Bu il pambıq sahələrindən 260 min ton məhsul istehsal ediləcəyi planlaşdırılır
16.08.2018 [08:59]
Avqustun 15-də Salyan şəhər Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə ölkədə pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş respublika müşavirəsi keçirilib. Müşavirədə pambıq əkini həyata keçirilən rayonların kənd təsərrüfatı idarələrinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, bu il rayon ərazisində 7055 hektar sahədə pambıq əkilib. 2018-ci ildə 2016-cı ilə nisbətən 3,2 dəfə, yəni 4887,3 hektar çox sahədə pambıq əkini aparılıb. Pambıq əkini ilə əlaqədar olaraq 5995 nəfər işlə təmin edilib. Sahələrdə becərmə işləri davam edir və bol məhsul yetişib. “MTK-İK” MMC, “CTS-Aqro” MMC və “Salyan Kənd Təsərrüfatı” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb və əkin aparılıb. Rayon sakinləri fərdi olaraq da pambıq əkməyə maraq göstərirlər. Belə ki, bu il 3085,6 hektar sahədə fərdi qaydada pambıq əkilib.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bununla da kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə edilib.
Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axınının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təminatı qarşıda duran əsas məqsədlərdəndir. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan kənd təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib.
İnam Kərimov çıxışında 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov “Cari ildə pambıq əkininin vəziyyəti”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev “Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili mövzularında çıxışlar ediblər.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ildə respublika üzrə 22 rayonda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib. Aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir. Ötən il isə tarlalardan 207,5 min ton məhsul yığılmışdı. Ümumiyyətlə, Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramında xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf qoyulub.
Emal sənayesinin yaxşılaşdırılması və toxumçuluqla bağlı görülən işlərdən danışılarkən qeyd edilib ki, Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi başa çatmaq üzrədir. Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək.
Bundan başqa, 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində yüngül sənaye məhsulları istehsal edəcək 9 müəssisənin inşa olunması da nəzərdə tutulur. Artıq sənaye parkında iplik istehsalı üzrə iki müəssisə fəaliyyətə başlayıb.
Pambıq yığımına hazırlıqla əlaqədar “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərində mexanizatorlar üçün təlim kursları da təşkil olunub. Kursları bitirən mexanizatorlara sertifikat veriləcək və onlar pambıq yığımına cəlb olunacaqlar. Pambıq yığımı ərəfəsində ölkə üzrə 303 pambıqyığan kombayn var. Bu il “Aqrolizinq” tərəfindən ölkəyə Hollandiya istehsalı olan daha 100 ədəd pambıqyığan kombaynın gətirilməsi nəzərdə tutulur.
Müşavirədə fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra müşavirə iştirakçıları rayonun Kürqaraqaşlı kəndində yerləşən Salyan Dövlət Sort-Sınaq Məntəqəsinə məxsus pambıq sahəsinə baxış keçiriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

