OPEK neftin indiki qiymətindən razıdır
12.09.2009 [09:44]
Sentyabrın 9-10-da Avstriyanın paytaxtı Vyanada OPEK-in 154-cü növbədənkənar sessiyası keçirilib. Təşkilata üzv ölkələrin nümayəndələri bəyan ediblər ki, neftin qiymətinin indiki səviyyəsi onları qane edir. Səudiyyə Ərəbistanının neft və mineral sərvətlər naziri Əli ibn İbrahim ən-Nüeyni neft qiymətlərini “çox yaxşı” adlandırıb. Onun Venesueladan olan həmkarı Rafael Ramiresə görə, qiymətlər ədalətli səviyyəyə yaxındır. Ramires hesab edir ki, münasib qiymət 80-100 ABŞ dolları arasındadır. İranın neft naziri Məsud Mirkazımi də kvotaların dəyişdirilməməsinə tərəfdar çıxıb və gözləmə mövqeyi tutaraq dünya iqtisadiyyatının inkişaf tempini izləməyi məsləhət görüb.
Son bir neçə ayda dünya bazarlarında neftin qiyməti əhəmiyyətli dərəcədə artıb və hazırda qiymət 65-73 dollar arasında dəyişir. Bu isə neft ixrac edən ölkələrin gəlirlərini artırmaqla yanaşı, bu sahə üzrə planlaşdırılan layihələrin etibarlılığını artırır. Xatırladaq ki, bu ilin may ayının əvvəllərində OPEK ölkələrinin 153-cü sessiyası ərəfəsində neftin bazarlardakı qiyməti 60 dollardan da aşağı idi. Böhranla əlaqədar olaraq 2009-cu ilin yanvarından etibarən OPEK gündəlik neft hasilatını 4,2 milyon barel azaltmışdı. Mayın 28-də keçirilən toplantıda hasilatın artırılmaması barədə qərarın qüvvəyə minməsi isə qiymətlərin yüksəlməsinə səbəb olmuşdu.
Lakin bəzi OPEK ölkələri əldə olunan razılaşmaya əməl etməyib. Məsələn, iyul ayında OPEK ölkələri dünya bazarlarına 24,5 milyon barel əvəzinə 26,2 milyon barrel neft çıxarıblar. Onu da qeyd edək ki, 12 ölkənin təmsil olunduğu OPEK-in payına dünya neft hasilatının 40 faizi düşür və bu səbəbdən təşkilatın qəbul etdiyi hər hansı bir qərar ümumilikdə dünya bazarlarına təsir edir. Neftin qiymətinin yüksəlməsinə səbəb olan başqa bir amil isə inkişaf etmiş ölkələrin iqtisadiyyatında az da olsa müşahidə olunan canlanmadır. Belə ki, son aylarda ABŞ-ın, eləcə də bir sıra Avropa ölkələrinin iqtisadiyyatında artım göstəriciləri qeydə alınıb. Lakin bu amil heç də təşkilat üzvlərini tam arxayınlaşdırmır. çünki dünya iqtisadiyyatında hazırda müşahidə olunan müsbət tendensiyalarla yanaşı, narahatlıq doğuran məsələlər də qalmaqdadır. Bununla əlaqədar olaraq iştirakçı ölkələrin nümayəndələri mövcud problemlərə də toxunublar.
OPEK-in baş katibi, Anqolanın neft naziri Joze Mariya Botel de Vaskonselas çıxışında qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin qeyri-sabitliyi və xammalın bolluğuna baxmayaraq neftə tələbatın hələ də az olması onların qarşısında duran əsas problemdir. O bildirib ki, neftin qiymətinə dolların kursundakı tərəddüdlər, fond birjalarında vəziyyətin tez-tez dəyişməsi və işsizlərin sayının arması və azalması kimi xarici iqtisadi amillər çox asanlıqla təsir göstərir. Nazir əlavə edib ki, dünya iqtisadiyyatının yaxşılaşması və böhranın aradan qaldırılması qısa zaman çərçivəsində mümkün olmadığından neftin qiymət dəyişmələrinin qeyri-müəyyənliyi nəinki bu ilin sonuna qədər, hətta gələn ilin birinci yarısında da müşahidə olunacaq. Onu da qeyd edək ki, dünya iqtisadiyyatının canlanması prosesinin zəif olması və bu amilin OPEK ölkələrində yaratdığı narahatlıq görüşdə imzalanan yekun sənəddə də öz əksini tapıb.
Konfransdan qabaq ekspertlər qəbul olunacaq qərarla bağlı müxtəlif fikirlər səsləndirirdilər. Bəziləri hesab edirdilər ki, son zamanlar qiymətlərin münasib həddə yaxınlaşması ilə bağlı OPEK neft hasilatını artıracaq. Digər bir qrup isə hesab edirdi ki, əksinə, qiymətlərin daha da artması üçün hasilat bir qədər də azaldılacaq. Bir çox analitiklərə görə isə hasilatın azaldılması neftin qiymətini artırmaq üçün əlverişli addım deyil. çünki belə bir qərar qiymətləri ancaq çox qısa bir zaman kəsiyində artıra bilər, sonradan isə o əvvəlki vəziyyətə enəcəkdir. Lakin təşkilat hasilatın kvotasını əvvəlki həcmdə saxlamağı qərara alıb. Bu baxımdan belə qənaətə gəlmək olar ki, OPEK neftin hasilatının həcmini olduğu kimi saxlamaqla əslində qlobal iqtisadi böhranın tam səngimədiyini və neftin qiymətinin yenidən kəskin enə biləcəyini nəzərə alaraq riskə getmək isəmədiyini göstərdi.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

