Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq miqyasda təqdir olunur
02.08.2018 [08:40]
Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir
Azərbaycanın iqtisadi inkişaf kontekstində əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur. Məsələn, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqində 2017-ci ildə əməkhaqqı səviyyəsinə görə Azərbaycan 306,7 dollarla dördüncü yerdə qərarlaşıb. “Standard & Poor’s” reytinq agentliyinin hesabatında isə Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib, reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Azərbaycanda iqtisadi inkişafın qanunauyğun nəticələrini özündə əks etdirən daha bir proqnoz “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanıb. Belə bir qənaət ifadə edilib ki, Azərbaycanda mövcud olan sosial və siyasi sabitlik davam edəcək. Reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. Agentliyin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. O da ifadə edilib ki, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir.
Öz növbəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında qeyd edib ki, sözügedən hesabatlarda ölkəmizlə bağlı əks olunan məqamlar Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini göstərir: “Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun MDB ölkələri arasında əməkhaqqı reytinqinə əsasən, ölkəmiz ilk beşlikdə yer alır. Bu, olduqca müsbət göstəricidir və Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaşların mənafelərinin təmin olunması məqsədinin dayandığını göstərir. Digər tərəfdən, “Standard & Poor’s” reytinq agentliyinin hesabatında isə Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Ümumiyyətlə, reytinq agentliklərinin ölkəmizin inkişafı ilə bağlı müsbət proqnozları Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir”.
Millət vəkili əlavə edib ki, Azərbaycanın inkişafına xidmət edən sosial-iqtisadi islahatlar mütəmadi olaraq həyata keçirilir və sistemli, ardıcıl xarakter daşıyır: “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi tərəfindən açıqlanan hesabatda Azərbaycanda mövcud olan sosial və siyasi sabitliyin davam edəcəyi ifadə olunub. Bu, öz növbəsində, Azərbaycanda makroiqtisadi sabitlikdən xəbər verir və səmərəli iqtisadi siyasətin göstəricisidir”.
“Azərbaycanda həyata keçirilən səmərəli və uğurlu siyasət sayəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyasına nail olunub. Bunun nəticəsidir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempini yüksək qiymətləndirirlər”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan pozitiv məqamlar Azərbaycanda uğurla reallaşdırılan layihələrin, geniş islahatların, iqtisadi sahədə inkişafın və uğurlu sosial siyasətin məntiqi nəticəsidir: “Bu gün Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətdir. Respublikamız regionda qlobal əhəmiyyətli layihələrin moderatoru rolunda çıxış edir. Bütün bunlar səmərəli, uzaqgörən daxili və xarici siyasətin nəticələridir”.
Azərbaycanda uğurlu sosial-iqtisadi siyasətin həyata keçirildiyini bildirən S.Qafarova əlavə edib ki, bu siyasət ölkəmizin hərtərəfli inkişafına xidmət edir. “Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, o cümlədən “Standard & Poor’s” və “Fitch Ratings”in hesabatlarında da inkişaf göstəriciləri öz əksini tapıb. Sözügedən reytinq agentliklərinin hesabatları Azərbaycanın uğurlu sosial-iqtisadi siyasətinin nəticəsində meydana çıxmış pozitiv reallıqlara əsaslanır”, - deyə millət vəkili vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

