Gələcək auditorların andiçmə mərasimi keçirilib
09.02.2017 [08:53]
Fevralın 8-də Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmiş gələcək auditorların andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı intensiv inkişaf edir, ölkədə bir-birindən əzəmətli quruculuq planları, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Mühüm regional layihələrin reallaşmasında dövlətimizin etibarlı investor kimi iştirak etməsini, büdcə-maliyyə nəzarətinin düzgün təşkilini, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin aparılmasına xüsusi önəm verildiyini qeyd edib. Azərbaycan son 13 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkələr sırasındadır və bunu mötəbər beynəlxalq iqtisadi qurumlar da qeyd edirlər. İqtisadiyyatımızın belə inkişafı bütövlükdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin də qarşısında, maliyyə hesabatlığında şəffaflığın təmin edilməsi sahəsində ciddi vəzifələr yaradır.
Ölkə Prezidentinin yeni dövrün çağırışlarını nəzərə alaraq, audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sayəsində tapşırıqlarının reallaşdırılmasında yeni auditorlar nəslinin qarşısında duran vəzifələr bəyan edilib.
Andiçmə mərasimində Beynəlxalq Mühasiblər Federasiyasının təsdiq etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq, Auditorlar Palatasının yeni üzvü olan, auditor xidməti hüququ əldə etmiş 12 nəfər mütəxəssis Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq audit standartlarının və digər normativ-hüquqi aktların tələblərinə əməl edəcəkləri, peşə vəzifələrini vicdanla, dürüst və qərəzsizcəsinə yerinə yetirəcəklərinə görə təntənəli surətdə and içiblər.
Mərasimdə auditin ölkəmizin iqtisadi həyatında oynadığı rol təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığın təmin edilməsində və maliyyə (mühasibat) hesabatlarının qanunvericiliyə müvafiq düzgün tərtib və təqdim edilməsində maraqlı tərəflərin mənafelərinin qorunmasında böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu işdə auditorların üzərinə düşən vəzifələr və onların məsuliyyətləri ön plana çəkilib.
Tədbirdə Auditorlar Palatasının rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və Palata Şurasının yanında fəaliyyət göstərən komitələrin sədrləri iştirak ediblər.
Yeni auditorları Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov və Auditorların Peşə Etikası və üzvlük komitəsinin sədri, sərbəst auditor İbiş Əliyev təbrik ediblər.
Tədbir başa çatdıqdan sonra iştirakçılarla xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

