“AzInTelecom” MMC KİV nümayəndələri üçün təlim keçirib
26.05.2018 [07:22]
Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, 20-dən çox müxtəlif media qurumlarının təmsilçilərinin iştirak etdikləri təlimin məqsədi Data Mərkəzi, onun xüsusiyyətləri, işləmə prinsipləri, təqdim etdiyi xidmətlərlə jurnalistləri tanış etmək, eyni zamanda, “bulud” texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat verməkdir.
“AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev Data Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ən son dövri texnologiyalardan istifadə edilməklə, keyfiyyətli telekommunikasiya xidmətləri göstərən Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublikada mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
Tədbirdə çevik və sərfəli “bulud” həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40 faiz azaldılması, kapital xərclərinin isə sıfra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artırılması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən “bulud” xidmətlərindən yararlanır.
Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub. İştirakçılara Data Mərkəzinin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, məlumatların saxlanılmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, “AzInTelecom” MMC-nin Data Mərkəzi informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir.
Həmçinin bildirilib ki, mərkəz Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982 faiz etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəzi sahəsi 700 m2-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.
Diqqətə çatdırılıb ki, müştərilərə öz əsas işləri ilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb.
“AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur: Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili; Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və “bulud” əsaslı xidmətlər; Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.
Beynəlxalq səs trafiki mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilənin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
İnfrastruktur (IaaS) və “bulud” xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və “bulud” xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.
Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərilir, bu isə daxili bazarda sağlam rəqabətin artmasına, istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şərait yaradılmasına kömək edir.
“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumatı “www.azintelecom.az” və “www.datamerkezi.az” veb-saytlarından əldə etmək olar.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

