Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib
15.06.2017 [10:27]
İyunun 13-də Vergilər Nazirliyində Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, görüşdə bildirilib ki, 2016-cı ilin iyulundan etibarən Azərbaycanda turistlər tərəfindən alınmış mallara görə ödənilmış əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması sisteminin - “Tax free”nin tətbiqinə başlanıb. Bu sistemin tətbiqinin ölkəyə xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığın təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədini daşıdığını bildirən S.Məmmədxanov “Tax free” sistemi üzrə operator səlahiyyətlərinin Vergilər Nazirliyi tərəfindən həyata keçirildiyini vurğulayıb.
Qonaqlara Azərbaycanda ƏDV qaytarılması prosesinin spesifik xüsusiyyətləri barədə ətraflı məlumat verilib və bu sistemin ölkəmizdə keçirilən Bakı Şopinq Festivalı dövründə yerli alıcılara da tətbiq edildiyi bildirilib. Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə qonaqların diqqətinə çatdırıb ki, Vergilər Nazirliyi vergitutma sahəsində dünyada gedən prosesləri yaxından izləyir, mütərəqqi beynəlxalq təcrübənin milli vergi sistemində tətbiqi istiqamətində tədbirlər həyata keçirir.Vergilər Nazirliyinin beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini xatırladan Z.Fətizadə ölkəmizin digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, son illər ikiqat vergitutmanın aradan qaldırılması və məlumat mübadiləsi sahəsində sazişlər şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndiyini qeyd edib.
Vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirən Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Ardak Tenqebayev Azərbaycan və Qazaxıstan arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycan və Qazaxıstan hökumətləri arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişin uğurla tətbiq edildiyi vurğulanıb.
Görüşdə yaxın gələcəkdə ölkələrimizin vergi orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

