Azərbaycan rəqabət qabiliyyətli iqtisadiyyata malik lider ölkələrdəndir
12.09.2009 [09:45]
Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun 2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabatında Azərbaycan 18 pillə irəliləyərək, 51-ci yerdə qərarlaşıb. Respublikamız makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə bağlı parametrlər, eləcə də, inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətlərdən də irəlidə yer alır. Məsələn, əmək bazarının göstəricilərinə görə, Azərbaycan ötən ilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. ölkəmizin əmtəə bazarı üzrə göstəricilərində isə 18 pillə sıçrayış qeydə alınıb. Bundan başqa, ölkəmizin inkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatının aparılması müddətinin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət faktor kimi qeyd olunub. ümumiyyətlə, Azərbaycan rəqabət qabiliyyətli iqtisadiyyata malik lider ölkələr sırasında mövqe tutmaqla Avropanın nüfuzlu dövlətləri ilə eyni sırada dayanır.
Hesabatda bütün parametrlərin mahiyyətini təhlil etdikdə respublikamızın hər bir göstərici üzrə irəliləməsinə səbəb kimi düzgün iqtisadi siyasətin həyata keçirilməsini qeyd etmək olar. Sənəddə əsas indikatorlardan biri olan əmək bazarında islahatların aparılmasına görə Azərbaycan ötən ilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Bu nailiyyəti ölkəmizdə yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi ilə bağlı hökumətin strateji addımlarının məntiqi nəticəsi kimi səciyyələndirmək olar. Son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən proqramlar əmək bazarının inkişafını da stimullaşdırıb ki, bu da məşğulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub. Yeni iş yerlərinin yaradılması ilə bağlı siyasət hazırda əmək bazarının formalaşmasına təkan verən ən başlıca faktorlardan birinə çevrilib. Təbii ki, bu istiqamətdə görülən işlər Dünya İqtisadi Forumunun ekspertlərinin diqqətindən kənarda qala bilməz və respublikamızın mövqeyinin yaxşılaşması da bunun əyani təzahürü kimi qeyd oluna bilər. Eləcə də, əmtəə bazarındakı inkişaf tendensiyası da regionlardakı quruculuq işlərinin və biznes sferasının yüksəlməsi ilə bağlıdır. Bölgələrdə yeni müəssisələrin açılması iqtisadi fəallığı sürətləndirməklə yanaşı, ticarətin dövriyyəsinin də yüksəlməsinə imkan yaradıb ki, bu da mal və xidmətlərin çeşidinin artmasına, ümumilikdə, əmtəə bazarının canlanmasına təkan verib.
Dünya İqtisadi Forumunun hesabatında respublikamız fərdi biznesin qeydiyyatının aparılması sahəsində həyata keçirdiyi pozitiv islahatlara görə də yüksək qiymətləndirilib. Bu rəqabət mühitinin təmin edilməsi, əcnəbi investorların hüquqlarının qorunması ilə bağlı son iki ildə qəbul edilmiş mühüm qərarların icrası sayəsində mümkün olub. Bundan başqa, makroiqtisadi sabitlik göstəricilərinə görə 27-ci yerdə qərar tutan respublikamızın həmin indeks üzrə yüksək nəticə əldə etməsinin başlıca səbəbləri isə hökumətin maliyyə sabitliyinin və uzunmüddətli inkişaf strategiyasının təmin olunması ilə bağlı yürütdüyü siyasətdir. Azərbaycan hesabatda digər bir göstərici - innovasiya potensialına görə də əhəmiyyətli dərəcədə mövqeyini möhkəmləndirib.
Onu da xatırladaq ki, Dünya İqtisadi Forumu bir müddət əvvəl dünya ölkələrində informasiya-kommunikasiya texnologiyalarının vəziyyəti ilə bağlı hesabatını da açıqlayıb. Forumunun son hesabatında respublikamız informasiya texnologiyalarının vəziyyətinə dair son illərdə ən mütərəqqi islahatlar həyata keçirən və inkişaf edən dövlət kimi yer alıb. Respublikamız həmin hesabatda 67-ci sırada qərar tutub. Azərbaycan bu sahə üzrə MDB dövlətlərini, xüsusilə də informasiya texnologiyalarının inkişafında son illər əhəmiyyətli irəliləyişlər əldə etmiş Rusiya və Qazaxıstanı bir sıra göstəricilər üzrə xeyli qabaqlayır. ümumilikdə, respublikamızda rabitənin digər elementləri, məsələn, bu sahəyə maliyyə vəsaitlərinin geniş axını, güzəştli vergi dərəcələrinin tətbiqi, rabitə sektorunda fəaliyyətə başlayan sahibkarlar üçün qaydaların sadələşdirilməsi və biznes mühitinin əlverişli olması, informasiya texnologiyalarının ixracında rejimin təkmilləşdirilməsi davamlı islahatların uğurları kimi dəyərləndirilir.
Dünya İqtisadi Forumunun ekspertlərinin fikrincə, Azərbaycan regionda rabitə sektorunda xarici sərmayəçilər üçün ən şəffaf mühiti təmin edən dövlətlərdən biridir. Əcnəbi investorlara geniş şəraitin yaradılması bu bölməyə kapital qoyuluşlarının hər il artmasına səbəb olur. Son beş ildə informasiya-kommunikasiya texnologiyalarının illik artım tempi dünya inkişaf tempini 2,7 dəfə qabaqlayıb. İKT bölməsində iqtisadi artım tempi bu illərdə 33-35 faiz təşkil edib. Həmin müddətdə mobil abunəçilərin sayı 7 dəfə, internet istifadəçilərinin sayı isə 10 dəfə çoxalıb və hazırda 1,5 milyon nəfərə çatıb. Qeyri-neft sektorunun ən gəlirli sahəsinə çevrilən bu sahənin iqtisadi potensialı isə təqribən 4,4 dəfə artıb. Azərbaycan hazırda hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə eyni sırada dayanır.
Göründüyü kimi, son illər Azərbaycanın qazandığı siyasi və iqtisadi uğurlar ölkəmizin dünya dövlətləri sırasında nüfuzunu daha da artırıb.
Dünya İqtisadi Forumu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər nüfuzlu beynəlxalq qurumların hazırladığı hesabatlarda Azərbaycanın yüksələn reytinqi ölkəmizin lider mövqeyini bir daha təsdiqləyir. Həmin beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilir. Bütün bu nailiyyətlərin məntiqi nəticəsi isə ondan ibarətdir ki, Azərbaycan regionda davamlı islahatlar həyata keçirən və iqtisadiyyatın diversifikasiyasını, şəffaf biznes mühitinin genişlənməsini təmin edən dövlətdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53

