“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib
03.05.2018 [09:42]
Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalında “Azərbaycanın əlvan metal sənayesi yeni inkişaf mərhələsində” başlıqlı geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, hökm sürən sosial-iqtisadi və ictimai-siyasi sabitlik, hökumətin qeyri-neft sektorunun inkişafını dəstəkləməsi və mədən sənayesinin perspektivlərindən geniş söhbət açılıb. Qeyd olunub ki, mədən sənayesində mövcud potensialı reallaşdırmaq üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən “AzerGold”a ölkə ərazisində yerləşən perspektivli əlvan metal sahələrinin tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması həvalə edildiyi diqqətə çatdırılıb.
Məqalədə “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsindən 2017-ci ildə 77,340 milyon dollar dəyərində qiymətli metal ixrac edildiyindən bəhs olunub. Bununla yanaşı, Avropanın ən iri polimetal yataqlarından biri olan Balakəndəki Filizçay yatağında aparılan qiymətləndirmə işləri, həmçinin Balakəndə yerləşən digər yataqda - Mazımçayda, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində, Göygöl rayonu ərazisində yerləşən Kürəkçay sahəsində, Şəmkir rayonu ərazisində yerləşən Qaradağ yatağında həyata keçirilən davamlı fəaliyyət jurnal səhifələrində işıqlandırılıb.
Korporativ Sosial Məsuliyyət beynəlxalq səviyyəli hasilatçı şirkətlərdə olduğu kimi “AzerGold” QSC-nin fəaliyyətində də əhəmiyyətli yer tutduğuna görə məqalədə bu istiqamətə xüsusi diqqət ayrılıb. Çovdar filiz emalı sahəsində çalışan insanların əksəriyyətinin ətraf bölgələri təmsil etdiyi, yerli icmalarla mütəmadi görüşlərin təşkil olunduğu, onların sosial rifahının yaxşılaşdırılması üçün sosial dəstək layihələrinin icra edildiyi, ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, “World Mining” jurnalının dünyanın 40-dan çox ölkəsində top-menecerlər, direktorlar və potensial investorları əhatə edən 70 mindən çox oxucu auditoriyası var.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

