Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı Buxtasında dəniz körpüsünün tikintisi ilə bağlı Müzakirə Protokolu imzalanıb

Bakı Buxtasında dəniz körpüsünün tikintisi ilə bağlı Müzakirə Protokolu imzalanıb

22.12.2009 [11:01]

KOICA Layihə Tədqiqat Qrupunun rəhbəri çO Sanq-Vu və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti və İqtisadiyyat şöbəsinin rəhbəri Sədrəddin Məmmədov dekabr ayının 17-də KOICA-nın “Azərbaycanda Bakı Buxtasında  Dəniz Körpüsünün Tikintisi üçün Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması” layihəsi üzrə Müzakirə Protokolunu imzalayıblar. KOICA-nın Layihə Tədqiqat Qrupu layihə ərazisini tədqiq etmək və layihənin təfərrüatlarının əsasını qoymaq üçün 2009-cu il dekabr ayının 14-dən 18-dək Bakıda səfərdə olublar. Bundan başqa Qrupun rəhbəri və KOICA-nın Azərbaycan nümayəndəliyinin Yerli Təmsilçisi KİM Yanq-Vu Azərbaycanın sosial və iqtisadi inkişafı sahəsində əməkdaşlıq barədə müzakirə aparmaq məqsədilə Nazirlər Kabinetinin Dövlət zəmanəti ilə alınan Kreditlərin, Texniki Yardım və Qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin rəhbəri Nail Fətəliyev ilə görüşüblər. Koreya Respublikası  Höküməti (Cənubi Koreya) adından KOICA layihənin 2009-2011-ci illərdə 12 ay ərzində həyata keçirilməsi üçün 1.6 milyon ABŞ dolları həcmində büdcə ayırıb. Layihənin məqsədləri:        1) Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması vasitəsilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, 2) Koreyanın dəniz körpüsü tikintisi və yol idarəetməsi sahəsində təcrübəsini Azərbaycan Respublikasında tətbiq etməklə Azərbaycanlı mütəxəssislərin bacarıqlarının artırılması, 3) Azərbaycan Höküməti tərəfindən həyata keçirilən yol inkişafına müvafiq olaraq əyalətlərdə kommunal xidmətin yaxşılaşdırılmasına və iqtisadi inkişafın gücləndirilməsinə töhfə verilməsi, 4) layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, 5) Bakı şəhərinin yeni rəmzinin işlənib hazırlanması və gələcəkdə Xəzər dənizindən şəhərə giriş qapısının təşkil edilməsidir.

Paylaş:
Baxılıb: 1247 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30