Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
23.08.2019 [09:42]
Avqustun 22-də Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzinə baxış keçiriblər.
AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini Əli Əhmədov mətbuat nümayəndələrinə açıqlamasında Azərbaycan hökumətinin süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxladığını, bu məqsədlə lazımi tədbirlər görüldüyünü deyib.
Kənd təsərrüfatı məhsullarının keyfiyyəti, qiyməti və əhaliyə göstərilən xidmətin səviyyəsi ilə maraqlanan Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin və hökumətinin apardığı siyasətin əsas məqsədi ölkədə daxili istehsalın inkişaf etdirilməsi, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının artmasıdır.
Baş Nazirin müavini qeyd edib ki, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllini tapıb. Hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.
Aqrar sektorda böyük irəliləyiş olduğunu vurğulayan Əli Əhmədov ölkədə məhsul bolluğunun təmin edildiyini, eyni zamanda, istehsal edilən məhsulların bir hissəsinin xaricə ixrac olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycanın ixrac potensialının formalaşmasında və inkişaf etdirilməsində çox böyük rol oynayan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahənin inkişafı fermerlərin məşğulluğunun artırılması ilə yanaşı, ölkənin ərzağa olan ehtiyacını daha dolğun ödəməyə imkan yaradacaq. Digər məqsəd isə Azərbaycan vətəndaşının ərzaq qıtlığından əziyyət çəkməməsidir.
Vurğulanıb ki, Azərbaycan hökuməti dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə lazım olan bütün zəruri tədbirləri görür. Belə ki, müəyyən yerlərdə satış yerləri, logistik mərkəzlər və ticarət mərkəzləri yaradılıb. “Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilsin. Biz istəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf - fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”, - deyə Baş Nazirin müavini qeyd edib.
Reyd zamanı üç müxtəlif ticarət mərkəzində olduqlarını, məhsulların qiymətlərinin və xidmətlərin bir-birindən fərqləndiyini bildirən Əli Əhmədov əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyini, eləcə də yüksək qiyməti olan məhsullara rast gəlindiyini deyib: “Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər”.
Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir. Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır. Çalışmalıyıq ki, vətəndaş məhsulun keyfiyyətindən, qiymətindən və xidmətdən məmnun qalsın. İctimai nəzarətin də önəminə toxunan Baş Nazirin müavini bunun ən səmərəli vasitələrindən birinin mətbuat olduğunu vurğulayıb. O, KİV-in bu işdə fəal olmasını və hökumətə dəstək göstərməsini tövsiyə edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

