“Metro”: Azərbaycan ilk baxışdan özünü sevdirir
31.08.2017 [10:28]
“Azərbaycan turistləri özünün rəngarəngliyi ilə təəccübləndirəcək” - Anna Xramtsovanın Rusiyada çıxan “Metro” qəzetinin 30 avqust tarixli nömrəsində dərc olunan məqaləsi belə adlanır. AZƏRTAC oxucuları bu yazı ilə tanış edir.
* * *
Jurnalist yazır: “Dağ mənzərələrindən zövq almaq, Şərq şirniyyatının dadına baxmaq, müasir arxitekturanın möcüzələrini öz gözünlə görmək və dənizdə çimmək üçün İsveçrəyə, Mərakeşə, Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Tailanda uçmağa ehtiyac yoxdur. Bütün bunları özünü elə ilk baxışda sevdirən günəşli Azərbaycanda da tapa bilərsiniz. Moskvadan Azərbaycanın paytaxtına həm təyyarə, həm də avtobusla getmək olar. Şəxsən mən birinci variantdan istifadə etdim və üç saat sonra Bakı şəhərində, texnikanın son nailiyyətlərini tətbiq etməklə inşa edilmiş aeroportda yerə endim.
Köhnə Bakı
Mənim İçərişəhərdə gəzintim indiyədək dəqiq yaşı müəyyən edilməmiş qədim tikilidən - Bakının rəmzi olan Qız qalasından başlandı. Arxeoloqlar hesab edirlər ki, qalanın tikintisi iki mərhələdə aparılıb: Birinci mərhələ İslamdan əvvəlki dövrə, ikinci mərhələ XII əsrə aiddir. Qaladan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlər üçün istifadə edilib: XII əsrdə müdafiə təyinatlı qala olub, XVII-XIX əsrlərdə mayak rolu oynayıb, indi isə Qız qalasının içərisində müasir interaktiv muzey və şəhərə gözəl mənzərə açılan baxış meydançası yerləşir.
“Brilyant əl” filminin izləri ilə
İçərişəhərdə gəzişmək adama xüsusi zövq verir. Hər biri unikal olan evlərin memarlıq üslubu adamı az qala ovsunlayır. Hələ ətrafa necə qoxuların yayıldığını demirəm! Sizə ənənəvi armudu stəkanlarda Azərbaycan çayının və ballı paxlavanın dadına baxmağı məsləhət görürəm. Məsələn, bunun üçün “Brilyant əl” kafesinə gedə bilərsiniz. Kafe yarım əsrdən çox əvvəl Leonid Qaydayın eyniadlı filmində Yuri Nikulinin qəhrəmanı Semyon Qorbunkovun yıxıldığı və artıq əli gipslənmiş vəziyyətdə ayıldığı yerdədir. Bu yer rusiyalı turistlər üçün bir növ əsl pərəstiş məkanına çevrilib: İnsanlar bura şəkil çəkdirmək və “Çyort poberi” sözlərini ucadan demək istəyi ilə gəlirlər.
Müasir Bakı
Bakıda qədim binalar müasir tikililərə - Avropa səviyyəli dəbdəbəli otellərə, ticarət və biznes mərkəzlərinə gözəl uyğunlaşıb. İçərisində ofislər, mehmanxanalar və mənzillər olan üç göydələndən ibarət “Alov qüllələri” şəhərin hər yerindən görünür. Onu da deyim ki, Bakı əsl müasir arxitektura şedevridir. Elə götürək əfsanəvi arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini. Bina zahirən ya nəhəng balinanı, ya da kəpənəyi xatırladır. Nə qədər çalışdımsa onun şəklini bütünlüklə çəkim, alınmadı.
Dəniz kənarında istirahət
Amma istənilən halda Bakının ən görməli yerlərindən biri Xəzər dənizidir. Onun bu dərəcədə təmiz və mülayim olması mənim üçün yenilik oldu. Şəhərin mərkəzində xüsusi çimərliklər yoxdur. Odur ki, çimmək və gündə qaralmaq üçün “Sea Breeze Resort” kurort qəsəbəsinə yollanmaq olar. Onun yaxınlığında, “Yanardağ” qoruğunda Abşeron yarımadasının ən heyrətamiz məkanlarından biri yerləşir. Nə yağışın, nə də qarın söndürə bildiyi alovun şölələndiyi dağ yamacı. Bu qeyri-adi mənzərənin izahı sadədir: torpağın yuxarı qatlarından ayrılan təbii qaz oksigenlə reaksiyaya girərək alova çevrilir.
Qəbələ
Mən Azərbaycana azı on gün müddətinə gəlməyi məsləhət görürəm. Axı paytaxta tamaşa etmək, bütün ölkəni görmək demək deyildir. Bakının 200 kilometrliyində Qəbələ şəhəri yerləşir. Onu tez-tez “Azərbaycanın İsveçrəsi” adlandırırlar. İlin isti vaxtlarında “Yeddi gözəl” şəlaləsinə gedə, raftinqlə məşğul ola, yaxud piyada dağ səyahətinə çıxa, qışda isə kanat yolları ilə təchiz edilmiş dağ kurortunda istirahət edə bilərsiniz. Amma ilin hansı fəslində gəlirsinizsə-gəlin, yerli delikateslərin - müxtəlif növ kababların, dolmanın, Azərbaycan plovunun, qutabın, şərab və bir çox başqa digər təamların dadına baxmaq fürsətini əldən verməyin.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

