/ / “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai müzakirələrə başlanılıb
“Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai müzakirələrə başlanılıb
01.10.2017 [12:35]
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin keçirilməsinə start verib. Ölkədə aparılan islahatların daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkili, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət və özəl sektor arasında dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə ilk müzakirə Ağdamda təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat, Kənd Təsərrüfatı və Vergilər nazirliklərinin əməkdaşları, Ağdam, Füzuli və Tərtər rayonlarından olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qonaqları salamlayaraq, ölkəmizdə gedən sosial iqtisadi inkişafdan, həyata keçirilən islahatlardan danışıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyev regionlarda sosial-iqtisadi sahədə aparılan işləri xüsusi diqqətdə saxlayır. Strateji Yol xəritələrinin icrası ilə bağlı açıqlanan yarımillik monitorinq və qiymətləndirmə ilə bağlı hesabat da onu göstərir ki, regionların inkişafı istiqamətində qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirilib. Bura ölkədə iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, sənaye zonalarının yaradılması, rayonlara cəlb edilən özəl sərmayələrin artırılmasını aid etmək olar.
Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar bəhrəsini verməkdədir. Ölkədə manatın sabitliyi təmin olunub, strateji valyuta ehtiyatları çoxalıb, tədiyyə balansında müsbət dəyişiklik əldə edilib, qeyri-neft məhsullarının ixracı artıb. Artıq Azərbaycanda iqtisadi inkişaf neft və qaz gəlirlərinin deyil, qeyri-neft gəlirlərinin üzərində qurulub. Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətlilik hesabatında Azərbaycan 137 ölkə arasında 35-ci pilləyə yüksəlib. Reytinqdə Azərbaycanda 12 indikatordan 9-u üzrə irəliləyiş baş verib. Bunlardan biri biznesin mürəkkəbliyi indikatorudur ki, bu indikator üzrə Azərbaycan son bir ildə 20 pillə irəliləyib.
Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov bildirib ki, regionlarda belə görüşlərin davamlı olaraq təşkili rayonlar üzrə təhlillərin aparılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün çox önəmlidir.
“İqtisadi islahatlar üzrə başlıca hədəflər ölkə iqtisadiyyatının dayanaqlığının, şaxələndirilməsinin və rəqabətqabiliyyətliliyinin təmin edilməsidir. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi ilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib ki, bütün bunlar Azərbaycanı son illər ərzində dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevirib”, – deyə E.Mikayılov qeyd edib.
Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə “Regionların iqtisadi inkişafı”, İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzularında çıxışlar ediblər.
Müzakirələrin gedişində “Azexport” portalı, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin mahiyyəti və “Ulduz səfirlər”lə bağlı videoçarxlar təqdim olunub, sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra qonaqlar rayondakı pambıq qəbulu məntəqəsinə baş çəkiblər.
Növbəti tədbirlər Şəki, Quba, İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

