Azərbaycan Respublikası Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
20.07.2017 [09:21]
İyulun 19-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara, 2017-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasının gedişi və 2018-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2017-ci ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs edib, ötən dövr ərzində aparılmış makroiqtisadi siyasətin nəticəsi olaraq ölkədə məzənnə sabitliyinin bərpa olunduğunu, qeyri-neft ixracı, habelə strateji valyuta aktivlərinin artdığını, eyni zamanda, ümumi daxili məhsulun azalma templərinin səngidiyini qeyd edib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətin dəyişmədiyini vurğulayıb, qeyri-neft sektorunun, xüsusilə də sənaye və kənd təsərrüfatının aparıcı sahələrinin inkişafı, iqtisadiyyatın səmərəliliyi və dayanıqlılığının təmin edilməsi, bölgələrə investisiyaların cəlb edilməsinə dair mərkəzi və yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub.
2017-ci ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirildiyini, əməkhaqqı, müavinət, pensiya və digər sosial xərclərin, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirildiyini qeyd edən S.Şərifov ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsinin təmin olunacağını vurğulayıb.
Kollegiya iclasında Azərbaycan Respublikasında 2018-ci il və sonrakı üç il üçün makro-fiskal çərçivə və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il 1180 nömrəli Fərmanına müvafiq olaraq Maliyyə Nazirliyinə tapşırılmış fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni büdcə qaydasının, dövlət borc siyasəti strategiyasının və ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə tərtibi mexanizmi ilə bağlı təkliflərin hazırlanması barədə maliyyə nazirinin müavini Emin Hüseynovun məruzəsi dinlənilib.
Bildirilib ki, Maliyyə Nazirliyi qarşısında qoyulmuş tapşırıqlara uyğun olaraq beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla büdcə qaydalarının tətbiqi ilə bağlı normativ-hüquqi aktların və dövlət borcunun idarəedilməsi üzrə orta və uzunmüddətli strategiya sənədinin layihələri, habelə ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflər hazırlanmışdır. Kollegiya iclasında hazırlanmış sənədlərin nəzərə alınması və qısa müddət ərzində Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası və Nazirlər Kabinetinə təqdim edilməsi barədə qərar qəbul edilib.
İclasda, həmçinin “2017-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasının gedişi haqqında” və “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nda dəyişikliklər edilməsi haqqında” məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.
Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 8 nəfər əməkdaşına medallar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

