Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19.07.2019 [09:58]
Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olub, 545,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarım ildə dövlət büdcəsinin mədaxili 10 milyard 405,5 milyon manat icra olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz və yaxud 590,2 milyon manat çoxdur.
Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 632,8 milyon manat vəsait daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 milyon manat çoxdur. Həmin vəsaitin 70,1 faizi və yaxud 2 milyard 245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 65,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 234,4 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz və ya 55,5 milyon manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 60,1 milyon manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 413 milyon manat vəsait transfert edilib. Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 milyard 965,8 milyon manat icra olunub.
Cari ilin 6 ayında dövlət büdcəsinin xərcləri 10 milyard 951 milyon manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz və ya 1 milyard 426,7 milyon manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk 6 ayında dövlət büdcəsi xərclərinin 36,1 faizi və ya 3 milyard 953,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz və ya 328 milyon manat çoxdur. Yarım ildə dövlət büdcəsi xərclərinin 5 milyard 621 milyon manatı və ya 51,3 faizi cari xərclərə, 3 milyard 941,6 milyon manatı və ya 36 faizi əsaslı xərclərə, 1 milyard 388,4 milyon manatı və ya 12,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5 milyard 891,8 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 775,5 milyon manat və ya 15,2 faiz çoxdur.
Altı ayda icmal büdcənin gəlirləri 17 milyard 583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 467,6 milyon manat və ya 16,3 faiz çoxdur. İcmal büdcənin xərcləri 11 milyard 682 milyon manat icra olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 839 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcədə 5 milyard 901,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

