/ / Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
23.05.2018 [09:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqlardan və aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan aprelin 11-də keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini toplayan Prezident İlham Əliyevin parlaq və inamlı qələbə qazandığını vurğulayıb. Azərbaycan xalqı prezident seçkilərində son 15 ildə ölkəmizdə qazanılmış sosial-iqtisadi uğurlara, iqtisadi-ictimai sabitliyə, regionların tarazlı inkişafına, infrastrukturun və yeni istehsal sahələrinin yaradılmasına, ölkəmizin fəal iştirakı və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələrə, tranzit və logistika imkanlarının genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına, əhalinin yüksələn rifahına, ən başlıcası isə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, Azərbaycanın qüdrətlənməsinə səs verib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimindəki proqram xarakterli çıxışlarında dövlət başçısı görülən işləri yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin və davamlı islahatların reallaşdırılması nəticəsində əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub.
Kollegiya iclasında həmçinin, yerli istehsalın gücləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb.
Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında və andiçmə mərasimində Prezident İlham Əliyevin ixracın şaxələndirilməsi, yeni ixrac bazarlarının müəyyən edilməsi və ənənəvi bazarlarda mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlarının vaxtında və yüksək səviyyədə icrası məqsədilə nazirliyin struktur bölmələrinə müvafiq göstərişlər verib.
Kollegiya iclasında digər cari məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40

