Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rauf Əliyev: Tarif dəyişikliyi həm də nəqliyyat sektorunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək

Rauf Əliyev: Tarif dəyişikliyi həm də nəqliyyat sektorunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək

01.08.2018 [09:28]

“Son 15 ildə ölkəmiz mühüm inkişaf yolu keçib. Ötən müdət ərzində bütün sahələrdə olduğu kimi nəqliyyat infrastrukturunda da əsaslı yenilənmələr olub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Bu gün Azərbaycanda vətəndaşların rahat və komfortlu nəqliyyat vasitələrindən istifadə etmələri üçün şərait yaradılıb”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin üzvü Rauf Əliyev deyib. Onun sözlərinə görə, Tarif (qiymət) Şurasının bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsi ilə bağlı qərarı bu sahədə daha yüksək inkişafa xidmət göstərəcək. Millət vəkili bildirib ki, tarif dəyişikliyi həm də nəqliyyat sektorunun maliyyə təminatının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək: “Biz digər ölkələrin analoji tariflərinə nəzər salsaq daha yüksək qiymətlərlə rastlaşa bilərik. Statistik rəqəmlərə əsasən deyə bilərik ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Bu gün istər ictimai nəqliyyat sektorunda, istərsə də metrolarda yeni nəqliyyat vasitələri alınır və insanların daha rahat şəkildə daşınması təmin edilir. Bu mənada görülən işlərin davamlılığını təmin etmək üçün belə bir addım atılmalı, qiymətlər mövcud reallıqlarla tənzimlənməlidir”.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30