Azərbaycanda turizmin dinamik inkişafı 2010-cu ildə də davam edəcək
23.01.2010 [03:31]
Müasir dünyada turizm ən gəlirli sahələrdən biri hesab olunur. Hər il dünya dövlətləri turizmdən ümumilikdə 4 trilyon ABŞ dolları dəyərində gəlir əldə edir. Bu baxımdan, sözügedən sahənin inkişafı ölkəmiz üçün də olduqca gərəklidir. Gözəl təbiətə, qədim tarixi memarlıq abidələrinə malik olan Azərbaycanda turizmin inkişafı üçün geniş potensial mövcuddur. Bu səbəbdəndir ki, ölkəmizə olan maraq ildən-ilə daha da artır, paytaxtımızı və bölgələrimizi ziyarət edən turistlərin sayı sürətlə çoxalır. Məlum olduğu kimi, dünya iqtisadi və maliyyə böhranı 2009-cu ildə bir çox ölkələrin turizm gəlirlərini xeyli azaltdı. Lakin bu hal Azərbaycanda müşahidə olunmadı. Hesablamalar göstərdi ki, dünya maliyyə böhranına baxmayaraq, ötən ildə də Azərbaycana gələn turistlərin sayında artım tendensiyası müşahidə olunub. Bir sözlə, görünən odur ki, bu irəliləyişlərin əsasında turizm sahəsinin inkişafına xidmət edən dövlət siyasəti dayanır.
öncə onu qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis olunması sözügedən sahədə hərtərəfli inkişaf üçün lazımi hüquqi-normativ bazanın təmin olunmasına zəmin yaradıb. “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” isə bu sahədə işlərin müntəzəm və planlı şəkildə aparılmasını təmin edib. Son illər ərzində Bakı, Quba, Xaçmaz, Şəki, Şamaxı, Lahıc, Lənkəran, Naxçıvan və digər bölgələrdə Turizm İnformasiya Mərkəzləri yaradılıb. Bu mərkəzlərin həyata keçirdiyi təkmilləşdirmə kursları turistlərin ölkəmizə səfərini yüksək səviyyədə təşkil etməyə imkan verir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı üzrə hazırlanan və həyata keçirilən dövlət proqramlarında da turizmin inkişafına ayrıca diqqət yetirilir. Bu gün ölkədə 230 turizm şirkəti, 370 mehmanxana və bu tipli digər obyektlər fəaliyyət göstərir. Hazırda tikilməkdə olan onlarla hotel və mehmanxananın bir qisminin cari ildə istifadəyə veriləcəyi gözlənilir. Eyni zamanda, turizmin dünyada geniş yayılmış atçılıq, dağ, su, idman, işgüzar və digər formaları Azərbaycanda da inkişaf etməkdədir. Xüsusilə də, Quba, Qusar, Balakən və Qəbələdə dağ turizminin, Mingəçevirdə isə su turizminin inkişafına böyük diqqət yetirilir. Eləcə də, qış aylarında xüsusi gözəlliyə malik olan dağ rayonlarımızda qış turizminin inkişafı üçün geniş imkanlar var. O da məlumdur ki, ilk dövrlərdə sahibkarlar əsasən yay turizminə maraq göstərərək investisiyaları bu sahəyə yönəldirdilər. Lakin son vaxtlar dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qış turizminə də maraq artıb və yaxın gələcəkdə bu sahənin də yüksək səviyyəyə çatdırılacağını söyləmək olar. Hazırda Qusar rayonunda tikilməkdə olan və 2011-ci ildə istifadəyə verilməsi planlaşdırılan Şahdağ Qış-yay turizm kompleksi dağ xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradacaq.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanın turizm imkanlarının dünyaya tanıdılmasında istər ölkəmizdə keçirilən beynəlxalq mötəbər tədbirlərin, istərsə də dünyanın başqa yerlərində təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin iştirak etməsinin böyük təbliğati önəmi var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bildirdiyinə görə, 2010-cu ildə ölkəmizin turizm potensialı 15-dən çox beynəlxalq turizm sərgisində nümayiş olunacaq.
Hazırda ölkədə daxili turizm də inkişaf dövrünü yaşayır. Belə ki, regionlarda yaradılan istirahət-turizm komplekslərinin obyektlərinin sayının artması, qiymətlərin tədricən aşağı enməsi və yoxsulluğun minimuma endirilməsi istiqamətində görülən işlər Azərbaycanın gözəl guşələrində istirahət etməyə üstünlük verən vətəndaşlarımızın sayını xeyli artırıb.
öz növbəsində ölkəmizdə davam etdirilən təmir-bərpa və quruculuq işləri də turizmin inkişafına geniş imkanlar açır. Məsələn, İçərişəhərdə görülən işlər, muzeylərin təmir olunaraq həm görünüş, həm də texniki təchizat baxımından ən müasir tələblərə uyğunlaşdırılması, həmçinin, regionlarımızda qədim tarixi memarlıq abidələrinin bərpa olunaraq turist marşrutlarına daxil edilməsi və digər bu kimi tədbirlər Azərbaycanı əcnəbi turistlər üçün daha cəlbedici edir.
Vacib məsələlərdən biri isə turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bunun üçün ölkədə sözügedən sahəni mükəmməl bilən mütəxəssislərə, ixtisaslı kadrlara ehtiyac var. Məhz bu məqsədlə də, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Turizm İnstitutu yaradılıb. Cari ildə bu institutun ilk məzun buraxılışı olacaq. Bununla yanaşı, ötən il ərzində 60-dək gənc xarici ölkələrdə turizmlə bağlı müxtəlif peşə kursları keçib. Sözsüz ki, bu layihələr turizm xidmətlərinin səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək.
Sonda onu da qeyd edək ki, Azərbaycan turizmin inkişaf etdirilməsi məqsədilə başqa ölkələrlə geniş əməkdaşlıq edir. Son bir neçə il ərzində ölkəmizlə Yunanıstan, Fransa, Moldova, Qazaxıstan, Misir, İordaniya və digər dövlətlərlə ikitərəfli sazişlər imzalanıb. Bununla yanaşı, Azərbaycan ümumdünya Turizm Təşkilatı (BMüTT), İslam Konfransı Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası və başqa beynəlxalq turizm təşkilatları çərçivəsində dünya ölkələri ilə çoxtərəfli əməkdaşlıq qurur.
Beləliklə, əminliklə söyləmək olar ki, görülən işlər nəticəsində Azərbaycan yaxın gələcəkdə turizm sahəsində böyük təcrübəyə və nüfuza malik olan ölkələrlə rəqabət aparmaq gücündə olacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

