/ / Parisdə Azərbaycanın yükdaşımaların təşkili və təhlükəsizliyinin təmini sahəsində təcrübəsindən danışılıb
Parisdə Azərbaycanın yükdaşımaların təşkili və təhlükəsizliyinin təmini sahəsində təcrübəsindən danışılıb
14.03.2018 [10:05]
Parisdə yüklərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda keçirilən seminarda Azərbaycan Respublikasında yükdaşımalarının qabaqcıl təcrübəsi barədə danışılıb.
Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda DMAA-nın Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev və sektor müdiri Elçin Sadıqzadə iştirak ediblər.
Seminarda çıxış edən Mübariz Əliyev tədbir iştirakçılarına müxtəlif çeşidli yüklərin qəbulu, emalı, rəsmiləşdirilməsi və daşınması imkanları, soyuducular, onların həcmi və temperatur rejimi, tez xarab olan yüklər üçün sahələr, qiymətli malların saxlanc otaqları, təhlükəli yüklərin yerləşdirmə imkanları və saxlanc sahələri, poçt və diplomatik poçta ayrılmış sahələr haqqında geniş məlumat verilib. Seminar iştirakçılarına 2015-2017-ci illər üzrə yük və poçtdaşımalarına dair statistik məlumat təqdim edilib, milli və xarici yük aviaşirkətləri barədə geniş məlumat təqdim olunub.
Tədbirdə iştirak edən Qazaxıstan Respublikasının nümayəndələri Azərbaycan Respublikasında yükdaşımaların təşkili və təhlükəsizliyinin təmini sahəsində əldə edilmiş qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə cari ilin may-iyun aylarında Bakıya səfər etmək və bu barədə DMAA-ya rəsmi müraciət etmək niyyətində olduqlarını bildiriblər. Azərbaycan nümayəndələri əldə edilmiş qabaqcıl təcrübəni bölüşməyə və normativ-hüquqi sənədlərin hazırlanmasında metodiki köməkliyin göstərilməsinə hər zaman hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, cari il yanvarın 8-12-də Avropa Mülki Aviasiya Konfransı tərəfindən Azərbaycan Respublikasında yükdaşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsi üzrə audit yoxlaması keçirilib. Keçirilən auditin müsbət nəticələrini nəzərə alaraq, ECAC Katibliyi Azərbaycan Respublikasında yükdaşımalarının qabaqcıl təcrübəsi barədə 20-30 dəqiqəlik təqdimatın hazırlanması və martın 6-7-də Parisdə keçirilən seminarda təqdim edilməsi xahişi ilə müraciət etmişdi.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59

