İstehlak bazarlarında süni qiymət artımına yol verilmir
15.08.2019 [09:39]
Ölkədə idarəetmənin yaxşılaşdırılması, şəffaflığın artırılması, daxili istehsalın genişləndirilməsi, görülən inzibati tədbirlər, həmçinin manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir
Ölkəmizdə müxalifət düşərgəsinin radikal qanadını təşkil edən ayrı-ayrı marginal qruplaşmaların təmsilçilərinin zaman-zaman gerçəklikdən uzaq iddialar səsləndirmələri artıq arzuolunmaz bir ənənəyə çevrilib. Xaricdəki antimilli dairələrlə koordinasiya olunmuş şəkildə canfəşanlıq göstərən radikallar son günlərdə dövriyyəyə ölkəmizin istehlak bazarlarında qimətlərin artması ilə bağlı şayiələr buraxıblar. Halbuki, respublikamızda uzun müddətdir ki, makroiqtisadi sabitlik müşahidə edilir, qiymətlərin artması ilə bağlı iddiaların da heç bir əsası yoxdur.
Məlum olduğu kimi, 2019-cu ilin əvvəlindən respublikamızda böyük sosial paket reallaşdırılır. İki mərhələdə reallaşdırılan və təxminən 4 milyon insanı əhatə edən böyük sosial paket çərçivəsində qarşıya qoyulan hədəflərdən biri də əhalinin gəlirlərinin artmasına nail olmaqdır. Dövlət başçısının cari ilin əvvəlindən bəri imzaladığı Fərman və sərəncamlara uyğun olaraq minimum əməkhaqqı, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artırılıb, yeni təqaüd və müavinət növləri təsis edilib. Ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq son 6 ayda əhalinin gəlirləri 6,6 faiz artıb. Təəssüf ki, radikallar respublikamızda əhalinin gəlirlərinin artmasını növbəti dezinformasiyanı dövriyyəyə buraxmaq üçün göydəndüşmə bir fürsət kimi dəyərləndiriblər. Halbuki, ölkəmizdə əhalinin gəlirlərinin artması fonunda heç bir qiymət artımı müşahidə olunmur, 2019-cu ilin ilk 6 ayında respublikamızda cəmi 2,5 faiz səviyyəsində inflyasiya qeydə alınıb. Rəqəmlərdən də göründüyü kimi, ilin əvvəlindən bəri respublikamızda inflyasiya gözlənilən həddən və digər ölkələrdə müşahidə edilən göstəricilərdən aşağı olub. Ölkədə idarəetmənin yaxşılaşdırılması, şəffaflığın artırılması, görülən digər tədbirlər və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir.
Əhalinin özü də istehlak bazarında müşahidə edilən proseslərdən məmnundur. Bir qədər bundan əvvəl Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə məlumat verilib ki, Mərkəzi Bank Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparıb. Sorğuların nəticələrinə əsasən, ölkəmizdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı cəmi 2 faizdir. Bu isə o deməkdir ki, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənəcəyinə inanmır. Müsbət məqamlardan biri də ondan ibarətdir ki, ölkədə dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildəki pik həddən - 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması isə 52 faizdən 35 faizə qədər aşağı düşüb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə süni qiymət artımına qarşı görülən tədbirlər kompleks səciyyə daşıyır. Burada dövlətin siyasi iradəsini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyev bəhs olunan müşavirədə süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı ciddi mesajlarını bir daha diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır.
Bazarlarda süni qiymət artımına qarşı ən səmərəli mübarizə tədbiri isə, heç şübhəsiz ki, ölkə üzrə istehlak mallarının istehsal dinamikasının ilbəil yüksəlməsidir. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Bunun sayəsində respublikamızda aqrar sektorda məhsul istehsalında ciddi artım müşahidə edilir. Ölkəmizin bir sıra pozisiyalar üzrə, o cümlədən də meyvə-tərəvəzə, heyvandarlıq məhsullarına olan daxili tələbatını 100 faiz yerli istehsal hesabına ödəməsi böyük nailiyyətdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20

