Aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur
02.11.2016 [09:57]
Azərbaycanın kənd təsərrüfatı işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Kənd Təsərrüfatı İşçiləri Günü “Baytarlıq şəhərciyi”ndə davam etdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən bayram tədbirində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov ötən illərdə görülən işlərdən və əldə olunan uğurlardan danışıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.
Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi istiqamətində də davamlı iş aparılır.
Diqqətə çatdırılıb ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də, kənd təsərrüfatının inkişafı bu azalmanı əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Prezident İlham Əliyev bununla bağlı xüsusi tapşırıqlar verib. Aqrar sektorda ənənəvi sahə olan pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb. Bu barədə danışan nazir deyib: “Bizim hədəfimiz Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi deyil, həm də aqrar ölkə kimi tanıtmaqdır. Bunun üçün ilk növbədə yüksəkkeyfiyyətli və ekoloji təmiz məhsullar istehsal olunmalıdır”.
2016-cı ilin kənd təsərrüfatında dönüş ili olduğunu vurğulayan Heydər Əsədov qeyd edib ki, təkcə istehsalda deyil, bütövlükdə aqrar sektoru əhatə edən bütün sahələrdə inkişaf müşahidə olunur.
Ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi üçün görülən işlər barədə məlumat verən nazir bildirib ki, bu sahə gələn il də diqqət mərkəzində olacaq. “Baramaçılığın inkişafı üçün yem bazasının olması vacib şərtdir. Bu məqsədlə artıq tender keçirilib, Çindən 1 milyon 500 min ədəd ting gətirilməsi haqqında müqavilə bağlanılıb. Təxminən bu ayın sonunda tinglər ölkəmizə gətiriləcək və bölgü əsasında regionlara paylanacaq. Gələn il üçün ipəkqurdu toxumlarının alınması məqsədilə tender keçirilib və lazımi hüquqi sənədlər tərtib olunub. Gələcəkdə isə ipəkqurdu toxumlarının ölkəmizdə yetişdirilməsi planlaşdırılır. Hesab edirəm ki, Prezident İlham Əliyevin baramaçılığın inkişafı sahəsində qarşımızda qoyduğu vəzifələr tam yerinə yetiriləcək”, - deyə Heydər Əsədov vurğulayıb.
Pambıqçılıq sahəsində də irəliləyiş baş verib. Bu il 100 min tondan çox məhsul götürülməsi proqnozlaşdırılır. Sahələrdə hətta bundan da çox pambıq var. Hazırda əsas məsələ məhsulu vaxtında və itkisiz toplamaqdır. Bu barədə danışan kənd təsərrüfatı naziri qeyd edib ki, ölkəyə kifayət qədər pambıqyığan texnika gətirilib. Lakin son günlər aramsız yağışlar pambıqyığan kombaynların tarlalara çıxarılmasına imkan vermir. Bu günədək 50 min tondan çox pambıq tədarük olunub. Noyabr ayında havalar əlverişli keçərsə, yaranmış gerilik aradan qaldırılacaq.
Bildirilib ki, hazırda 12 rayonda aqrokimya laboratoriyaları yaradılır. Bununla bağlı tender keçirilib, qalib şirkət müəyyən olunub. Bu ayın sonu - gələn ilin əvvəlində 12 regionda kənd təsərrüfatı idarələrində aqrokimya laboratoriyalarının quraşdırılması, sonra isə kadrlar üçün təlimlərin keçirilməsinə başlanılacaq.
Həm Kənd Təsərrüfatı Nazirliyi, həm də aidiyyəti qurumlar tərəfindən əkinəyararlı torpaqların təyinatı üzrə istifadə olunması ilə bağlı uzun müddətdir monitorinqlər aparıldığını vurğulayan Heydər Əsədov deyib ki, burada əsas məsələ hüquqi bazanın yaradılmasıdır. Bununla bağlı müvafiq qanunvericilik mövcuddur. Həmin qanundan irəli gələn vəzifələri həyata keçirmək üçün nazirlik tərəfindən qaydalar hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, yaxın günlərdə həmin qaydalar təsdiq olunduqdan sonra Vergilər Nazirliyi ilə birlikdə onların tətbiqinə başlanılacaq.
Gələn ilin prioritet hədəflərindən biri də toxumçuluğun inkişaf etdirilməsidir. Bu barədə danışan Heydər Əsədov deyib: “Bu məqsədlə lazımi vəsait ayrılıb. Biz artıq həm tərəvəz toxumçuluğunun, həm də digər toxumların emalı, dərmanlanması və satışı üzrə fəaliyyətə başlamışıq. Tərəvəz toxumlarının istehsalı üzrə keçirilən tenderdə İsrail şirkəti qalib gəlib. Təxminən iki aydan sonra tərəvəz toxumçuluğu üzrə böyük bir bazanın yaradılmasına başlanılacaq və beləliklə tərəvəz toxumlarını ölkədə istehsal etmək mümkün olacaq. Həmçinin buğda, arpa, qarğıdalı və digər toxumçuluq sahələrinin inkişafı üçün tədbirlər görüləcək”.
Heyvandarlıq sahəsində görülən işlərdən, qazanılan uğurlardan da danışan nazir bildirib ki, təkcə bu il ölkəmizə 5 mindən çox iribuynuzlu cins heyvan gətirilib. Hələ ilin sonunadək daha bir neçə min heyvanın gətirilməsi gözlənilir. Süni Mayalama Mərkəzində son tamamlama işləri görülür. Toxumluq buğaların alınması işləri 20 gün əvvəl yekunlaşıb. Bundan sonra cins kəl və camışlar alınacaq. Bütün rayonları mayalama texnikləri ilə təmin etmək istiqamətində iş aparılır. Təkcə bu il 50 mindən çox heyvan süni yolla mayalandırılıb. Həmçinin yaxın gələcəkdə embrion köçürülməsi mərkəzinin yaradılması da planlaşdırılır.
Kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr olunmuş tədbirin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir “2016-cı il - Kənd təsərrüfatında dönüş ili” filminin nümayişi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

