Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İtaliyanın “askanews” xəbər portalında Yanardağla bağlı məqalə dərc olunub

İtaliyanın “askanews” xəbər portalında Yanardağla bağlı məqalə dərc olunub

25.01.2018 [10:16]

İtaliyanın “askanews” xəbər portalında “Azərbaycan. İpək Yolunun üzərində italyanca düşünən muzey” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə italiyalı məşhur səyyah Marko Polonun əsərlərində dünyada öz-özünə yanan mifik bir yerin mövcudluğu barədə məlumat verdiyi və həmin yerin Azərbaycanda yerləşən Yanardağ olduğu bildirilir. Yazıda Prezident İlham Əliyevin Yanardağ qoruğunun yenidən qurulması barədə tapşırıq verdiyi diqqətə çatdırılır. Həmçinin Yanardağla bağlı azərbaycanlı ekspertlərin italiyalılarla birgə hazırladığı “Enerji muzeyi” adlanan layihədən bəhs olunur.
Yazıda layihənin “Yanardağ-Enerji muzeyi-Alov teatrı” adlandırılmasının ərazidə təkcə öz-özünə yanan ocaqların mövcudluğu ilə bağlı deyil, həmçinin Azərbaycanın təbii qaz yataqları ilə zəngin olmasından qaynaqlandığı bildirilir.
Yazıda İtaliya və Azərbaycan İpək Yolu üzərində yerləşən və mədəni cəhətdən bir-biri ilə bağlı ölkələr kimi xarakterizə edilir. Həmçinin İtaliyanı Azərbaycan ilə birləşdirəcək digər amil - Trans-Adriatik boru kəməri (TAP) haqqında da danışılır.
İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrinin marağına səbəb olan məqalə ölkənin nüfuzlu xəbər saytlarından olan “Prealpina”, “Notizie Tiscali”, “Notizie Yahoo” tərəfindən də dərc olunub.

Paylaş:
Baxılıb: 983 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30