 47,9 faizini müəssisə və təşkilatların vəsaitləri, 36,4 faizini büdcə vəsaitləri, 4,1 faizini əhalinin xüsusi vəsaiti və 11,6 faizini digər vəsaitlər təşkil edib. Sərmayələrin 69,9 faizi və ya 5,1 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Arif Vəliyev onu da qeyd edib ki, Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına güclü təkan verib. Dövlət Proqramı çərçivəsində yeni obyektlər işə salınıb, yeni iş yerlərinin açılması geniş vüsət alıb. Belə ki, ötən il Bakı şəhərində Hövsan Aerasiya Stansiyasının əsaslı yenidən qurulması, “Azadlıq prospekti” metro stansiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Azərbaycan Tennis Akademiyası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Sumqayıt şəhərində Elektrik Stansiyası, Gədəbəy rayonunda Qızıl-mis emalı, Hacıqabul rayonunda kərpic zavodları, Quba rayonunda modul tipli “Şahdağ” elektrik stansiyası, Bərdə rayonunda Avtovağzal binası, Naxçıvan şəhərində Avtovağzal kompleksi, “Gəmiqaya” mineral sular və Asfalt-Beton zavodları, “Unlu” qənnadı məmulatlar istehsalı sexi, Naxçıvan şəhərində və Şərur rayonunda meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Şərur rayonunda istixana kompleksi, Şəmkir, İsmayıllı və Şərur rayonlarında Olimpiya İdman kompleksləri, Bakı şəhərində Hövsan, Şağan Olimpiya İdman kompleksləri və “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Şamaxı, Quba və Bərdə rayonlarında Müalicə-Diaqnostika mərkəzləri, Hacıqabul rayonunda Uşaq Tibb, Naxçıvan şəhərində Doğum və Şahmat mərkəzləri tikilərək istifadəyə verilib.
ötən il, həmçinin, ümumi sahəsi 1363,3 min kvadrat metr olan yeni yaşayış evləri, 20622 şagird yerlik ümumtəhsil məktəbləri, 605 çarpayılıq xəstəxana, növbədə 1235 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər inşa olunub. ötən il yeni yaradılmış iş yerlərinin sayı 75 mini ötüb. Yoxsulluğun səviyyəsi 2 faiz azalaraq 11 faizə düşüb.
Həyata keçirilən bu tədbirlər sahibkarlıq sektorunun inkişafına da impuls verib. Hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib, il ərzində qeydiyyata alınmış 5314 hüquqi şəxsin 195-i dövlət mülkiyyətinə, 1-i bələdiyyə mülkiyyətinə, 4529-u xüsusi mülkiyyətə mənsub olub. Onların 463-ü tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir. Yeni müəssisələrin 65,5 faizi Bakıda, 11,6 faizi Aran, 5,7 faizi Abşeron, 5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb. ötən il 38 minə yaxın fiziki şəxs qeydiyyatdan keçib.
2009-cu ildə Azərbaycanda dünyanın 137 ölkəsi ilə 19 milyard dollara yaxın idxal-ixrac əməliyyatları aparıb. Xarici ticarət dövriyyəsinin təxminən 14 milyard dollarını ölkəmizdən ixrac olunmuş mallar, 5 milyard dollarını isə idxal edilmiş məhsullar təşkil edib. Azərbaycan ötən il ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldo əldə edib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

