Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
07.09.2018 [08:42]
VI “Çin-Avrasiya” sərgisi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair ümumilikdə 14 razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 6-da İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan sahibkarlarının VI “Çin-Avrasiya” sərgisində iştirakı da belə tədbirlərdəndir. Avqustun 29-dan sentyabrın 2-dək davam edən sərgidə Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. 21 Azərbaycan şirkətinin təmsil olunduğu sərgidə Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
“Sərgi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair danışıqlar aparılıb. Belə ki, Göygöl Şərab Zavodu və Çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Sincan Ticarət Kommersiya şirkəti ilə 4,5 ton Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanın “Gilan” şirkəti Çinin “Fenglian” şirkəti ilə müxtəlif növ kompot və meyvə şirələrinin satışına dair razılıq əldə edib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi, zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair “Azərsun Holding” şirkəti ilə razılığa gəlinib. Bundan başqa, Çinin “İxlas” distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin “Hans Zhou”, “TIAN SHENG HOLDINGS”, “BEIJING REVIEW” kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə “Azhazelnut” şirkəti arasında ixraca dair danışıqlar aparılıb. Azərbaycanın “Eco-Dry” şirkəti isə alma qurusunun ixracına dair anlaşıb. Sərgi çərçivəsində ümumilikdə 14 razılıq əldə olunub”, - deyə o bildirib.
Y.Abdullayev deyib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 29 avqust - 3 sentyabr tarixlərində Çinin Urumçi şəhərinə ixrac missiyası təşkil edilib. Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına, yerli məhsullarımızın Çinə ixracına dair müzakirələr aparıb, potensial müştərilərlə ikitərəfli görüşlər keçirib: “İxrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olub. Bu, Çinə sayca 4-cü və ümumilikdə isə xarici ölkələrə təşkil edilən 16-cı ixrac missiyasıdır”.
O əlavə edib ki, Azərbaycan məhsullarının, o cümlədən şərab və digər spirtli içkilərin Çinə ixracının artırılması və istehsalın stimullaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 2-də Çinin Urumçi şəhərində Azərbaycan Şərab Evi açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir.
Qeyd edək ki, Azərbaycan Şərab Evi Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmizin məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.
Məlumat verilib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Ukrayna və Latviyadakı ticarət evləri isə bu il fəaliyyətə başlayıb. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. 2018-ci ilin sonunadək isə Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

